ONLARIN DÜNƏNİ:
ŞUŞA VƏ ONUN BAŞ MEMARI TOFİQ ZEYNALOV
MEMAR HAQQINDA PRİTÇA - 3
Nə qədər
inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu
günümüz ONLARIN DÜNƏNİNdən
başlayıb.Onlar : sənətimizin və
ədəbiyyatımızın dünəni.
Dünən onlar kim
idi,hardaydılar və nələr yaşayırdılar?
Yeni ədəbi nəsl
üçün ibratamiz və bir qədər də
kədərli olan O DÜNƏN və O DÜNƏNİN
insanlarının keçdiyi yol, bu gün üçün
son dərəcə kərəkli və daha qabarıq görünməkdədi.
Bu gün proektimizin
davamı olaraq tapdaqlar altında qalan ŞUŞA və onun
baş memarı Tofiq Zeynalovun DÜNƏNKİ
KİMLİYİNDƏN söz açmaq istərdik.
Eynən bu rubrikada daha
kimlər olacaq. İzləməyə dəyər.
..."Vokruq sveta"
jurnalına intervyü verəndə nə şair
təbiətli dövlət xadimi Qəşəm Aslanov bilirdi
ki, bir neçə vaxtdan sonra onu başqa rayona göndərəcəklər,
nə də onun çox sevdiyi, etibar etdiyi, bəyəndiyi,
əsərlərinə heyran olduğu, yaxın
köməkçisi, onun fikirlərinin ifadəçisi
baş memar Tofiq Zeynalova məlum idi ki, bir neçə vaxtdan
sonra o, daha baş memar olmayacaq. Başını
girləmək üçün ona balaca bir emalatxanada iş
verəcəklər, gələn qonağının
qabağına çıxmağa belə onun sadəcə
imkanı olmayacaq. Hamı - doğma Şuşada
məmə deyəndən pəpə yeyənə
qədər hamı onun arxasınca təəssüflə
baxacaq və haqlı-haqsız:
"ÖZÜ-ÖZÜNƏ ELƏDİ" -
deyəcəklər. Sonra da Şuşanın
mərkəzi küçələrindən birində
asılmış rəssamlıq əsərlərinə
baxacaqlar, tərifləyəcəklər, onu görən vaxt
çağıracaqlar, soruşacaqlar bu nədi belə, ay
Tofiq, nə gözəl əsərdi, necə izah olunmazdı?
Sonra həmin adamlar Şuşaya gələn qonaqlarına
Tofiq Zeynalovun işlədiyi, bərpa etdiyi
neçə-neçə sənət əsərini
göstərəcəklər.
Mən Şuşada
istirahət elədiyim vaxtlarda Tofiq Zeynalovla çox gəzdim,
çox oturdum-durdum. Birgə çox yerlərdə
olduq. Ancaq mən heç cür başa düşə
bilmədim ki, nəydi bu ifadə:
"özü-özünə elədi!" Əslində
başa düşürdüm. Anlayırdım. Bunu
mənə dedilər də. Axı nə olsun? Tofiq
insandı, adamdı, onun qonaqları olub, iyirmi il
müddətində katibdən tutmuş
neçə-neçə sənət adamına kimi onun
qonaqları olub. Onlarla oturub-durub, Şuşanın
gələcəyinin sağlığına, öz
işlərinin, uğurlarının sağlığına
söz-söhbəti olub.
Və ən
maraqlısı bu idi ki, əgər onlar deyən doğru
idisə, əgər hər bir şuşalı onun
haqqında belə düşünürdüsə, onda
həmin adamlar Şuşada heç bir iş
görməyə-görməyə, daşı-daş
üstə qoymaya-qoymaya, hansı haqla saysız-hesabsız
dövlət tapşırıqlarını
sənətkarlıqla yerinə yetirən, gözəl
sənət əsərləri yaradan, dəfələrlə
sərgiləri olan bu adam haqqında belə
insafsızcasına fikirləşirdilər. Axı Tofiq
Zeynalov Şuşanın o zamankı birinci katibi
Qəşəm Aslanov yoldaşla işləyəndə
də qonaq qarşılayırdı, qonaq yola salırdı.
Niyə bəs onda bu gözəl sənətkarın taleyi bir
insan itgisiylə yoxa çıxır? Niyə? Məgər
biz Tofiq Zeynalov kimi bir memarı qiymətləndirmək
üçün mütləq Qəşəm Aslanov
xilqətli bir ziyalının yenidən
doğulmağınımı gözləyək?
Bilmirəm, bilmirəm
bu suallar nədi? Özümə də aydın deyil bu
çətin suallar!
Mən belə
qənaətə gəldim və ola bilər düz
demirəm, ancaq inanıb deyirəm: Tofiq Zeynalov bundan sonra
əlini ağdan-qaraya vurmayıb ömür sürsə
də (mən bunu ona arzulamıram) yaşasa da, o,
Şuşanın sənət tarixində də Nəvvab kimi,
Natəvan kimi və başqa neçə sənət
adamı kimi yaşayacaq. Yaşamalıdır. Ya gərək onun bu
gözəl Şuşada yaratdığı onlarla
abidələr hər hansı bir fəlakətin, (Allah
eləməsin!) qeyri-adi bir hadisənin ucbatından
dağılsın, ya da görünməz bir iş olsun. O,
Şuşanın sənət tarixində qalacaq!
Qayıdaq
qəzetlərin onun haqqında yazdıqlarına.
"
Onunla on ildi ki,
tanışam.
1968-ci ildə evlərinə getmişdim. O
zaman divardan asılmış portreti mənə
göstərib demişdi ki, dünyada bundan əziz, bundan
müqəddəs heç kimi yoxdur. Odlar yurdunu
da, boya-başa çatdığım Şuşanı da
mənə sevdirən odur. Portretini də
özüm çəkmişəm.
Tofiqlə
hər gün görüşürük. Ancaq bu
görüşlərin ünvanı müxtəlif olur:
"Gəncə qapısı", "Böyük
Vətən müharibəsində həlak olmuş
şuşalıların xatirəsinə ucaldılmış
abidə". "M.M.Vaqifin xatirə kompleksi" yay
kinoteatrı, "Yeganə bulağı" ya da asma
yolları tikiləcək Cıdır düzü...
Dağlar
qoynunda - Qarabağın amfiteatrı olan Şuşada bir memar
var. Ömrünün 36-cı baharına təzəcə
qədəm qoyub.
Bəli, bu sözlər:
"Şuşada bir memar var.
İndi Tofiqin
46 yaşı var. İnsan ömrü aylarla,
günlərlə, saatlarla təzaddadır. Və Tofiqin
özünün tez-tez dediyi, Şuşanın mərkəzi
küçələrindən birində
açdığı sərgidəki şəkillərin
ümumi adını qoyduğu "TƏZADLIDIR
DÜNYAMIZ" sözləri indi onun həyatının
ən bariz devizlərindən birinə çevrilib.
... Tofiq Zeynalov
ata yurdunda, geniş həyətdə öz rəsmlərini
yan-yana düzüb mənə göstərir. Bu maraqlı bir sərgini xatırladır. Açıq havada açılmış bir
sərgini. Bu rəsm
əsərlərinə baxıram. Və
onların bir memarın işləri olduğuna inana
bilmirəm. Və bir də inana bilmirəm ki, Tofiq
Zeynalov haçansa belə ürəkdən, belə insafla,
yorulmadan işləyib sulu boya ilə,
akvarel əsərlər yaratsın. Portretlər
çəksin. Axı o rəssam deyildi.
O, memar idi.
Qardaşları
da burdadı.
Onlar Tofiqin işlərindən
ürəkləri istədiklərini seçirlər. Tofiq dillənmir. Bu
dillənməməkdə mən qəribə bir itki duyuram.
O, öz işlərini elə bağışlayır ki, sanki
bir də heç vaxt əlinə fırça almayacaq,
heç nə çəkməyəcək. Bu
işləri onlara elə bağışlayır ki, sanki
həmin işlərdən intiqam alır. Təəssüf
eləyir ki, bu işlər Bakının sərgi
salonlarına yol tapa bilmədi. Vaxtı
olmadı bu işlərlə məşğul olsun. Memarlıq qoymadı. Memar bir
rəssamı məhv elədi.
Bir həvəskar
şair itirilməli olub, şeirləri yerli Şuşa
qəzetində çap olunsa da, onu şeir
məclislərinə dəvət eləsələr də
mərkəzi qəzetlərə heç nə
göndərməyib.
Bu gün
baxdığımız bu rəsm əsərlərindən
və başqa işlərdən ibarət bir sərgi
1984-cü ildə Şuşa mədəniyyət evində
təşkil olunub.
Baxıblar,
bəyənəiblər və hətta...
Onun
əsərlərinə heyran kəsilib aradan
çıxarılanı da olub! Şuşa qəzetində
şeirləri ilə tez-tez çıxış
eləyən şair Nizami Səmimi Tofiq Zeynalovun memarlıq
abidələrinə baxandan sonra ilhamlanmış və ona bir
şeir həsr etmişdir:
Gördüm yaratdığın
abidələri,
Sənə alqış desəm, qardaş,
var yeri.
Elə bil Vaqifin şux surətini,
Natəvan xanımın
söz-söhbətini
Sənin yaratdığın lövhədə
gördüm.
Bəlkə,
bunlar hamısı olub. İndi də var. Güman eləyirəm
gələcəkdə də bunlar olacaq. Və
əvvəllərdə dediyim kimi bir memar tək Şuşada
Tofiq Zeynalovun həyatını, ömrünü xatırladan
çox-çox sənət abidələri: Böyük
Vətən müharibəsində həlak olan
şuşalıların xatirəsinə həsr olunmuş
abidə Şuşadan gedənləri yola salır, Vaqifin ev muzeyində, məqbərəsində olursan.
Vaqifin xatirə kompleksinə (büst Həyat Abdullayevanındır),
"Şuşanın Topxanadan görünüşü"
rəsməsərinə, bütöv qayadan yonulmuş
"Uşaq xoşbəxtliyi" abidəsinə baxırsan,
Şuşa-Laçın yolunun
başlanğıcındakı çox gözəl və
ustalıqla işlənmiş "Həyatın
cığırları" dayanacağına fikir verirsən,
Şuşanın girəcəyindəki "Açar"
adlı memarlıq işi və sairə və sairə
əsərlər, abidələr, rəsmlər,
xətlər, ayrıntılar düzümündan
gözlərin yorulmur. Baxdıqca baxırsan
Şuşanın bu gününə.
Tofiq Zeynalovun
dünəninə və gələcəyinə.
Bəs bugünkü
Tofiq Zeynalov?
İnanın
mənə, inanın! Mən bax "bugünkü Tofiq
Zeynalov" sözlərini yazanda qəhərləndim.
Güman edirəm ki,
Tofiq Zeynalov məni daha tez unudacaq, nəinki mən onu.
Güman eləyirəm!
Mən Şuşaya
gələndə heç kəsi tanımırdım. Və
məqsədim də kimdənsə, nədənsə yazmaq
deyildi. Gözəl
rejissorumuz Nəsir Sadıqzadənin, onun dostu, Şuşa
şəhər Sovetinin keçmiş sədri Qambay
müəllimin, filologiya elmləri namizədi Namiq Babayevin,
jurnalist Vasif Quliyevin şirnikləndirici qeydləriylə
mən Tofiq Zeynalov adlı bir sənətkarın olduğunu
bildim.
Və
düşdüm onun dalınca. Məni bir
neçə dəfə aldatsa da, görüşə
geciksə də, incimədim. Düşdüm onun
dalınca .
Bu
pritçanı - hekayəti yazdım!
Şuşa-1986
Tofiq Abdin
Ədalət.- 2010.- 2 oktyabr.- S. 15.