MAYIS DUYĞULARI
İlk çağındaydı
gözəl mövsimin
Qışdan
çıxılmışdı, bahar gəlmişdi.
İyirmi
səkkizində idi Mayısın
Azərbaycan istiqlalə
ermişdi.
Derkən qopdu bir
qasırğa
quzeydən,
Baharımız heyhat
döndü qış oldu.
Azərbaycan Moskovların əlində
Əsarətin zəhrini dadmış oldu.
Azərilər sarsıldı
bu zərbədən,
İstilaya qarşı
üsyanlar oldu
İstiqlalı bir
kərə dadmış millət
"Hürriyyət" fikrinə
candan vuruldu.
Milli fikir toxumları səpildi,
İslatdı
torpağı axan qızıl qan.
Bu əkindən
yarınki bir baharda
Əlbət bitər bir yeni Azərbaycan.
Şiddətliysə
əgər mövsimin qışı,
Yeni bahar, demək parlaq
olacaq.
Verdiyimiz qurbanların
bahası
Bizə yalnız
hürriyyətlə dolacaq.
Tarixin yeni bir
gözəl çağında
Qaranlıq qış
keçib bahar gələcək.
Hər hansı
bir ilin aydın günündə
Azərbaycan istiqlala erecək.
MƏMMƏD ƏMİN RƏSULZADƏ
Ədalət.- 2010.- 28 may.- S. 20.