Müqəddəs torpağı qorumaq üçün

 

Müqəddəs torpağı

qorumaq üçün

And içib namusa,

Təmiz vicdana

Dostlarım önündə

deyirəm bu gün

Qurbandı ürəyim

Azərbaycana!

 

Mənim şöhrətim də,

mənim şanım da

Həyatım, gəncliyim,

cavan canım da

Damarda çağlayan, axan

qanım da

Qurbandı var nəyim-

Azərbaycana!

 

Yaşasın millətim

min budaq olsun!

Müstəqil dövlətim,

üzün ağ olsun!

Ölsəm də uğrunda –

Vətən sağ olsun!

Qurbandı hər şeyim

Azərbaycana!

 

 

YAXŞILIQ

 

Hörməti, minnəti,

haqqı itirmə

Nankorun bilinməz

qədri, qiyməti.

Birinə əl tutub

dilə gətirmə

Hər yerda öyunmə,

danışma qəti.

 

Yaxşılıq bir borcdu

ödəmək gərək

Varsa da imkanın

ödə borcunu.

Əfsuslar olsun ki,

həyatda tək-tək

İnsanlar anlayır,

dərk edir bunu.

 

Sadə, alicənab,

xeyirxah olmaq

İnsan qarşısında

bir vəzifədir.

Haqqın dərgahına

çatmaq üçün, bax,

Yaxşılıq, yeganə

tək vəsiqədir.

 

 

Tanrıverdi NAĞIYEV

 

Ədalət.- 2010.- 3 noyabr.- S. 7.