"Azərbaycan teatrı"
veb-portalı hazırlandı
"Dünya teatr prosesi XXI əsrdə: problemlər,
perspektivlər, alternativlər"
adlı Bakı Beynəlxalq Teatr Konfransının çərçivəsində
keçirilmiş plenar
iclasın bağlanışı
oldu. Milli.Az portalı
xəbər verir ki, iclasın sonunda "Azərbaycan teatrı" veb-portalı
təqdim edildi.
Azərbaycanın teatrının
tarixi, bu günü, o cümlədən
milli-mədəni irsimizin
gələcəyinə yönəlik
planlarını özündə
ehtiva edən portal, azərbaycan türkcəsi
ilə yanaşı dünyanın bir çox dillərində -
ingilis, rus, fars, hətta
çin dillərində
hazırlanıb. Bir neçə
bölmədən ibarət
olan teatr portalında Azərbaycan mədəniyyətinin, xüsusi
olaraq Azərbaycan teatrının tarixi təkcə kiçik məlumatlardan ibarət deyil. Nəfis dizaynla hazırlanmış
bu saytda kifayət qədər zəngin audio-video məlumat
bazası ilə bahəm multimedia kitabxana, habelə təhsil-maarifçilik
proqramları yerşəldirilib.
Xatırladaq ki,
"Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər,
alternativlər" adlı
Bakı Beynəlxalq Teatr Konfransında Avropa, Asiya və
Amerika qitələrinin
tanınmış teatr
mütəxəssisləri, rejissor və dramaturqları, kulturoloqları
iştirakı edirdi. Azərbaycanda ilk dəfə
keçirilmiş Beynəlxalq
elmi-praktik konfransın
dəvətliləri sırasında
ABŞ, Kanada, Türkiyə,
İngiltərə, Fransa,
Almaniya, Gürcüstan,
Rusiya, Belorus, Estoniya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna,
Moldova, Avstriya, Yunanıstan,
Koreya, Tunis, Oman, Çernoqoriya,
Cin, Səudiyyə Ərəbistanı, İran,
Sinqapur, Küveyt kimi ölkələrdən
tanınmış teatr
simaları vardı.
Belə elmi-praktik konfransların mütəmadi, daha dəqiq desək, iki ildən bir keçirilməsi Dövlət Proqramında
nəzərdə tutulub. Elmi-praktik konfrans
çərçivəsində tanınmış teatr xadimlərinin ustad dərsləri və treninqlər də keçirilir. Artıq bir
neçə ustad dərsləri keçirilib.
Proqrama əsasən,
noyabrın 12-dək davam
edəcək treninqlərdə
ABŞ-dan olan mütəxəssislər - Rut Maqraff
"Dramaturgiya", "Vokal
ifaçılığı", Roberto Varea "Plastika",
Daniel Banks "Teatr alternativləri:
Hip-Hop teatrı" mövzusunda
seminarlar keçəcəklər.
Ədalət.- 2010.- 12 noyabr.- S. 8.