Çaylar
Axım xüsusiyyətlərinə
görə Azərbaycan
Respublikasında çaylar
üç qrupa bölünür:
1) daimi axan çaylar;
2) quruyan çaylar - axımı yazda qarlar
əriyəndə və yağış yağdıqda
yaranır;
3) müvəqqəti axan çaylar - axımı
yalnız şiddətli yağıntılar zamanı olur.
Bu qruplar arasında
fərq yaradan əsas amillərdən biri axına
qarışan yeraltı suların miqdarıdır. Birinci qrup çaylara
yeraltı sular daim axıb gəldiyi halda, ikincidə bu proses cəmi bir neçə ay davam edir.
Üçüncü qrupda
yeraltı suların rolu yoxdur.
Azərbaycan Respublikasının
çaylarının qida
mənbələri də
müxtəlifdir. Çaylar
əsasən qar, yağış və yeraltı sularla qidalanır. Böyük Qafqaz çaylarında qar, Kiçik Qafqazda yeraltı sularla qidalanma üstünlük təşkil
edir.
Azərbaycan
Respublikası Kür və Araz çaylarının
aşağı və qismən orta axınında
yerləşir.
Kür çayı Qafqazın ən böyük çayıdır.
Onun uzunluğu 1515 km, sahəsi isə 188 min kvadrat kilometrdir. Kür çayı Türkiyə ərazisindəki
Qızılgədik dağının
şimal-şərq yamacından,
2740 m mütləq yüksəkliyə malik sahədən başlayır.
O, Gürcüstan ərazisindən
keçərək, Azərbaycan
ərazisinə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə qovuşur.
Araz çayı ilə
birləşənə qədər Kürün öz
sahəsi 86 min kvadrat kilometr təşkil edir. Araz çayı Kürün ən böyük sağ qoludur. O, öz
başlanğıcını Türkiyədə yerləşən
Bingöl dağından
3300 m yüksəklikdən
götürür. Ümumi
uzunluğunun (1072 km)
364 km-i Türkiyənin
ərazisinə mənsubdur.
Ümumiyyətlə Araz
çayı Azərbaycanla
Türkiyə və İran arasında sərhəd təşkil
edir. Çayın axırıncı 80
km-i Azərbaycanın
ərazisindən axır
və Sabirabad şəhərin ərazisində
Kür çayına
tökülür.
Bu çaylar iqliminə
görə yazda qar və yağış suları ilə,
payızda isə yağış suları ilə gursululuq
əmələ gətirən çaylar qrupuna daxildir.
Respublika çaylarının illik
axımına atmosfer prosesləri böyük təsir edir. Fevraldan
marta doğru
hava temperaturunun intensiv artması 1500 m-dən artıq hündürlüklərdə qarın
əriməsinə səbəb
olur. Aprel və may aylarında yağışlar nəticəsidnə
qarın əriməsi
daha da sürətlənir.
Çox
yüksəkdə (2500-300 m-dən antıq) qarın intensiv əriməsi aprel-mayın
əvvəllərində başlayır
və iyunun axırlarında qurtarır.
Qar örtüyü çayların
su rejiminə yay aylarında da təsir edir.
Belə ki, torpaq-qrunta hopub süzülən (infiltrasiya olan) qar suları yenidən səthə çıxaraq azsulu dövrdə çayların
suyunu artırır.
Alçaq çay hövzələrində (Talış
sahəsi müstəsna
olmaqla) yağıntının
çox hissəsi yaz və yayın
paylanmasına az təsir göstərir. Talış sahəsində əsas
rütubət ehtiyatının
çoxu ilin soyuq yarısında düşən yağışlardır.
Respublika
çayları yay aylarında azsulu olur. Bəzən iyul və avqust aylarında yağan leysan yağışları çaylarda
güclü daşqın
və sellər yaradaraq təsərrüfata
böyük ziyan vurur. Güclü sellər Böyük
Qafqazın Zəngəzur
silsiləsinin cənub-qərb
yamaclarındakı çaylarda
müşahidə olunur.
Böyük və Kiçik
Qafqaz çaylarında
axımın çox
hissəsi ilin isti yarısında, Talış çaylarında
isə ilin soyuq yarısında keçir. Əsas axımı (60-80%) ilin isti yarısında
keçən çaylar
üstünlük təşkil
edir. Axımın
il ərzində
bu cür qeyri-bərabər paylanması
onun təsərrüfat
baxımından istifadə
edilməsini çətinləşdirir.
Ümumiyytələ, su
rejimi xüsusiyyətlərinə
görə Azərbaycan
Respublikasının çayları
2 qrupa bölünür:
1) gursulu və daşqın rejimli 2) daşqın rejimli. Daşqın
rejimli çaylara Lənkəran təbii zonası çayları, Qobustan və müvəqqəti axan çaylar aiddir. Qalan çaylarda su rejimi fazası gursululuqdur.
Relyefin
mürəkkəbliyi və başqa təbii amillərin
təsiri ilə axım ərazi üzrə bərabər
paylanmamışdır. Ərazidə axım modulu, ümumiyyətlə, hündürlüyə
görə artır. Lakin bu artım müəyyən
hündürlüyə qədərdir
(Böyük Qafqazın
şimal-şərq yamacıda
2800 m, cənub yamacında
2000-2200 m, Kiçik Qafqazda
2200-2400 m). Göstərilən hündürlükdən yuxarıda axım modulu azalır. Oroqrafik xüsusiyyətinə görə
Talış sahəsində
axım ilə orta yüksəklik arasında bir-birinə zidd iki qanunsuzluq
var. Talış silsiləsində
axım modulu hündürlüyə görə
azalır. Peştəsər və Burovar silsilələrində isə
artır.
Azərbaycan Respublikasının çoxsulu
çayları Böyük
Qafqazın cənub yamacındadır. Burada orta illik axım modulu 45 l/san.
km2-dən artıqdır.
Alazan-Əyriçay çökəkliyinə (Alazan-Həftəran vadisinə)
doğru axım modulu 5 l/san; km2-ə qədər
azalır. Böyük Qafqazın
şimal-şərq yamacında
orta illik axım modulu 18-20 l/san.
km2-dən artıqdır.
Axım modulunun hündürlüyə
görə artması
burada nisbətən bərabərdir. Axım modulunun
intensiv artımı Yan silsilə ilə Baş Qafqaz silsiləsi arasındakı sahədə
müşahidə edilir
(Qusar, Qudyal, Vəlvələ və s.
çayların yuxarı
axınları). Orta illik
axım modulu həmin sahədə 10-20
l/san. km2 arasında
dəyişir. Mənbəyini yan silsilənin yamacından götürən
çayların axımı
Baş Qafqaz silsiləsindən başlanan
çaylarınkından xeyli
fərqlənir. Axımın artması burada daha şiddətli gedir və onun
orta illik modulu 1000-2000 m yüksəkdə
yerləşən sahədə
6-18 l/san. km2 arasında
dəyişir. Bu atmosfer yağıntılarının
çox düşməsi
ilə əlaqədardır.
Baş Qafqaz silsiləsindən Xəzər
dənizi sahilinə doğru axım tədricən azalır (0,5 l/san. km2-ə qədər).
Dənizkənarı ovalıqda şimal-qərbdən
cənub-şərgə doğru
axım tədrijən
azalaraq Abşeron yarımadasında 0-a çatır.
Kiçik Qafqazda
axımın paylanması Böyük Qafqaza nisbətən
olduqca mürəkkəb xarakter daşıyır. Bu, ərazinin
oroqrafiyasının mürəkkəbliyi və dağ
silsilələrinin müxtəlif istiqamətdə olmaları
ilə izah edilir. Axımın ən yüksək kəmiyyəti Gamış
və Qapıcıq dağlarının yamaclarından
axan çaylarda müşahidə olunur. Burada axım
modulu 28 l/san, km2-dən artıqdır.
Atmosfer yağıntıları bəzi
yerlərdə Qarabağ
yaylasının məsaməli
süxurları arasında
itərək rayonu susuz sahəyə çevirir, bəzi yerlərdə isə bulaq şəklində səthə çıxaraq
çayların sululuğunu
artırır. Bu cəhətdən Tərtər,
Həkəri və başqa çayların yuxarı axınları daha səciyyəvidir və onların yeraltı sular hesabına qidalanması illik axım həcminin 70-80%-ə qədərini
təşkil edir.
Kiçik Qafqazın cənub-şərqində (Qarabağ
silsiləsindən başlayan
çay hövzələrində)
axım modulu 0,8-dən 22 l/san. km2-ə qədər, Naxçıvan
MR-da isə 0,5-dən
10 l/san. km2-ə qədər
dəyişir. Arazboyu
düzənliklərə doğru
axım modulu 0,5 l/san. km2-dən aşağı düşür.
Talış sahəsində axım
modulu şimaldan cənuba və qərbdən şərqə
doğru artır.
Axımın maksimum kəmiyyəti (25 l/san, km2-dən çox) ərazinin mərkəzi hissəsində
Təngərud və Astara çayları hövzələrində minimal kəmiyyəti isə (0,5-0,8 l/san. km2) ərazinin Viləş çayından
şimaldakı hissəsində,
həmçinin Lənkəran
və Viləş çaylarının mənbələrində
muşahidə olunur. Azərbaycan Respublikasının
azsulu sahələri Qobustan, Naxçıvan MR
və Kür-Araz
ovalığıdır.
Azərbaycan Respublikasının çayları
çoxlu xırda səpinti və müxtəlif
qırıntı materialları axıdır. Həmin materiallar çay hövzələrində
gedən yuyulma porsesinin nəticəsidir. Azərbaycan Respublikasının çayları bulanıqlıq
dərəcəsi ən
böyük olan çaylardandır. Bulanıqlıq
dərəcəsinin orta
illik miqdarı ərazi üzrə 0,07 ilə 9,8 kq/m3 arasında dəyişir. Onun minimumu Qarabağ
yaylasında, maksimumu isə Böyük Qafqazın cənub yamacında müşahidə
edilir. Ən intensiv səthi
yuyulma Böyük Qafqazın cənub yamacında (1000-6800 t/km2), ən
zəifi isə Qarabağ yaylasında
(5-10 t/km2_) müşahidə edilir. Böyük Qafqaz çaylarının
sutoplayıcı sahələrində
səthi yuyulmanın intensivliyi (0,53 mm/il) Kiçik Qafqaz (0,03 mm/il) və Talış (0,04 mm/il) çaylarının sutoplayıcısında odluğudan
təqribən 13 dəfə
çoxdur.
Ədalət.- 2010.- 11 noyabr.- S. 7.