Qarabağım!
Qarabağım!
Qara baxtlım,
Qan ağlayar
Qara bağrım!
Ey Türk oğlu,
Gərək ki, sən,
Türklüyünlə
öyünəsən!
Qalxan olub, qılınc
olub,
Qarabağda döyünəsən!
Azərbaycan! Söylə
mənə,
Qarabağsız,
axı, nəsən?!
Düşməninin al
canını,
Al canını
düşmənindən!
Qarabağsız nə mən,
nə sən
Yaşamağa
haqqımız yox,
Var olmağa
haqqımız yox!
Qarabağım!
Qara baxtlım,
Dəfələrlə
qana batdın.
Qarabağım!
Bu səhər mən
Kadrlarda qara baxdım
Xocalıda yağan qara.
Üzərində qan
qoxulu güllər açmış,
Yazıq-yazıq baxan
qara.
Bu səhər mən
Tariximi vərəqlədim,
Nə padşahlar, nə
xanlıqlar
Görmüşük
biz.
Qayçılayıb,
bu torpağı,
Dəfələrlə
bölmüşük biz.
Unudaraq
günümüzü,
Düşməni dost
görmüşük biz.
İndi Təbriz
küsüb bizdən,
Zəngəzurun səsi
gəlmir.
Əllərini
üzüb bizdən,
Bu qismətlə
barışıblar.
Azərbaycan!
Heç olmasa,
Qarabağı unutma sən!
Bəhruz NİFTƏLİYEV
Ədalət.- 2010.- 26 noyabr.- S. 6.