SƏNƏTKAR
Yanıqlı -
yanıqlı vurub zəngulə,
Verdi təravəti, Sona
bülbülə.
Atdı qarmaqdakı
balığı gölə,
Vətənin nisgilli
sənətkar oğlu.
Sellər aparanda nakam
Saranı,
Gəzdi
Xançobanı, bəxti qaranı.
Üşütdü
səsinin qarı, boranı,
Hamını,
xalqımın fədakar oğlu.
"Neçin
gəlməz" deyib haray qopardı,
Bizi həsrət dolu
ilə apardı.
Vətənin
torpağın, daşın öpərdi,
Ağdamsız,
Ağdamın yadigar oğlu.
YADIMA SALDI
Eləki dinlədim
"ana" laylası,
Başıma
qaldırdım qəm piyaləsin.
Əzablı
günlərin ahın, naləsin,
Yanıqlı-yanıqlı
yadıma saldı.
Nədənsə
kədərlə verdi baş-başa,
Köklədi simləri
dərdlə savaşa.
Elə xallar vurdu o
baş-bu başa,
Simi də özünü oduna saldı.
Gəzdi barmaqları
pərdələr üstdə,
Can verdi "Segah"a, "Zabul"a, "Rast"a...
Ömrünün mənası
yeganə dostu,
Qərib gitaranı toruna saldı.
Məmməd Mərzili
Ədalət.- 2010.- 24 noyabr.- S. 7.