Azərbaycan Ədliyyəsi bu gün

 

Biz peşə bayramımızı şərəflə qarşılayırıq

 

Dövlətin davamlı inkişafı üçün möhkəm hüquqi bazasının yaradılması ədliyyə və məhkəmə hüquqi sisteminin formalaşdırılması üçün vacib amillərdən biridir. Bu səbəbdən də xalqımızın öz dövlətçiliyinin dünyəvi demokratik hüquqi əsaslar üzərində bərqərar olunmasında ulu öndər Heydər Əliyevin tərəfindən aparılmış uğurlu hüquqi islahatlar nəticəsində nail olunmuşdur.

Bütün bunların əsas amilləri ondan ibarətdir ki, məhz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərində Azərbaycan Ədliyyəsinin misilsiz inkişafı hər birimizin yadımızda qalmışdır. Belə ki, 1918-ci ildə yaradılan Ədliyyə Nazirliyinə sovetlər dövrü ərzində biganə münasibətlər göstərilərək bu qurum illər boyu dəfələrlə ləğv olunaraq məhdud səlahiyyətlər çərçivəsində fəaliyyət göstərmişdir. Lakin ulu öndərin Azərbaycan Respublikasına 1970-ci illərdə rəhbərlik etdiyi dövrdə Ədliyyə nazirliyinin fəaliyyətinin inkişafına dair bir sıra normativ hüquqi aktlar qəbul olunmuşdur.

Bütün bunlarla yanaşı məhz ulu öndər Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gətirildikdən sonra Ədliyyə işçilərinin mənəvi stimulunun artırılması məqsədi ilə 1918-ci ildə Azərbaycan Ədliyyəsinin əsasnaməsinin təsdiq edildiyi gün yəni, hər ilin 22 noyabrı 11 noyabr 2000-ci il tarixli sərəncamına əsasən Ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur.

İndiki dövrümüzdə də ulu Öndər Heydər Əliyevin davamçısı İlham Əliyev tərəfindən Respublikamızda aparılan daxili, xarici, eyni zamanda hüquqi islahatların nəticəsi xalqımız tərəfindən müsbət qəbul olunaraq öz bəhrəsini günbəgün artırır.

Respublikamızda gedən daxili və xarici siyasətin dinamik sürətdə inkişafı ilə yanaşı müstəqil dövlətimizin hüquq sistemində də Ədliyyə orqanlarında aparılan uğurlu islahatlar müasir dövrümüzdə mühüm rol oynayır. Belə ki dövlət quruculuğu xəttini uğurla davam etdirən ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan Ədliyyə sistemi inkişaf edərək onu normativ hüquqi bazası daha da təkmilləşdirilir.

Məhz cənab prezident İlham Əliyevin Ədliyyə orqanlarının inkişafının, eyni zamanda məhkəmə sisteminin müasirləşdirilməsi haqqında proqram xarakterli fərmanlarına əsasən Ədliyyə orqanlarına qulluq keçmə haqqında qanunun qəbul edilməsi, nazirliyin yeni əsasnaməsinin təsdiq edilməsi və ona hüquq-mühafizə orqanı statusu verilməsi nəticəsində Azərbaycan Ədliyyəsi daha da inkişaf etdirilərək onun müasir dövrümüzdə rolu xeyli artırılması təmin edilmişdir.

Bütün bunlarla yanaşı müasir dövrümüzdə ölkəmizdə aparılan uğurlu hüquqi islahatlar nəticəsində vətəndaşlarımızın məhkəmə hakimiyyətinə inamı daha da artırılaraq onların müraciətləri ötən dövrlərə nisbətən xeyli fəal surətdə araşdırılır və cavablandırılır. Bu səbəbdən Respublikamızda insan hüquq azadlıqlarının təmin olunması qorunması üçün xüsusi önəm verildiyindən məhkəmə qərarlarının icrası sahəsində bir sıra yeni hüquqi normativ aktlarda qanunlarımızda müasir dövrümüzün tələblərinə cavab verən dəyişikliklər əlavələr edilmişdir. Bunlardan əsas biri ondan ibarətdir ki, Azərbaycan respublikası prezidentinin 15 iyul 2010-cu il tarixli fərmanına əsasən "Məhkəmə nəzarətçiləri Məhkəmə İcraçıları haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının qanunlarına əlavələr dəyişikliklər edilmişdir. Həmin qəbul olunmuş qanunda məhkəmə digər orqanların qərarlarının məcburi icrası qaydaları şərtləri müəyyən edilərək hər bir İcra məmurunun üzərinə düşən vəzifə məsuliyyətinin artırılmasına təkan verilmişdir. Məlum olduğu kimi məhkəmə digər orqanların qərarları tərəflərin çəkişmə prinsipi əsasında qəbul edilərək hər bir icra olunan məhkəmə yaxud digər orqanların qərarları hüquqları pozulmuş vətəndaşlarımızın hüquqlarının bərpa olunmasında mühüm rol oynayır. Bu səbəbdən məhkəmə digər orqanların hər bir qərarlarının icrasının təmin olunmasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi diqqət ayrılmaqla daim nəzarətdə saxlanılır.

Bütün bunlar onun nəticəsidir ki, Respublikamızda ümummilli liderimiz, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin müəyyən etdiyi siyasi kursuna daim sadiq qalan Ədliyyə işçiləri ölkəmizin dinamik inkişafının real təminatçısı və yeganə qarantı olan prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafında və xalqımızın rifahının yaxşılaşdırılmasında misilsiz əməyi olmuşdur və həmin proses bu gün də davam etdirilir.

Ölkəmizdə gedən demokratikləşdirmə prosesində, vətəndaş cəmiyyətinin təşəkkül tapmasında, Azərbaycanın daha da inkişaf edərək zəngin və qüdrətli dövlətə çevrilməsində möhtərəm prezidentimiz cənab İlham Əliyevin layiqli yardımçısı olmağımızı bir Ədliyyə işçisi kimi özümüzə vəzifə və vətəndaşlıq borcu sayırıq.

22 noyabr Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə bütün həmkarlarımı, o cümlədən Ədliyyə qurumlarında çalışan hər kəsi ürəkdən təbrik edərək onlara qanunu aliliyinin təmin edilməsində və insan hüquqlarının qorunmasında gərəkli fəaliyyətlərində uğurlar arzulayıram.

 

 

Araz Hüseynov

 

Ədalət.- 2010.- 20 noyabr.- S. 6.