Təbiətçilik -
İnsançılıq
(Atanın əsərlərindən seçmələr)
Təbiətə insani münasibət
yaranmalıdır
...Mütləqə
İnam Fəlsəfəsinin Yaradıcısı, Ruhani Ocaq
Atası, Dahi Azərbaycan Filosofu İnam Atanın (Asif
Atanın) yaradıcılığında təbiətə
münasibət ayrıca yer tutur. Türk fitri təbiətçidir.
Onun insana, həyata, dünyaya münasibəti fitri xarakterinin
ucalığından irəli gəlir. O, həyata daim
yaradıcı baxır, ruhunun gözü ilə insanilikdən
soraq verən hər bir cəhəti ləyaqətlə dəyərləndirir.
Bu cəhəti qoruyur, yaşadır və sabaha
çatdırır. Türkün təbiətə münasibəti
onun dağı, daşı, səmanı, çayı,
meşəni, təbiətdəki müxtəlif
varlıqları ilahiləşdirməsi demək olub. O, ilkin
mifoloji düşüncəsində fitrətən ilahi keyfiyyətlərini
ifadə edib. Türkün mifoloji düşüncə sistemi heyrətamiz
dərəcədə insana doğma təsir
bağışlayır: Türk təbiətdə, onun
müxtəlif varlıqlarında daim özünü
görüb, bu heyrətamizliyi müxtəlif formalarda vəsf
edib.
"Ədalət"in
sayğılı oxucularına ötən saylarda Atanın
"10 Kutsal Bitiq"inin 2-ci cildinə daxil olan "Mütləqləşmək-Var
Olmaq" Kitabından bölümlər təqdim edilmişdi.
Bu sayda isə Atanın digər əsərlərindən təbiət-insan
mövzusundakı fikirləri təqdim edilir. Atanın fikirlərindən
almalı olduğumuz dərs budur: İnsan indiyə kimi əslində
səthi yaşayıb, öz insani-ilahi imkanlarını
axıradək aşkarlamayıb, bu səbəbdən də təbiətdəki
ilahiliyi, insaniliyi axıradək görə bilməyib.
İndi bəşərin az qala ölüm ayağında
olduğu bir zamanda insanın qurtuluşu həm də onun təbiətə
ilahi, səcdəli münasibətinin yaranmasındadır.
İCTİMAİ EKOLOGİYA
Zəhərli cəmiyyət uduruq ciyərlərimizə.
RUHANİYYAT – TƏBİƏT
İnsan Təbiətə
Ruhani Münasibət bəsləyir: özüylə Təbiət
arasında Məna Birliyini anlayır; Təbiətdə
İnsanilik görür; onda İnsani hallar duyur; Təbiətə
vurulur; daxili Dünyasını Təbiət vasitəsiylə
ifadə eləyir; Təbiətdə özünü
görür, özündə Təbiəti.
İnsan Təbiətə
həm də Qeyri-Ruhani münasibət bəsləyir:
özüylə Təbiət arasındakı
Doğmalığı unudur; daxilindəki Ağalıq hissi
onu Təbiətə qarşı çevirir;
Yırtıcılıq hissi onu Təbiətlə
Yağılaşdırır; İnsan Təbiətə qənim
kəsilir; İnsanla Təbiət arasındakı Ahəng
pozulur; Təbiətlə Yağılıq mahiyyətcə
İnsaniliklə Yağılıq olur; - İnsan
özü-özünə Yağı olur; Təbiətə
qarşı qəddarlıq onu Mənəvi iflasa gətirib
çıxarır.
Beləliklə də
İnsan Təbiətə münasibətində ikiləşir.
Həm də
İnsanın cismani Tələbləri onu Ümumcanlı
Çarpışmaya sövq edir: bir canlının
yaşaması üçün başqa canlı ölməlidir;
İnsan heyvan qatili olur, olmalıdır; bu baxımdan onun
halı başqa heyvanlardan fərqlənmir; ancaq Xisləti fərqlənir,
çünki İnsan heyvanlardan fərqli olaraq, Mənanın
təkcə Təzahürü deyil, həm də İfadəsidir;
O, Mənanı ömründə gəzdirir; təbiidir ki, həmin
Mənayla Maddi Tələb arasında Ziddiyyət yaranır və
bu ziddiyyəti İnsan yaşadıqca daha çox anlamağa
başlayır.
Təbiətlə
münasibətdə İnsan həm İnsanilik ifadə eləyir,
həm Qeyri-İnsanilik.
İnsan cismani tələblərdən
asılı olduğu dərəcədə qeyri-insanilik ifadə
eləyir; ruhani tələblərdən asılı olduğu
dərəcədə insanilik ifadə eləyir.
Eyni zamanda İnsan Təbiət
əsasında öz Dünyasını qurur: Təbiətə
İnsani Ruh gətirir; səsdən musiqi, daşdan heykəl
yaradır; şəhərlər salır, təsərrüfat
qurur, təbiətə xas olan gözəlliyə insani gözəllik
calayır, təbiətə təzə Ruh, Məna verir.
İnsan Təbiət əsasında
Təbiətdən Yüksəyi yaradır - bu, İnsanın
Təbiətə münasibətində Ruhaniyyatın Təsdiqi
olur.
İnsan Təbiətə
təkcə faydalıq baxımından yanaşa bilmir; o bu
münasibəti ötür; - onun təbiətlə təmasında
Təmənnayla Təmənnasızlıq
qoşalaşır, Ruhaniyyatla Qeyri-Ruhaniyyat üzləşir.
Bu ikilik İnsanın ən
dərin faciələrindən biridir əslində.
Təbiətin
Nizamında, Gözəlliyində, Ülviliyində Mütləqilik
yaşayır; - Təbiət həm də
yaratdığını öldürür,
açdığını soldurur; Vəhşiliyə
yarayır, cəlladlığa yarayır və bununla da
Mütləqiliyə qarşı durur.
Təbiətdə Nizam,
Gözəllik, Ülvilik adlı Əzəlilik var və
Nizamsızlıq, Eybəcərlik, Bəsitlik adlı Ötərilik
var.
Təbiətdə Nizam,
Gözəllik, Ülvilik adlı Əbədilik var və
Nizamsızlıq, Eybəcərlik, Bəsitlik adlı
Keçicilik var.
Təbiətdə Nizam,
Gözəllik, Ülvilik adlı Sonsuzluq var və
Nizamsızlıq, Eybəcərlik, Bəsitlik adlı Sonluluq
var.
Təbiətdə Nizam,
Gözəllik, Ülvilik adlı Kamillik var və
Nizamsızlıq, Eybəcərlik, Bəsitlik adlı
Qeyri-Kamillik var.
Təbiətdə Nizam,
Gözəllik, Ülvilik adlı Xeyir var və
Nizamsızlıq, Eybəcərlik, Bəsitlik adlı Şər
var.
İnsan Mənaya həm
də Təbiət vasitəsiylə çatır, Təbiət
Nizamında, Gözəlliyində, Ülviliyində Məna
arayır.
Təbiət İnsana Mənadan
xəbər verir; Mənanı nişan verir; Məna əlamətləri,
nişanları, rəmzləri göstərir.
Ruhaniyyat Mənayla Təbiət
Birliyi yaradır, həm də həmin Birliyi naqisliyə
qarşı qoyur: Təbiətdəki Nizam, Gözəllik,
Ülvilik Məna Biçimi kimi duyulur.
Təbiətin Ruh aləmində
İnsanlaşması baş verir: Qürub
çağının Kədəri, Çayın
Mahnısı, Dağın Vüqarı, Göyün Müqəddəsliyi
yaranır.
Bədiiyyat
İnsanlaşmış Təbiəti vəsf edir.
Ruhaniyyatda həm də
İnsan Təbiətləşir: Amal Günəşləşir;
Duyğu Bulaqlaşır, Dənizləşir; Ürək
Göyləşir.
İnsan
özünü Mənalandırdığı dərəcədə
Təbiəti Mənalandırır; Özünü Təbiət
vasitəsiylə də Mənalandırır.
O, özünü Mənalandırma
Pillələriylə Ucaltdıqca, Təbiəti də Mənalandırma
Pillələriylə Ucaldır.
İnsan Mənadan uzaq
olduğu dərəcədə Təbiətdən uzaq olur; Mənaya
yaxın olduğu dərəcədə Təbiətə
yaxın olur.
Bu baxımdan Təbiət
cəmiyyətdən əsaslı surətdə fərqlənir.
Təbiət də Cəmiyyət
kimi İnsana, onun aqibətinə biganədir: Fəsillər
İnsanı nəzərə almır; Təbiət
Qanunları İnsanı nəzərə almır.
Ancaq İnsan Təbiətlə
Daxilən, Üzvi surətdə bağlıdır; Təbiətdəki
Nizam, Ülvilik, Gözəllik - Məna
çalarlarıdır, bu cəhətdən İnsan Təbiətlə
Təndir, Birdir; Təbiət Mahiyyətcə Ruhaniyyata Zidd
deyil, Cəmiyyət isə Ruhaniyyata Ziddir
Təbiət
İnsanı nəzərə almır, ancaq İnsaniliyə
xidmət edir, çünki Mahiyyətin, Mənanın
nişanəsidir; Cəmiyyət isə Qeyri-Ruhaniliyin təsdiqidir,
bu səbəbdən də Cəmiyyət-Təbiət Təzadında
İnsan Təbiətin tərəfindədir, Cəmiyyətin
tərəfində deyil.
Cəmiyyət
İnsanlar tərəfindən yaradılır, ancaq
İnsaniliyə qarşı durur.
Təbiət
İnsanlardan kənarda yaranır - ancaq İnsaniliyə
uyğun olur.
Cəmiyyət
"Nizamı" - əslində Ruhsuzluqdur; çünki
Ağalaşma, Nökərləşmə, Hamılaşma,
Özgələşmə, Təbəqələşmə əsasında
qurulub; Cəmiyyət "Gözəlliyi" - əslində
Ruhsuzluqdur; çünki Ağalaşma, Nökərləşmə,
Hamılaşma, Özgələşmə, Təbəqələşmə
əsasında yaranıb; Cəmiyyət "Ülviyyəti"
- əslində Ruhsuzluqdur; çünki Ağalaşma,
Nökərləşmə, Hamılaşma, Özgələşmə,
Təbəqələşmə əsasında yaranıb.
Təbiətdəki
Nizam - Mahiyyət Biçimidir; Təbiətdəki Gözəllik,
Ülvilik - Mahiyyət Biçimidir.
Təbiətdəki
Nizamsızlıq, Eybəcərlik, Bayağılıq Təbiəti
İkiləşdirir.
Təzahür - Mənaya
qarşı çevrilir.
Ötərilik - Əzəliliyə
qarşı çevrilir.
Keçicilik - Əbədiliyə
qarşı çevrilir.
Sonluluq - Sonsuzluğa
qarşı çevrilir.
Qeyri-Kamillik Kamilliyə
qarşı çevrilir.
Təbiət
özündki ikiliyi yaşadır; İnsan Təbiətdəki
İkiliyə qarşı çıxır; Mahiyyəti Təzahürdən,
Nizamı Nizamsızlıqdan, Ülviliyi Bəsitlikdən
ayırır.
İstehsalatda İnsan Təbiətə
Təmənnalı münasibət bəsləyir; -
İstehsalat İnsana yarayır, İnsaniliyə yaramır.
İstehsalatsız
İnsan Həyatı yoxdur, ancaq İstehsalatda İnsan Təbiətə
Ruhani Münasibətindən keçməli olur.
Bu, İnsanın Təbiətlə
bağlı ikinci böyük faciəsidir əslində.
İstehsalat vasitəsiylə
İnsan Təbiətdən Maddi Fayda götürür; əslində
isə İnsanın Təbiətə münasibəti Maddi
Faydalıq istəyindən qat-qat Artıqdır,
Böyükdür, Yüksəkdir.
İnsan Təbiətdə
Ruhani, Mütləq, Əzəli, Əbədi, Sonsuz, Kamil Məna
arayır, tapır.
Öz Ruhani Mahiyyətiylə
Təbiət arasında Birlik arayır, tapır, - Təbiəti
İnsaniləşdirir, özünü Təbiətləşdirir.
Beləliklə də
maddi həyatın əsası olan İstehsalat Təbiət
ilə İnsan arasındakı Ruhani Ahəngi pozur, əslində
İnsan bu Ruhani Ahəngi pozduğu üçün
yaşayır, məhv olmur; ancaq bu dərin ziddiyyət,
İkilik, Faciə İnsandakı Ağalığa
yarayır; Ağalıq İnsanı Təbiətə
qarşı qoyur; Təbiətlə İnsan münasibətinə
Yadlıq, Yağılıq gətirir. İnsan
İstehsalatsız yaşaya bilmir, həm də İstehsalatda
Təbiətlə Ruhani Münasibətini saxlaya bilmir.
İstehsalatda Təbiət-İnsan
əlaqələri əvəzinə İstehsal və
İstehsalçı əlaqələri yaranır ki, burada
İnsaniləşən Təbiət və Təbiətləşən
İnsan görünmür, - İstehsallaşan Təbiət
və İstehsalçılaşan İnsan
görünür.
Ruhaniyyat İnsan-Təbiət
birliyini Təbiətin özündən, İnsandan,
İstehsaldan qoruyur: Ruhaniyyat - İnsanı
Yaşayışından artıq eləyir.
İnsan Təbiəti və
İnsan Mahiyyəti İnsaniliyin eyni Səviyyəsi deyil.
İnsan Təbiətində
Mahiyyət də Var, Təzahür də, Xeyir də Var, Şər
də; Mütləq də Var, Nisbi də; Ötəri də
Var, Əzəli də; Keçici də Var, Əbədi də;
Sonsuz da Var, Sonlu da; Kamil də Var, Qeyri-kamil də.
İnsan Mahiyyətində
Xeyir Var - Şər Yoxdur; Mütləq Var - Nisbi Yoxdur; Əzəli
Var - Ötəri Yoxdur; Əbədi Var - Keçici Yoxdur;
Sonsuz Var - Sonlu Yoxdur; Kamil Var - Qeyri-kamil Yoxdur.
İnsan Kamilliyində Təbiətini
ötüb - Mahiyyətinə çatır.
***
Əxlaq - İnsanı İnsaniliyə Yüksəldən
Qanad.
3 Arzu günü, Od Ayı, 17-ci il.Bakı.
İyul. 1995-ci il.
***
İnsan Təbiətlə
münasibətində İmtina Müdrikliyinə nail
olmalıdır - Təbiətdən gen-bol istifadə Zorundan əl
çəkməlidir; Təbiət üzərində
Ağalığına son qoymalıdır - Təbiətlə
Doğmalaşmalıdır ki, Təbiətsiz qalmasın.
Təbiət – İnsan
İnsan Təbiəti
Yox eləyir; bu səbəbdən də Təbiətdə Var
olmur.
İnsan Təbiətə
Ağalıq eləyir; bu səbəbdən də Təbiətdə
Var olmur.
Təbiət
İnsanidir: İnsan Göyə, Dağa, Çaya bənzəyir;
ancaq Təbiətlə Doğmalığını unudur - bu
səbəbdən də Təbiətdə Var olmur.
Təbiətin Ruhu Var:
o, Ağlayır, Gülür, Oxuyur, Kədərlənir:
İnsan Təbiətin Ruhunu görmür, Faydasını
görür; bu səbəbdən də İnsan Təbiətdə
Var olmur.
İnsan unudur ki,
özündə Təbiətin mənasını gəzdirir;
təbiətə Zülm eləmək öz Ali Məninə
Zülm eləməkdir: - İnsan bu həqiqəti unudur, bu səbəbdən
də Təbiətdə Var olmur.
Təbiət
İnsanı ifadə eləyir, İnsan Təbiəti: Təbiət
ölsə - İnsan ölər; İnsan ölsə - Təbiətin
mənası ölər: - İnsan
Yırtıcılığı Ülvi
Bağlılığı qırır: İnsanla Təbiət
arasında Yadlıq, Yağılıq törəyir, İnsan
əslində Özünə Yağı kəsilir: - bu səbəbdən
də Təbiətdə Var olmur.
Təbiət İnamla
qohumdur, İdrakla qohumdur, Mənəviyyatla qohumdur, İradəylə
qohumdur - Fikirlə, Duyğuyla, İstəklə qohumdur -
İnsan bunu unudur, bu səbəbdən də Təbiətdə
Var olmur.
İnsanın təkcə
maddi Tələblərinə yox, Fikirlərinə, Hisslərinə,
Ruhani Aqibətinə Göy gərək, Yer gərək,
Ağac gərək, Dağ gərək: Təbiət Ruhanilik
izhar eləyir, İnsan onu eşitmir, bu səbəbdən də
Təbiətdə Var olmur.
İnsan Təbiətlə
münasibətində ikiləşir: həm təbiətə
qovuşmağa can atır, həm də təbiətə qənim
kəsilir - öz İnsaniliyinə qarşı
çıxır: - bu səbəbdən də Təbiətdə
Var olmur.
İnsan Təbiətlə
Bir olmalıdır ki, Var olsun.
TƏBİƏTDƏN FƏRQLİ
Təbiət
özündən Yüksəyə qalxa bilmir.
İnsan özündən
Yüksəyə qalxa bilir.
Əxlaq - Adamın
özündən Yüksəyə qalxmasıdır.
Bu baxımdan Əxlaq Təbiətdən
Fərqlidir.
İnsan Əxlaqda
Mütləq Xeyirə Yüksəlir.
Təbiət
özündə Xeyiri və Şəri yaşadır,
Mütləq Xeyirə çatmır.
Bu baxımdan Əxlaq Təbiətdən
Fərqlidir.
İnsan Əxlaqda
Mütləq Ədalətə Yüksəlir.
Təbiət
özündə Ədaləti və Ədalətsizliyi
yaşadır, Mütləq Ədalətə çatmır.
Bu baxımdan Əxlaq Təbiətdən
Fərqlidir.
İnsan Əxlaqda Mütləq
Həqiqətə Yüksəlir.
Təbiət
özündə Həqiqəti və Yalanı yaşadır,
Mütləq Həqiqətə çatmır.
Bu baxımdan Əxlaq Təbiətdən
Fərqlidir.
İnsan Əxlaqda
Mütləq İnama Yüksəlir.
Təbiət İnam
tanımır.
Bu baxımdan Əxlaq Təbiətdən
Fərqlənir.
İnsan Əxlaqda
Mütləq İdraka Yüksəlir.
Təbiət İdrak
tanımır.
Bu baxımdan Əxlaq Təbiətdən
Fərqlənir.
İnsan Əxlaqda
Mütləq Mənəviyyata Yüksəlir.
Təbiət Mənəviyyat
tanımır.
Bu baxımdan Əxlaq Təbiətdən
Fərqlənir.
İnsan Əxlaqda
Mütləq İradəyə Yüksəlir.
Təbiət İradə
tanımır.
Bu baxımdan Əxlaq Təbiətdən
Fərqlənir.
İnsan Əxlaqda
Olmalıya Yüksəlir.
Təbiət Olanla kifayətlənir.
Bu baxımdan Əxlaq Təbiətdən
Fərqlənir.
İnsanilik - Ruhaniliyin Təsdiqidir;
Təbiət - Ruhaniliyin Təzahürü.
İnsan Əxlaqda
İnsaniliyə çatır, Ruhaniliyi Təsdiq edir.
Bu baxımdan Əxlaq Təbiətdən
Fərqlənir.
İnsan - Ruhani Təbiətə
malikdir.
Əxlaq - Ruhani Təbiət
Tələbidir.
Bu baxımdan Əxlaq Təbiətdən
Fərqlənir.
İnsan Əxlaqda
Kamilliyə çatır.
Təbiət
özündə Kamilliklə Qeyri-Kamilliyi yaşadır.
Bu baxımdan Əxlaq Təbiətdən
Fərqlənir.
Əxlaq - Azadlıq Tələbindən
yaranıb, yəni əslində Zərurətdən
Üstün olmaq Zərurətindən yaranıb.
Təbiət - Zərurət
əsasında yaşayır.
Bu baxımdan Əxlaq Təbiətdən
Fərqlənir.
İnsan - Əxlaqda
özünü təzədən yaradır.
Təbiət təzədən
yaranmır.
Bu baxımdan Əxlaq Təbiətdən
Fərqlənir.
Əxlaq - İnsanın
özünü dərk etmə Tələbindən
yaranıb.
Təbiət -
özünü dərk etmir.
Bu baxımdan Əxlaq Təbiətdən
Fərqlənir.
Əxlaq - İnsanın
özünə çatmaq Tələbindən yaranıb.
Təbiət
özünə bərabərdir.
Bu baxımdan Əxlaq Təbiətdən
Fərqlənir.
Əxlaq - İnsanın
Təbiətdən Fərqlənmə xislətini Təsdiq
edir...
Xassələr
Daşın canı -
Möhkəmlikdir - Daş Yumşalanda - ölür.
Çayın canı -
Axmaqdır - Çay Axmayanda - ölür.
Əlin canı -
İşləməkdir - Əl İşləməyəndə
- ölür.
Ayağın canı -
Yeriməkdir - Ayaq Yeriməyəndə - ölür.
Gözün canı -
Görməkdir - Göz Görməyəndə - ölür.
Ağlın canı -
Düşünməkdir - Ağıl Düşünməyəndə
- ölür.
Ürəyin canı -
Duymaqdır - Ürək Duymayanda - ölür.
Həqiqət
Dünyanın
Dünyalıq adlı Günəşi Var - Sönməz.
Həyatın Həyatlıq
adlı Günəşi Var - Sönməz.
İnsanın
İnsanlıq adlı Günəşi Var - Sönməz.
Təzahürün
Mahiyyət adlı Günəşi Var - Sönməz.
Hadisənin Məna
adlı Günəşi Var - Sönməz.
Ötərinin Əzəli
adlı Günəşi Var - Sönməz.
Keçicinin Əbədi
adlı Günəşi Var - Sönməz.
Sonlunun Sonsuz adlı
Günəşi Var - Sönməz.
Qeyri-Kamilin
Kamillik adlı Günəşi Var - Sönməz.
Həqiqət
Dünyada cansız
yoxdur.
Canlı Təbiət -
Cansız Təbiət - şərti Anlayışlardır.
Daşın da canı
var.
Daşın canı -
Daşlıqdır.
HƏQİQƏT
İnsan Təbiəti -
Təbiətdən (cismanilikdən, maddiyyatdan) artıqdır;
Onda Ruh var...
HƏQİQƏT
İnsanı Təbiətə
bərabər saymaq - İnsanı İnsanilikdən məhrum
eləməkdir; bu səbəbdən də materializmdə
İnsan yoxdur.
16 Qismət günü,
Qürub Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Təbiət üzərində
Ağalıq - Antiinsanilik.
Adam üzərində
Ağalıq - Antiinsanilik.
Xalqlar üzərində
Ağalıq - Antiinsanilik.
Cəmiyyət Tarixi -
Antiinsanilik Tarixi.
HƏQİQƏT
Adam Təbiət üzərində
Ağalığından əl çəksə - ölər
və İnsan kimi təzədən dirilər.
MƏRHƏLƏLƏR
1. Təbiət uzun
müddət Təxəyyüldə, Təfəkkürdə
İnsaniləşib. Sonradan
Elm onu Müstəqil Varlıq kimi dərk edib, İnsaniləşmədən
Ayırıb.
Təbiətə
İnsani Münasibət Yaranmalıdır –
Bilinməlidir ki, Təbiət
Dünyanın Təməlidir –
Təbiət
dağılsa - Dünya Dağılar, Təbiət İnsana
yalnız Mənfəət gətirmir, həm də Səadət
gətirir, Təbiətsiz İnsan bədbəxt olar.
Təbiətlə
İnsan arasında Daxili Doğmalıq var - Təbiətsiz
İnsan Yetim qalar.
2. İnsan uzun müddət
Cəmiyyətsiz Yaşayıb.
Sonra o, İnsaniliyə
yaramayan Cəmiyyətlərdə Yaşamağa
başlayıb və Yaşayır.
İnsani Cəmiyyət
Yaranmalıdır: Ağasız, Nökərsiz, Təbəqəsiz,
Yağılıqsız - yəni əslində Cəmiyyətçilik
- Xalqçılıqla əvəz olunmalıdır.
3. İnsanı Din - Bəndə
sayıb, -
Bədiiyyat - Təbiətin
Əşrəfi.
Əslində isə
İnsan - Kamilləşməyə qadir olan Ruhani
Varlıqdır.
Dünyada Kamil İnsan
Yaranmalıdır,
İnsan öz Kamilliyini
Yaratmalıdır.
Təbiət – İnsan
Qədim Türk Təfəkküründə
Təbiət İnsanlaşırdı, İnsan Təbiətləşirdi.
Sonradan Obyekt-Subyekt əlaqələrində
Təbiət İnsana qarşı, İnsan Təbiətə
qarşı qoyuldu - bu da İnsan-Təbiət
Yadlığına Yaradı.
Təbiət İnsan
deyil, İnsan da Təbiət deyil - ancaq hər ikisinin Mahiyyəti
Birdir.
Əlaqə
İnsan Təbiətə
Yazılır, həm də Təbiəti Yazır.
Qənimlik
Cəmiyyətin
İnsan üzərində Ağalığı artdıqca,
İnsanın Təbiət üzərində
Ağalığı da artdı.
Cəmiyyət İnsan
Qənimi oldu - İnsan Təbiət Qənimi.
Döyüş – Sevgi
İnsan Təbiətin
Təzahürləriylə döyüşüb - Mahiyyətiylə
Döyüşməyib.
İnsan Təbiətin
Mahiyyətini həmişə sevib.
İnsan Təbiəti
sevə-sevə Təbiətlə Döyüşüb.
İnsan Yaşamaq
üçün Təbiətlə Döyüşüb və
Təbiəti sevə-sevə Yaşayıb.
Gedişat
Təbiətçilik -
Cansızı Canlandırdı, - orda Daşın da Canı
var.
Cəmiyyətçilik
- Canlını Cansızlaşdırdı - orda İnsan da
cansızdır.
Xassələr
Təbiətçilik
- materializm deyil - burda cismanilik - Ruhaniləşir.
Təbiətçilik -
Ruhaniyyatçılıqdır əslində.
Allahçılıq -
İdealizm deyil, burda hakimlik ifadə olunur.
Allahçılıq -
Hakimiyyətçilikdir əslində.
Təzad
Günəşi -
Tanrı saymaq, Suyu - Tanrı saymaq, Dağı - Tanrı
saymaq, Göyü - Tanrı saymaq - Dünyanı Tanrı
saymaqdır.
Günəşi
İnsanlaşdırmaq, Suyu İnsanlaşdırmaq,
Dağı İnsanlaşdırmaq, Göyü
İnsanlaşdırmaq - İnsanı
Dünyalaşdırmaqdır.
Allah - Günəşə,
Suya, Dağa, Göyə Sahib oldu, onları Dünyanın əlindən
aldı - İnsansızlaşan Dünyada İnsan özünə
o Dünya axtardı.
Mənfəət -
İbadət
Təbiətdən Mənfəət
götürən İnsan - həm də ona İbadət
edirdi.
Mənfəət Təbiətə
Münasibətin aşağı pilləsiydi, Yuxarı pillədə
Təbiətə İbadət dururdu.
Sonradan Mənfəət
özü İbadət oldu və İnsanın Təbiət
üzərində Ağalığı Yarandı, yəni
Mahiy-yətcə Ağalıq İbadətləşdi.
Beləliklə,
İnsan Təbiətdən Ayrıldı və Dünyada Təkləndi.
Fərq
Tanrıçılıq
- Mütləqçilikdən əksikdir - ancaq
Allahçılıqdan Üstündür.
Tanrıçılıqda
Dünya - Dünyalıqdan yox, Dünyadakından yaranır, -
Mütləqçilikdə - Dünya Dünyadakından yox -
Dünyalıqdan yaranır.
Ancaq
Tanrıçılıqda da Dünya Özündən
yaranır - Özgədən Yaranmır.
Dünyaüstü
Mahiyyətsizlik və Dünya Mahiyyəti
Dünyanın Mahiyyətinə
Yetməyən İnsan - Allah icad elədi.
Dünyaüstü
Varlıq - Allah - Mahiyyət əvəzi oldu.
Allahçılıq -
Dünyanı Mahiyyətsizləşdirdi.
Tanrı -
Dünyaüstü Varlıq deyil - Dünyanın özündəkidir.
Tanrıçılıq
- Dünya Mahiyyətini inkar etmir; bu baxımdan
Allahçılığa Ziddir.
Tanrıçılıq
– Allahçılıq
"Dünya Günəşdən
yaranıb" demək - Dünya özündən yaranıb
deməkdir.
"Dünyanı Allah
yaradıb" demək - Dünya özgədən yaranıb
deməkdir.
Tanrıçılıq
- Dünyanı Özümləşdirir.
Allahçılıq -
Dünyanı Özgələşdirir.
Tanrıçılıq – İnsançılıq
Qədim Türkün
Tanrısı olan Təbiət - Türkün Ağası
deyildi.
Türk Tanrısına
- Təbiətə hökm edirdi.
Təbiət
İnsanın Tanrısı idi, həm də İnsanın
hökmünə Tabe olurdu.
Buradakı
Tanrıçılıq - İnsançılıq idi əslində.
İşıqlı Atalı, Mütləqə
İnam Ocagının Yükümlüsü
(ardı var)
Ədalət.- 2010.- 25 noyabr.- S. 7.