Birləşmiş Millətlərin Ətraf Mühit Proqramı (YUNEP)

 

Birləşmiş Millətlər Liqasının iflasından sonra (1919-1946) dünyada beynəlxalq sülhü, əməkdaşlığı gücləndirmək, iqtisadi, sosial və humanitar problemlərin həllinə yardım məqsədilə 1945-cı ildə Birləşmiş Millətlər Təşkilatı təsis edildi. Hal-hazırda öz sıralarında dünyanın 192 ölkəsini birləşdirən BMT siyasi məsələlərin yoluna qoyulması məqsədilə yaradılsa da, bir müddətdən sonra demək olar ki, bir çox problemlərin həllində girişdi.

Buna səbəb onun universal xarakter alması dünyada artan nüfuzu idi. Beləliklə, 1946-cı ildən etibarən BMT tərkibində ixtisaslaşmış qurumlar yaranmağa başladı. Bu qurumlar mahiyyət etibarilə yeni beynəlxalq orqanlar olub öz fəaliyyətlərini BMT Nizamnaməsinə uyğun qururdular. Daxili məsələlərdə isə tam müstəqilliyə malikdirlər. Nəticə etibarilə, İxtisaslaşmış Qurumlar beynəlxalq əməkdaşlığın hər hansı konkret sahəsində fəaliyyət göstərən, BMT ilə birbaşa əlaqədə olan beynəlxalq dövlətlərarası (hökumətlərarası) təşkilatlardır.

İDM-dən sonra ekoloji böhran vəziyyətinin yaranması təhlükəsi BMT-ni bu sahədə də konkret addımlar atmağa vadar etdi. Artıq 50-ci illərdən başlayaraq bir neçə beynəlxalq qurum öz fəaliyyətinə başladı. Ekologiya və Ətraf mühit sahəsində fəaliyyət göstərən əsas beynəlxaq qurum isə YUNEP-dir

Birləşmiş Millətlər Ətraf Mühit Proqramı (UNEP-The United Nations Environment Programme)- üzv dövlətlərin ətraf mühitlə bağlı fəaliyyətini koordinasiya edir, inkişaf etmiş ölkələrin ətraf mühit siyasətlərinin və təcrübələrinin implementasiyasını həyata keçirir. Bu təşkilat 1972-ci ilin iyununda "Birləşmiş Millətlərin İnsan Mühiti konfransı"ndan sonra yaradıldı. Baş qərargahı Kenyanın paytaxtı Nairobi şəhərindədir. Həmçinin YUNEP-in 6 müxtəlif regional ofisi və müxtəlif ölkələrdə ofisləri vardır.

YUNEP BMT sisteminin müəllifliyi ilə ətraf mühitlə bağlı səylərin qlobal və regional səviyyədə həyata keçirilməsi ilə vəzifələndirildi. Onun mandatına ətraf mühitin hökumətlər tərəfindən daim diqqət mərkəzində saxlamasına nail olmaq, hökumətlərarası ətraf mühit siyasətin konsensus yolu ilə həlli və koordinasiyasını təşkil etmək, ən əsası isə bu prosesin sürətli həyata keçirmək daxildir. YUNEP-in mandatı və obyektləri (təsir göstərə bildiyi beynəlxalq hüquq subyektləri) BMT Baş Assabbleyasının 1972 ci il 15 dekabrda qəbul etdiyi 2997 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Bu qətnaməyə 1992-ci ildə "YUNEP-in rolu və mandatı" adlı Naorabi Deklarasiyasında əlavə və dəyişikliklər edildi. Bu qərar YUNEP-in İdarəetmə Şurasının 19-cu sessiyasında qəbul olundu. Və nəyahət 2000-ci ildə 31 mayda "Malmo Nazirlər Deklarasiyası" qəbul olundu. Bununla da, YUNEP-in müqavilə hüquqi bazası təkmilləşdirildi, vəzifələri tam müəyyənləşdirildi.

YUNEP-in fəaliyyətinə Atmosfer, Dəniz və Yer kürəsi kimi ekosistemlərin böyük bir diopozonu daxildir. YUNEP beynəlxalq Ətraf mühit konvensiyalarının yaradılmasında, ətraf mühitlə bağlı elmlərin inkşişaf etdirilməsində böyük rol oynamışdır. Həmçinin qeyd olunan sahədə milli hökumətlərin siyasətlərinin uzlaşdırılması, regional institutların və QHT-lərin birgə fəaliyyətini təmin etmək YUNEP-in böyük uğurlarından hesab oluna bilər. YUNEP həmçinin regional və qlobal səviyyədə Ətraf mühitin inkşafına yönələn iri layihələrin maliyyələşdirilməsində də aktiv rol oynayir.

YUNEP həmçinin beynəlxalq ticarətdə zərərli kimyəvi pereparatlardan istifadənin aradan qaldirılması, transsərhəd hava çirklənməsinin və beynəlxalq su yollarının çirkəndirilməsinin qarşısının alınmasında böyük işlər həyata keçirmişdir.

1988-ci ildə Dünya Meteorologiya Təşkilatı və YUNEP birgə "İqlim dəyişikliyi ilə bağlı iş üçün Hökumətlərarası Qrup"un yaradılmasına nail oldular.

YUNEP bir neçə ildən bir "beynəlxalq il" adlandırdığı layihəni həyata keçirir. Simvolik olaraq həmin il hər hansi bir təbii obyekt və canlının ili elan olunur və təşkilat həmin ili bütün fəaliyyəti zamanı həmin obyekti ön planda saxlayır. Beynəlxaq ilin elan edilməsi heç də təsadüfi xarakter daşımır. Bu daha çox nəsli kəsilməkdə olan heyvan və ya yox olmaq təhlükəsi ilə üzləşən təbii obyektlər ilə bağlı olur. Məs: 2007-ci il YUNEP tərəfindən "Beynəlxalq Delfin ili" elan olunmuşdur. Bu nəsli kəsilməkdə olan bu canlının gələcəyi ilə bağlı elə həmin ildə bir neçə konvensiyanın qəbul olunmasına gətirib çixardı. Kopenhagen sammitində isə (2009 dekabr) 2010-cu il "Beynəlxalq Biomüxtəliflik ili" elan olunmuşdur.

YUNEP çoxlu icmallar, atlaslar, xəbər bükletləri nəşr etdirir. Məs: IV Qlobal Ətraf Mühitə Baxış toplantısında əsas məqsəd bunlardir: ətraf mühit haqda ilkin biliklərin icmalı, inkişaf və insan firahının qaldırılması, narahat kütlə və qanunverici orqanların analiz və informasiya ilə təmin edilməsi. Bu toplantının vacib məqamlarından biri də o idi ki, biz lazımi vasitələrdən kənar yaşayırıq. Vurğulanır ki, təbii resurslarla nisbətdə əhalinin sayı həddindən artıq çoxdur, bu da mövcud resurslardan səmərəli istifadəni zəruri edir. İnsanların ekoloji tələbi və ya minimum yaşayıs sahəsi 21.9 hektardır. Ancaq yer kürəsinin mövcud resursu adambaşına yalniz 15.7 hektar təmin edə bilər.

YUNEP iri beynəlxalq Proyektlər də həyata keçirməkdədir. Bunlardan ən məşhuru YUNEP-in maliyyə dəstəyi ilə reallaşan Günəş Ssudası proyektidir. Bu layihənin reallaşması ilk dəfə olaraq Hindistanda əks olunan günəş şüalarının yenidən geriyə cəlb edilməsı ilə illik 100 000 istehlakçını enerji ilə təmin etdi. Uğurlu alınan layihə hal-hazırda Tunis, Mərakeş, İndoneziya və Melsikada da həyata keçirilməkdədir.

YUNEP-in daha bir iri layihəsi Orta Şərqdə bataqlıqların mühafizəsi ilə bağlı olmuşdur. 2001-ci ildə beynəlxalq qurum xəbərdarlıq etdi ki, peykdən çəkilən şəkillər göstərir ki, mövcud bataqlıqların 90%-i artiq itirilib.2004-cü ildə "İraqdakı təbii bataqlıqların məqsədyönlü idarəçiliyi" aksiyası başladı, hansı ki bu da təbii mühitin bərpası və ya daha da korlanmamasına xidmət edirdi..

"Son onilliklərdə buzlaqlar rekord səviyyədə azalmışdır"-bu məlumatı 2008-ci il 16 martda YUNEP vermişdir. Alimlərin hesablamalarına görə dünyada mövcud olan 30 ən iri buzlağın əriməsi özünün ən yüksək səviyyəsinə 2006-ci ildə çatıb. Orta hesabla həmin ildə ərimə 1.5 m-ə çatmışdır. Ən kəskin itki isə Noveçin Breidalblikkbrea buzlağında qeydə alınıb(3.1 m) Buzalqların ərimə tendensiyası 1980-1999-cu illər arasında olsa da, müasir dövrdə bu qarşısı alinmaz ekoloji problemə çevrilib.

Beləliklə,YUNEP-in fəaliyyəti onun ekologiya və Ətraf Mühit sahəsində ən universal və effektiv qurum olduğunu bir daha sübut edir.

 

 

Ədalət.- 2010.- 6 oktyabr.- S. 5.