Fərhad İsrafilov:
"İçimdəki "ağlamaq mexanizmini" işə saldım və
..."
Azərbaycanın məşhur "Yeddi oğul istərəm"
filmində Qəqəni obrazını canlandıran aktyor Fərhad
İsrafilovun Milli.Az xəbər portalına müsahibəsi
Milli.Az xbər
portalının budəfəki müsahibi kinomuzun klassik
nümunələrindən olan Tofiq Tağızadənin 40
bundan öncə çəkdiyi, posteri vaxtilə
ABŞ-ın kinoteatrlarndan birinin fasadnı bəzəyən
"Yeddi oğul istərəm" ekran əsərindən Qəqəni
kimi tanıdığımız Fərhad İsrafilovdur. Fərhad
İsrafilov 5 yanvar 1955-ci ildə Bakıda anadan olub. Moskvada
ÜDKİ-nun aktyorluq fakültəsində təhsil alıb
(1975-1979). 1979-cu ildən "Azərbaycanfilm"
kinostudiyasında işləməyə başlayıb.
"Mosfilm"in istehsalı olan "Ən Mühüm
Tapşırıq" filmində Rüstəm, "Qələbə"
filmində Dino Rossi, "Yeddi oğul istərəm"də
Qəqəni, "777 nömrəli iş" filmində fəhlə
rolunu, "Bircəciyim" filmində Zeynal, "Doğma
sahillər"də sürücü, "Evin
kişisi"ndə Rövşən, "Evlənmək istəyirəm"
filmində Mahmud bəy, "Qara gölün cəngavəri"ndə
bolşevik, "Qəzəlxan"da Həmid, "Şərikli
çörək" filmində Fərhad, "Dənizə
çıxmaq qorxuludur" filmində Novruz obrazını,
"Alman klinikasına şəxsi səfər", "Yuxu
yaddaşı", "Tərsinə çevrilmiş
dünya", "Cavid ömrü" filmlərində
müxtəlif rolları oynayıb. Fərhad İsrafilov
1989-cu ildən "Yuğ" Teatrında
çalışır. "Yuğ" Dövlət
Teatrının birinci yaş nəslinə aid olan Fərhad
İsrafilov həm də Mədəniyyət və İncəsənət
Universitetinin aktyor sənəti kafedrasının baş müəllimidir.
- Fərhad müəllim, yeddi oğulun arasına
düşməyiniz necə baş verdi?
- "Şərikli
çörək" filminin çəkilişləri
gedirdi. Məni də Vaqif rolu üçün sınaqdan
keçirdilər. Amma Kamran Rəcəblinin az da olsa, kino təcrübəsi
olduğü üçün bu rola onu təsdiq etdilər. Məni
isə epizodik rola çəkdilər. Yusif Səmədoğlu
ilə Tofiq Tağızadə də məni elə çəkilişlərdə
görmüşdülər. "Yeddi oğul istərəm"
filminin quruluşçu rejissoru əvvəlcə Kamil Rüstəmbəyov
təyin edilmişdi. Sonra hansısa səbəbdən filmi
ondan alıb Tofiq Tağızadəyə verdilər. Amma Tofiq
müəllim Kamil Rüstəmbəyovun seçdiyi
aktyorların heç birini dəyişmədi.
- Sizin o vaxt neçə yaşınız
var idi?
- On beş yaşım var idi. Bir
dəfə mərhum Yusif Səmədoğluna dedim ki, çox
maraqlıdı, sizin ssenarinizlə çəkilmiş
filmlərin birində
mən iştirak etmişəm, başqa birində - "Qətl günü"ndə isə
oğlum.
- Süjetə görə
hadisələr Qazax mahalında cərəyan edir. Bəs çəkilişlər harda aparılmışdı?
- Çəkilişlər
Qobustanda, Mərdəkanda,
ən çox da Fatmayi ilə
Şağanda aparılıb.
Qocaman qazaxlılardan eşitmişəm
ki, Qazaxda Peykanlı adında kənd olmayıb. Amma Qan Çanağı,
Qarayaz mahalı məlumdu.
- Bakıda böyüyən
uşaq üçün
Qazax ləhcəsində
danışmaq asan olmayb yəqin...
- Öyrənməyinə
öyrənmişdim. Amma o illərdə
"Azərbaycanfilm" kinostudiyasında
istehsal olunan filmlərin hamısında
uşaq rollarını
Ziya Bağırov səsləndirirdi. O, elə
indi də dublyaj sənəti ilə məşğuldu.
Mənim
də əvəzimə
filmdə Ziya Bağırov danışır.
- Qəqəni niyə məhz Qəzənfərlə
dostlaşır?
- Görünür, Qəqəni,
ünsiyyət qurmaq üçün Qəzənfəri daha
rahat adam kimi qəbul edir. Uşaqlar axı uşaqla uşaq,
böyüklə böyük olmağı bacaran adamları
tez tanıyrlar. Elə rəhmətlik Şahmar Ələkbərov
da belə insan idi. Çox insanpərvər, istiqanlı adam
idi. Çəkilişlər başa çatana qəqər məndən
ayrılmırdı, köməkliyini əsirgəmirdi. Bircə
o qalmışdı ki, əlimdən tutsun. Sonralar da bu
mehribanlıq davam edirdi. Şahmar Ələkbərov hətta
"Qəzəlxan" filmini çəkəndə
üzrxahlıq etdi ki, mənə uyğun rol bu filmdə
yoxdu. Mən isə dedim ki, sizin çəkdiyiniz filmdə fəhləlik
də eləmək mənim üçün xoş olardı.
Rəhmətlik Mövlud
Süleymanlının "Köç" romanını
ekranlaşdırmaq istəyirdi,
qismət olmadı...
- Qəzənfər
Qəqəniyə güllə
atmağı öyrədəndə
Gəray bəyin şəkli ilə alınan məzəli və istehzalı məqam təsadüf idi?
- Yox, bu, düşünülmüş
epizod idi. Bolşeviklərin Gəray bəyə
münasibətini açıb
göstərən detal
idi.
- Bəs ona qədər heç əlinizdə tüfəng
tutmuşdunuz?
- Yox, bu vərdişə də "Yeddi oğul istərəm"
filmində yiyələndim.
- Cəlal kimi igidləri güdaza vermiş simasızın biri olan Kələntər
finalda məhz Qəqəninin gülləsinə
tuş gəlir. Həmin anda keçirdiyiniz hissləri necə xatırlayırsınız? Qəzənfər ölərkən o cür təsirli ağlamağınız necə
alındı?
- Qəqəni
atasız, anasız bir yeniyetmədi, yetim oğlandır. Nənəsindən başa heç
kimi yoxdu. Qəzənfər əmi onun güvənə biləcəyi
tək insan idi. Kələntərin onu ölümcül
yaralaması Qəqəni
üçün çox
böyük faciəyə
çevrilir. Həmin andaca
onda nifrət və intiqam hissi baş qaldırır. Ona görə
də Kələntəri
elə bir güllə ilə öldürür. Ağlamağım isə sırf psixoloji hal idi.
Bunu sözlə izah etmək mümkün deyil. Bircə onu deyə bilərəm ki, içimdəki "ağlamaq
mexanizmini" işə
saldım. Və o gördüyünüz
kadrlar alındı.
Bu, nə deməkdi,
necə baş verir, sözlə ifadə etmək çətindi.
- "Qəqəni"
ayamasının mənası
ilə maraqlanmısınız?
- Maraqlanmışam.
Yusif Səmədoğlu demişdi
ki, Qəqəni -
"ovqat yaradan",
"təşəbbüsçü"
deməkdi. Rusca buna
"zavodila" deyirlər.
Mənim
öz xarakterımdə
də bu xüsusiyyət var.
- Fərhad müəllim, Azərbaycanı
işğal etmiş bolşeviklərə kömək edən
bir obrazı canlandırdığınıza görə
peşmançılıq hissi keçirməmisiniz ki?
- Xeyr, qətiyyən. Qəqəni
sovet quruluşunun ideallarına inanan sadəlövh gənclərdən
birinin ekran obrazıdır. Bu, tarixdi və bunu danmaq olmaz. Mən
özüm isə heç vaxt heç bir partiyanın
üzvü olmamışam. "Yeddi oğul istərəm"
filminin yaradıcı heyətinin üzvü olmağın
özü hər kəsə nəsib olmayan xoşbəxtlik
idi. O boyda sənətkarlarla bir filmdə çəkilmişəmsə,
daha nəyə peşman ola bilərəm ki?
- Amma nədənsə
yaradıcılığınız daha çox teatrla
bağlıdı.
- Elədir.
"Yuğ" teatrında qazandıqlarmı kinoda xərcləyirəm.
Üçüncü kursdan kinoya çəkilməyə
başlamışam. Müəllimim Yevgeni Matveyevin "Ən
mühüm tapşırıq", bir də "Qələbə"
filmlərində. "Qələbə" filmində azərbaycanlı
obrazına qarşı çıxanlar da oldu, amma Yevgeni
Semyonoviç dedi ki, faşizm üzərində qələbəni
SSRİ-nin bütün xalqları birlikdə qazanıblar. Bu
vaxta qədər istər kinoda, istərsə də televiziyada
enerjimi epizodik rollara sərf etmək istəməmişəm.
Bunu təkəbbür kimi qəbul etmək lazım deyil.
Ədalət.- 2010.- 2 noybar.- S. 8.