SƏNAYE MÜƏSSİSƏLƏRİNİN
ATMOSFERƏ TƏSİRİ
Antropoloji faktorların neqativ təsiri nəticəsində, ətraf mühitin çirklənməsi istiləşməyə səbəb olmuşdur. Əsas təhlükə atmosferdə və digər texnogen qazların artmasıdır. Atmosferdə CO2-nin miqdarı 1880-ci ildə 0,029 % olduğu halda, hazırda 0,03456 %-ə çatmışdır. Karbon qazının atmosferdə normadan çox artması "parnik effekti" ilə nəticələnə bilər.
Bu Yerlə Kosmos arasındakı
istilik mübadiləsi prosesinin pozulmasına gətirib
çıxarar. İstilik effektinin əmələ gəlməsində başqa amillərlə
(səhralaşma, təbii qazların yaranması
və s.) yanaşı,sənaye müəssisələrinin
ətraf mühitə
buraxdığı
tullantılar xüsusi əhəmiyyət daşıyır. Sənaye sahələri
arasındakı çirkliliyə görə birinci
yeri metallurgiya sənayesi
(34 %), sonrakı yerləri müvafiq olaraq energetika sahəsi (27
%) və qaz sənayesi (7 %) tutur. Məqalədə konkret
çirklənmə mənbələri istehsal
prosesi zamanı əmələ gələn
müxtəlif tullantı məhsulları nəzərdən keçirilir və müqayisəli şəkildə
təhlil edilir. Respublikanın
sənaye obyektlərindən atmosferə atılan istixana qazları, digər tullantı məhsullarının
azaldılması yolları barədə tövsiyyələr edilir. İstehsalat müəssisələrinin
müasir tələblərə cavab verən avadanlıqlarla təmin edilməməsi,
köhnə qaz toz tutucu qurğularla işləməsi, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir,
Şirvan kimi iri sənaye şəhərlərinin istehsal sahələrində
quraşdırılması qurğu və
avadanlıqların fiziki-mənəvi cəhətdən
yararsız olması çirkləndirici maddələrin tam zərərsizləşdirilmədən
atmosferə atılması ilə nəticələnir. Sənayedə
əmələ gələn bərk və maye
tullantılarının tərkibində canlı orqanizmlərə
toksiki təsir göstərən maddələr
vardır. Məsələn, metallurgiya
sənayesi tullantılarında əlvan və ağır metal duzları, maşınqayırma sənayesi
tullantılarında sionidlər, arsen birləşmələri,
berillium, plasmas və süni ipək istehsalında benzol,
fenol, kağız-sellüloz
istehsalında metanol, seipidar,
fenol , qazanxana
qalıqları, toxuculuq, gön-dəri
müəssisələrində, sintetik fəal maddələrin istehsalında alkil-sulfat, sulfanol, bəzi
yuyucu-dezinfeksiyaedici maddələr əmələ
gəlir.1 ton çuqun
hazırlanarkən 4,5 kq toz:
2,7 kq kükürd
qazı: 0,1-0,5 kq manqan,
həmçinin arsen, fosfor,
qurğuşun, civə, sürmə: nadir metallar və qətranlı
maddələr, 1 ton marten
poladından 3000-4000m3 qaz, 60 kq dəm qazı və 3 kq
kükürd qazı
ayrılır. Qara metallurgiya sənayesi ümumi çirklənmənin 15-20 faizini təşkil edir. İl ərzində 1 mln.ton
məhsul istehsal edən qara
metallurgiya zavodu
atmosferə 350 ton/sutka
toz, 200 t/sutk kükürd anhidridi, 400 t/sutk karbon oksidi
və 42 t/sutk azot oksidi atır. Metallurgiya müəssisəsində çoxlu miqdarda
tullantı (domna qazı və koks qazı) əmələ gəlsə də,
onun cəmi 34 %-i
utilizə edilir və ya
zərərsizləşdirilir, qalanı ətraf mühitə
yayılaraq atmosferi korlayır.
Maşınqayırmada 1 ton metaldan 260 kn tullantı
yaranır ki, bunun da 50 %-i xammalın işlənməsi
zamanı ayrılır. Hər il
atmosfer havasının çirklənməsi
nəticəsində onun tərkibindəki
karbon oksidi, kükürd və azot
birləşməsi, karbohidrogen və sənaye
tozlarının qatılığı artır. İl ərzində atmosferə 200 mln. ton karbon
oksidi, 20 mlrd. tondan artıq karbon dioksidi, 150 mln. ton kükürd dioksidi, 53 mln. ton azot oksidi,
250 mln. tondan çox toz, 120 mln. ton kül,
50 mln. tondan artıq
müxtəlif karbohidrogenlər atılır. Havasının
çirklənmə səviyyəsi yüksək olan Azərbaycanın iri
şəhərləri insan
sağlamlığı üçün çox təhlükəli hesab
edilir. Havanın keyfiyyəti 8 şəhərdə
yoxlanılmış və kükürd dilksid, azot oksidi,
dəm qazı, sülb hissəcikləri,
tüstü, hidrogen-flüor
və başqa birləşmələrin
qalıqlarının miqdarı müəyyən olunmuşdur. Onların arasında 5 şəhərin
- Sumqayıt, Bakı, Gəncə, Şirvan
və Mingəçevirin payına atmosferə
atılmış bütün zərərli
maddələrin 96 %-i düşür.
Respublikamızda Ən böyük sənaye
sahələri neftçıxarma və neftayırmadır. Sənaye
tullantılarının çoxu bu profildən olan müəssisələrdə
əmələ gəlir. Tullantıların tərkibi və əmələgəlmə
səbəbləri müxtəlifdir. Sıxıcı
kompressorlar çatışmadığından neftlə
yanaşı çıxarılan xeyli qaz atmosferə
buraxılır. Neft qazlarını toplayan sistemlərin
yararsızlığı böyük itkilərə səbəb
olur. Bu sistemlərin sıradan çıxması problemi daha
da ağırlaşdırır. Yeni texnologiyanın tətbiqi
isə problemi xeyli azaldır. Məsələn, 1995-ci ildə
Bakıda neftçıxarma sənayesindən havaya
buraxılan uçucu orqonik hidrokarbonatın miqdarı 500 min
ton olmuşdursa, 1996-cı ildə aşağı təzyiqli
qaz emal edən kompressor stansiyası işə
salındıqdan sonra havaya atılan qaz 200 min tonadək
azalmışdır. Tullantı məhsullarının təkrar
istehsala cəlb olunması da problemin kəskin azalması ilə
nəticələnmişdir. Məsələn, 1 ton xam
malın təkrar istehsalı hesabına atmosferin çirklənməsini
86 %, tullantı məhsullarının həcmini isə 97 %
azaltmaq mümkündür. Son illər məhsul
istehsalındakı artımlar ətraf mühitə,
xüsusilə atmosferə və suya atılan tullantılarda
özünü göstərir. Belə ki, inqrediyentlər
üzrə stasionar mənbələrdən havaya buraxılan
çirkləndirici maddələr 2001-ci ildə 425,9 min ton təşkil
edib ki, onun da 391,8 min tonu qaza oxşar və maye
tullantılardan,15,5 min tonu kükürd antihidridindən, 24,2
min tonu azot 4 oksiddən, 25,4 min ton dəm qazından ibarətdir.
Qeyd edək ki, respublika üzrə stansionar mənbələrdən
425,9 min ton çirkləndirici maddə atmosferə
atılmışdır. Onun 331,4 min tonu paytaxtın, 32,3 min
tonu Sumqayıtın, 4 min tonu Gəncə, 4 min tonu
Şirvanın, 15 min tonu Mingəçevir, qalan 4 min tonu isə
digər şəhər və rayon müəssisələrinin
payına düşür. Göstərilən səbəblərdən
başqa, atmosferdə yaranan istixana effektini intensivləşdirən
amillərdən biri də istilik elektrik stansiyalarıdır. İstilik
elektrostansiyalarında yanacağın yanmasından alınan
istilik enerjisinin 50-55 %-i ətraf mühitə daxil olaraq istiləşmə
prosesini daha da artırır. "Azneftkimyamaş" dövlət
şirkətinin timsalında problemin mahiyyətini şərh
edək. Bu şirkətin 13 iri sənaye müəssisəsini
özündə birləşdirən nəhəng istehsalat
vahidlərindən biridir. Əsasən neftçıxarma sənayesi
üçün qaldırıcı-qazma
avadanlıqlarını istehsali ilə məşğuldur.
Şirkətə daxil olan zavodların istehsal prosesindən
ayrılan tullantı və axıntılarının tərkibi
mənşəyinə görə, neft məhsulları, qələvi,
turşu, müxtəlif karbohidrogenlər, digər üzvi və
qeyri-üzvi birləşmələrdən ibarətdir.
İstehsalın kəskin azalması ətraf mühitə
yayılan çirkləndirici maddələrin miqdarına da təsir
göstərib. Tədqiqat dövrünün yalnız
üç ilinin müqayisəsi göstərir ki, şirkətin
müəssisələrində zərərli maddələrin
əmələ gəlməsilə toztutucu qurğuların
faiz göstəricisi arasında uyğunsuzluq var. 1993-cü ildə
əmələ gəlmiş 2294-216 ton zərərli maddələrdən
cəmi 8,4 faiz tutulub. 1994-cü ildə isə 1295,368 ton
tullantıdan 7,8 %-i tozuducu qurğular tərəfindən
tutulub. Bu rəqəm 1995-ci ildə artaraq 11,9 % təşkil
etsə də, bunun səbəbi keyfiyyət və kəmiyyət
dəyişiklikləri ilə yox, istehsalın əvvəlki
illərlə müqayisədə daha da azalmasıyla əlaqədardır.
Başqa sözlə, əmələ gələn 449,805 ton
tullantının 440,350 tonu havaya atılaraq, cəmi 11,9 %-i
tutulmuşdur. Beləliklə şirkətin zavodları
atmosfer havasını 1993-cü ildə 91,6 %, 1994-cü ildə
92,2%, 1995-ci ildə isə 89,1% zərərli maddələrlə
çirkləndirmişdir.
A) Ətraf mühit problemləri ilə birgə Bakı şəhər Epidemiologiya və Gigiyena mərkəzindən aldığımız məlumatlarda göstərilir ki, respublika paytaxtının atmosferini daha çox sənaye potensialının əsasını təşkil edən Azərbaycan Dövlət Neft Şirkəti, "Azəriqaz" ASC, "Metallurgiya", "Azərneftkimyamaş", "Azərsənaye Tikinti Materialları" Dövlət Komitəsinin sənaye obyektləri çirkləndirir. 1995-ci ildən atmosfer havasına atılan tullantının 94,9% neft şirkətinin, 1,1% "Azərsənaye" TMDK-nin, 0,9% "Azərsement" İstehsalat Birliynin payına düşür. Bu tullantıların tərkibinə 80,5% karbohidrogen birləşmələri, 1,3% dəm qazı, 14% toz və digər zərərli maddələr daxildir. Müəyyənləşdirilib ki, karbohidrogen nümunələri icazə verilən normadan 90,5%, dəm qazı 90%, furfurol 16,7%, his 48%, azot oksidi 65,5%, hidrogensulfid isə 41% yüksəkdir. 1997-ci ildə paytaxtın atmosferi 316 iri sənaye müəssisəsini əhatə edən 12995 stasionar mənbədən çirklənib. Göstərilən mənbədən yalnız 32,1 %-i qaz-toztutucu qurğularla təchiz olunub. ARDNŞ havaya atılan tullantıların 94,5 %-ni, "Azəriqaz" ASC 1,2 %-ni, "Azərisement" İB 1,4 %-ni təşkil edib. Tullantıların tərkibində inqridiyentlərdən 80,1 %-i karbohidrogen, 9,7 % dəm qazı, 12 % müxtəlif tozlar, 0,8 % azot oksidi təşkil edir ki, onlardan da karbohidrogen birləşmələri normadan 90,2, dəm qazı 98, furfurol 15,8, azot oksidi 62,4, hidrogen sulfid 40,4, duda 47,5 % artıqdır.1998-ci ildə paytaxtın atmosfer havasına buraxılan tullantıların 1,1 %-i "Azəriqaz" ASC, 1,4 %-i "Azərsənayetikinti materialları" DK, 2,4 %-i "Azərenerji" SC və 21,6 %-i avtomobil nəqliyatlarının payına düşür. Atmosferə atılan tullantıların tərkibində karbohidrogenlər 67,9 %, dəm qazı 2,7 %, müxtəlif tozlar 10,2 %, azot oksidləri 1,1 %-ə bərabərdir.
B) Stasionar müşahidə
nöqtələrində aparılan laborator müayinələr dəm qazının 1,7 dəfə, azot oksidinin
1,5, hisin
2,1, karbohidrogenlərin
2,8 dəfə və s. Yol verilən normadan artıq olduğunu müəyyənləşdirib.
Ətraf mühitin normadan
artıq çirklənməsi əhali arasında müxtəlif
xəstəliklərin artmasına səbəb olub.
Epidemiologiya və Gigiyena Mərkəzi statistik təhlillər nəticəsində
müəyyən edib ki,
qeyri-infeksion mənşəli xəstəliklərin
azalmasına baxmayaraq, tənəffüs
orqanları, sinir və qan
damarı sistemi, həzm üzvləri, revmatizm, hipertoniya, stenokardiya, miokard infarkt ekzema, sidik-cinsiyyət,
qan və ruhi xəstəliklər
ümumilikdə 1,6-53,4 faiz
artımşdır.
Beləliklə, ətraf mühitə, xüsusilə şəhər
atmosferinə daxil olan tozanaqlar, tullantı məhsulları,
xüsusilə karbon oksidləri, karbohidrogen birləşmələri,
digər üzvi-qeyri üzvi maddələr biosferin canlılar
Aləmi arasında müxtəlif mənşəli xəstəliklərlə
yanaşı, istixana effektinin əmələ gəlməsinə
səbəb olur.
Tövsiyələr:
Problemin aradan qaldırılması və ya
azaldılması istiqamətində aşağıda
tövsiyyə olunan üsullar səmərə verə bilər:
- İstehsal sahələrində texnoloji
avadanlıqların yeniləşdirilməsi
və tullantısız
texnologiyadan istifadə
etmək.
- Köhnəlmiş, yaxud köhnə tipli qaz-toztutucu qurğuların çıxdaş
edilməsi.
- Müəssisənin həyətyanı sahəsində,
sexlərdə fotosintez
effekti yüksək olan yaşıl bitkilərin salınması
- Sənaye müəssisələrinin
yaşayış məntəqələrindən
kənarda yerləşdirilməsi
və maksimum utilizə gücünə
malik avadanlıqlarla təchiz edilmiş yardımçı sexlərin
tikilməsi.
- Tullantı məhsullarının
təkrar istehsala cəlb olunması.
- Müəssisənin rəhbər orqanları, mühəndis və digər işçiləri
üçün vaxtaşırı
ekoloji kursların təşkil olunması
- Müəssisə rəhbərinin,
digər məhsul işçilərin təyinatı
zamanı mövcud qanunvericiliyə əsasın,
ekoloji biliyinin yoxlanılması.
- İstehsal prosesində əmələ
gələn və istixana effekti yaradan CO2 və digər texnogen qazları neytrallaşdıran
texnologiyanın işlənib
hazırlanması.
Yusif Dirili
Mahmudov
Ədalət.- 2010.- 11 noyabr.- S. 7.