ZEMFİRA VERDİYEVA HAQQA
QOVUŞDU
Azərbaycan
filologiya elminə ağır itki üz verdi.
Görkəmli alim filologiya
elmləri doktoru, professor,
EA-nın müxbir üzvü
Zemfira Nadir
qızı Verdiyeva vəfat etmişdi.
1935-ci il noyabr
ayının 19-da dünyaya gələn Zemfira xanım german
dilləri üzrə ilk elmlər doktoru olmuş, elmi
uğurlara imza atmışdır. Məhz qazandığı
elmi nailiyyətlər dövlətimiz tərəfindən
xüsusi mükafatlandırılmış və onu
1973-cü ildə Xarici Dillər İnstitutuna rektor təyin
edilmişdir. 1995-ci ilə qədər bu böyük elmi
müəssisəyə rəhbərlik edən Zemfira xanım
200-dən artıq elmi işin müəllifi olmuş, həmçinin
onun rəhbərliyi altında 8 elmlər doktoru, 15 elmlər
namizədi yetişmişdir.
Dünyanın bir
çox ölkələrində, o cümlədən
İngiltərə, Fransa, ABŞ, İspaniya, Hindistan, Çin,
Meksika və digər məmləkətlərində
çoxlu sayda məruzələrlə
çıxışlar edən Zemfira xanım elmi konfranslarda
böyük uğurlar qazanmışdı. Ömrünün
son illərinə kimi o, 70 min nəfərdən çox
üzvü olan Azərbaycan Qadınlar Cəmiyyətinin sədri
kimi fəaliyyət göstərirdi.
Mənalı
ömür yaşamış Zemfira xanım Verdiyevanın
xatirəsi xalqımızın və bütövlükdə
onu tanıyan hər kəsin qəlbində əbədi
yaşayacaq.
Allah rəhmət eləsin!
Ədalət.- 2010.- 9 noyabr.- S. 8.