On Kutsal Bitiyin II
cildi - "Mütləqləşmək
- Var olmaq" çap olundu
Bugünlərdə İnam Atanın (Asif Atanın) On Kutsal Bitiyinin II cildi - "Mütləqləşmək
- Var olmaq" işıq üzü görüb. (Bakı, "Qanun" 2010, 184 səh.) Kitaba İnam Atanın 8 Əsəri daxildir: "Mövcudluq",
"Həqiqət", "Əxlaq", "Dövlət",
"Cəmiyyət", "Xurafat", "Mülkiyyət",
"Zəruriyyət". Bu
haqda Mütləqə
İnam Ocağının
Yükümlüsü İşıqlı
Atalı məlumat verib. Kitab Yolruh Atalının
"İnsanı var edən kitab" önsözüylə açılır.
"Mövcudluq" əsəri
insanın Ruhani varlıq olmasından danışır. Ata göstərir
ki, İnsan özünü Ruhani varlıq kimi dəyərləndirməlidir, əgər
bu yoxdursa, onda o, təbiətin verdiyi ilə yetərlənəcək. Təbiətdəysə bioloji varlıq
kimi İnsanın başqa canlılardan fərqi yoxdur. Demək, İnsanın kamilləşməsi qaçılmazdır!
"Həqiqət" əsərində
Ata İnsanın ən
böyük faciəsinin
Dünyaya, Həyata, Təbiətə, Özünə
Mütləq, Həqiqi
yanaşmaması ilə
bağlayır. İnsan Həqiqətsiz yaşamağı
bacarıb! Halbuki bu sayaq yaşaması onun Ruhani Mahiyyətinə qarşıdır. Həqiqətsizlik Bəşəri ölüm
ayağına gətirib.
İnam Ata "Əxlaq" əsərində
Əxlaqı İnsanın
kamilləşməsində qaçılmaz, başlıca
dəyər sayır. Ata buna görə İnsanın qarşısında
kəsin olaraq imtina qaçılmazlığını
qoyur, Əxlaq yolunda nələrdən əl çəkməyin
gərəkliyini vurğulayır.
İkinci Bitiyə daxil olan "Dövlət"
əsərində İnam
Ata bəşərə yeni,
daha doğrusu, ideal dövlət modeli təqdim edir. Bu, kamilləşən İnsan
üçün Ruhani
Dövlət idealıdır.
Onun məqsədi birbaşa İnsanı təsdiq etmək olacaq: siniflərə, təbəqələrə, ağaya,
qolugüclüyə, varlıya
yox, yalnız İnsana xidmət edən dövlət.
"Cəmiyyət"
əsərində İnam
Ata ictimai məsələlərin
çözümü üçün
bircə tələb qoyur: İnsan olmaq!
"Mütləqləşmək
- Var olmaq" kitabındakı "Xurafat"
əsərində başlıca
olaraq yaxın keçmişimizdə hakim olmuş
Sosializm-Kommunizm-Materializm xurafatının
iç üzü açılır: İnsansızlıq
baş alıb gedir; həyat ruhsuzlaşır və maddiyyat xurafatı yaradırlar, o, Allahlaşdırılır,
iqtisadi qanunlar insanın taleyini özündən asılı
edir, sözdə
"fəhlə hakimiyyəti"
əfsanəsi yaradılır.
İnam Ata "Mülkiyyət" əsərində
torpağı əməkçiyə
verir, o da kimsəni mülkiyyətinə
ortaq etmir, zəhmətinə özü
yiyələnir. Zavod, fabrik əməkçinin
olur, əldə edilən gəlir də zəhmətkeşə
çatır. Bununla gerçək
bərabərlik təsdiq
edilir.
Kitabın bütün
canı "Zəruriyyət"
əsərində ifadə
olunur: insan nisbi mənada yaşayıb, mahiyyətə
bərabər olmayıb,
gerçəkliyi ötməyib,
özünə çatmayıb,
mütləqləşməyib, bu üzdən yaşamayıb! İndi onun bircə çıxış yolu var: Mütləqləşməli
- Var olmalı, Ruhani yaşamalıdır!
"Mütləqləşmək
- Var olmaq" əsl insan kimi var olmaq
haqqında kutsal kitabdır!
Qeyd edək ki, İnam
Atanın Mütləqə
İnam Dünyabaxışını
əhatə edən əsərləri 10 cilddə
(On Kutsal Bitiq) toplanıb.
"İnama Doğru"
dərgisinin2-ci sayı işıq
üzü gördü
İnam Atanın (Asif Atanın) Mütləqə
İnam Ocağının
"İnama Doğru"
dərgisinin 2-ci sayında
Ocağın bənzərsiz
ruhani (insani) qurum olaraq gerçəkləşdirmə
addımları, xalqlaşma
uğurları ifadəsini
tapıb. Yeni say "On Kutsal Bitiyin II cildi - "Mütləqləşmək
- Var olmaq" çap olundu" xəbəriylə açılır.
Mütləqə İnam Ocağının
Ruhani Başçısı
Safruhun "Şəmkirin
yolu nədən nurludur" başlıqlı
içsəsi Ocağın
Şəmkirdə yayılmasından,
Yolnur Atalının oradakı gördüyü
işlərdən bəhs
edir.
Yolruh Atalının "İşıqlı
Atalı-Ruhani Döyüşçü"
adlı yazısı Mütləqə İnam Ruhaniyyatının gerçəkləşməsinin
bənzərsiz qurucusu
İşıqlı Atalı
haqqındadır.
Habelə dərgidə
"Mütləqə İnam
Ocağı "Space" telekanalının
"Mədəniyyət saatı"
proqramında", Ocaq
dostu, geologiya-mineralogiya
elmləri namizədi
Baba Əhmədlinin "Üman
boyda Asif Ata", Yolruh Atalının "Həyatın dibi",
"Asif Ata Ölməzliyi",
"Ulu Peyğəmbərə
Səcdənin şahidi
oldum" (Füzuli Məmmədli), İnam Atanın "Qarabağ problemi - Ümumtürk problemidir", "İnam
Evində "Ata Günü"
Mərasimi", İşıqlı
Atalının "İnsaniliyə
Bərabər" kitabının
davamı, "İnam
Evində yeni Evlad qəbulu törəni baş tutub", "İnam Evində Ocaq Ailələrinin birgə toplanışı keçirilib",
"Kutsal Onluq" (Safruh), "Ata Uğurlamalarından",
"Mütləqə İnam
Ocağı ilə görüş keçirilib",
Ocaq Odqoruyanı Safruhun Ruhani Bəlgələri, "Mütləqə
İnam Ocağının
Doğmalaşma törəni
keçirilib", "Ocağımızın
yeni evladları" kimi yazılar yer alıb.
İşıqlı Atalı
Ədalət.- 2010.- 9 noyabr.- S. 6.