ONLARIN DÜNƏNİ: BİR
DAHA HƏSƏN MƏMMƏDOV
NECƏ VAR ELƏCƏ-1
Nə qədər
inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu
günümüz ONLARIN DÜNƏNİNdən
başlayıb.Onlar : sənətimizin və ədəbiyyatımızın
dünəni.
Dünən onlar kim
idi,hardaydılar və nələr yaşayırdılar?
Yeni ədəbi nəsl
üçün ibratamiz və bir qədər də kədərli
olan O DÜNƏN və O DÜNƏNİN insanlarının
keçdiyi yol, bu gün üçün son dərəcə
kərəkli və daha qabarıq görünməkdədi.
Bu gün proektimizin
davamı olaraq tapdaqlar altında qalan ŞUŞA və onun
baş memarı Tofiq Zeynalovun DÜNƏNKİ
KİMLİYİNDƏN söz açmaq istərdik.
Eynən bu rubrikada daha
kimlər olacaq. İzləməyə dəyər.
02.11.1994-ci il.
İstanbul Baş Konsulluğu
"...ona görə
haqqım var ki,
Fransada Hollivud
filialında
sevimli aktyorumuz Həsən
Məmmədovun şəklini görüb
hönkür-hönkür
ağalamışam.
Kərbəlayı
Müzəffər. "Ədalət" qəzeti
Ədəbiyat və
İncsənət əlvəsi. 21 sentyabr 2002-ci il.
***
-Yenə də bu nədi,
Tofiq müəllim, qurursan. Səsimi yazmaq istəyirsən?..
-Yox, elə bir şey
yoxdur, sadəcə bura bir də bizim əlimizə
düşməz. Oturmuşuq, deyirəm fürsətdən
istifadə eləyək. Mən nə zamandı Bakıda
yoxam. Sən də hər zaman buralara gəlmirsən. Ona
görə də düşünürəm ki, bir yadigar
söhbət eləyək. Nə zamansa gərək olar.
(Əvvəlcə mən
Bakıda nə olub-olmadığını soruşuram və
Həsən müəllim mənə elə bir xəbəri
deyir ki, bu xəbərin sonradan yanlış olduğu
anlaşılır və buna görə də söhbətmizin
bu məqamını mən yazmağı düşünmədim.
Həsən müəllim soyuqlamış bir az və iki də
bir möhkəm öskürür...)
... keçirik söhbətimizə...
...bu sonuncu səfəriniz mən bilən, bir filmlə
bağlıdır. Nəsə bir şey çəkirsiniz
buralarda?
-Doğrudu, bir film
çəkirik, "Həm ticarət, həm ziyarət"
adında. Ziyarət odur ki, bir nəfər gəlir Türkiyəyə,
əmisi oğlunun yanına bu əmioğlunu mən
oynayıram. Ticarət də odur ki, uşaqları çoxdu
bura gələnin, böyük ailədi, gəlmişkən
buralardan bir şeylər alıb aparmağı
düşünür.
-Siz o əski azərbaycanlını
oynayırsınız demək. Siz çoxdandır buralarda
yaşayırsınız. Sizi ziyarətə gəlirlər.
-Bəli, atam vaxtilə
Azərbaycandan buralara gəlmiş,əslən Şəkidəndir.
-Demək siz buralarda çoxdan
yaşayırsınız və əminiz oğlu sizi ziyarətə
gəlib.
-Arvadı ilə birlikdə
gəlib. Arvad da kişini yoldan çıxarır ki, a balam,
hamı gəlir, lüstür gətirən kim, nə bilim min
cür şey alan kim. Gəl, biz də bir şeylər alaq...
Onları da aldadırlar.
-Necə yəni aldadırlar?
-Elə
özümüzkülər aldadır...burada əski azərilər
çoxdu axı...rast gəlir birinə və ona deyirlər
ki, gəl mən təşkil eləyim bir televiziyada
çıxış elə...öz respublikanız haqqında
bir şeylər danış. ( Həsən müəllim
filmin məzmununu danışır və mən bu filmin
tamaşaçılarımıza artıq tanış
olduğunu düşünüb mətni tam verməkdən
vaz keçirəm)... baxıram bu insanlarımıza... doludur
bu Ağsaray, bu Laləli və onlardan soruşuram: nəyə
gəlmisiniz bura? Mən bunun cavabını bilirəm, yəni
onlar Rusiyadan gələn adamların qabağına
düşürlər. Onlar bir şeylər alırlar və
mağaza sahibi də bu satışdan artıq qalan bir
neçə yüz deyək ki, türk lirəsini,
üç-beş dolları verir onlara. Deyirəm: vallah,
işiniz yox, gücünüz yox. Ata qalıb orda, ana
qalıb orda, gəlib bu böyüklükdə ölkədə
hansı ocağı isidəcəksniz, hansı yeri
tutacıqsınız?
-Həsən müəllim, sizin bu vaxta qədər
türk kino yaradıcıları ilə
tanışlığınız olmuşdumu?
-Bir zamanlar çox
yaxın olduğum insanlar var bu kino adamları arasında. Bura
gələndən sonra onlardan bir neçəsi ilə
görüşmək istədim. Qəbul eləmədilər.
Burada kino texnikası bizimkilərdən fərqli olaraq
inkişaf etmişdir.
-Sizin o tanışlar dediyiniz adamlar arasında kimlər
var, məsələn?
-Bax,
açığını deyim, Fatma Qrek var. (not: bu aktrisanın soyadı GİRİGdir. Amma Həsən müəllim,
necə deyib eləcə də saxlayıram ona görə ki, bəlkə də QREK daha doğrudur) Mən kino festivallarda
bir altı dəfə olmuşam,
"Kinofestival Stran Azii i Afriki"
xatırlarsınız, o zaman
belə bir festival vardı. O festivallarda
çox olmuşam. O zaman bildiyiniz kimi yollar bağlı
idi və o zaman onlar bizdən
əl çəkmirdilər.SSRİ
dövrü idi, həqiqətən o istək,
o arzu vardı. Həmin festivallarda bu Fatma Qreklə şəkillərimiz-zadımız var və mənə
özü dəfələrlə
demişdi ki, sən gözəl aktyorsan, səni bəlkə qonaq çağıraq. O zaman
mən turist kimi gəlmişdim. Gəldim buralarda tapdım onu. Handan-hana
qəbul elədi.
Bir az
koridorda durduq, dedim ki, mən
gəldim sizi ziyarət eləyim. "Turist kimi gəlmişəm"
- dedim. Baxdı və dedi: sən
kimsən, mən səni tanımıram. Mən də Bakıdan xırdapara suvenir-zad gətirmişdim, hirsimdən
onları da vermədim (yaxşı eləmisən). Dedi:
mən səni tanımıram. Çıxdı getdi. Sonra burada
bu İstiqlal küçəsində bir
Feyzi adlı rejissor vardı, onunla görüşdük,
qaçhaqaç, ayaqüstü
bir görüş.
Filmi də Çətin adında bir rejissor çəkirdi.
O da Bakıda
olmuşdu. Gözlərindən
gördüm ki,o MƏSƏLƏ. Sakitcə
dedim ki, bəs sizə mane olmayım. Xudahafis... Xudahafis.
-Həsən müəllim, sizcə bu nə deməkdir?
Nədən belə olmalıdı? Qanca
biz eyni insanlar, əqraba bir millət, bunun səbəbi nədir? Bunlar Avropaya bir qədər
yaxındılar ona görəmi bu soyuqluq baş verir?
-Avropaya yaxın olmağına yaxındılar. Bizi çoxdan keçiblər.
Biz hələ uşağıq və özü də bəlanın içindəyik.
Amma Cumhuriyyətin 71 yaşı
var. Mən şəxsən
bunlarla ölçmürəm.
Bununla ölçmürəm, ona
görə ki, həyatda böyük sahələr var. Sənətin
min cür sahəsi
var. İnsan nə qədər ucalsa da, xalq nə
qədər ucalsa da dostluq, qardaşlıq
və inam. Heç kəs heç kəsə yük olmamaq şərtiylə təbii olmalıdır.
Burda mən incə bir məsələni
deyim: mən elə adam
deyiləm ki, haçansa görmüşəm,
bir tikə çörək yemişəm,
elə yapışmalıyam
yaxasından. Şəkillər çəkdirmişik o Fatmayla,
həyatın xoşbəxt
anları deyə bilərəm o anlara.
Bütün bunlar məcburi
olmayıb. Allah-tala bu aktyorları
təmiz, pak yaratmalıdır, ona görə ki, xalq ona baxır,
onu görür televiziyada, kinoda, teatrda. Deməli sənətdə möcüzəli bir paklık, bir təmizlik var ki, xalq bu
aktyor deyilən kəslərə pərəstiş
edir. Bu anlamda
insanlıq itməməlidi.
Bax, indi bizdəki vəziyyət bəllidir.
Adam darıxır arada, oturub danışmaq
istəyirsən biriylə,
indi o da yoxdur. Adi bir şey xalqın sənətini birləşdirirsə o xalqın
haqqında deyilən dostluq, qardaşlıq sözləri də düz gələr. Başqa cür olduğunda bir az inam itir onda. Artıq qarşılıqlı
yaradıcılıq dünyanı
başına alıb.
Niyə görə Amerika kimi bir ölkə
italyan aktyorlarını,
Avropanın başqa ölkələrindən sənətkarları
çağırır. İndi belə bir dilemma ortaya çıxa bilər, əgər sənətdən
söhbət gedirsə:
niyə bizim münasibətlərimiz daha
da sıxlaşmasın,
nədən bir-birimizi
çağırmırıq? Mən bir şeyə
fikir vermişəm: burada bəzi filmlərdə rus qızları çəkiliblər,
onları o dəqiqə
hiss eləmək olur.
Rus qızları çoxdu burda. Biz çılpaqlıq
sənətinin ardınca
getmirik, biz əsil sənət tərəfindəyik.
-Həsən müəllim, bizim kino ilə türk
kinoları arasında bir araşdırma
düşünmüsünüzmü. Yəni bizim kinomuz
bunların kinolarından nə qədər fərqli
dramaturgiyaya və ya sənət axımına malikdir. Hər
halda siz bu işin mətbəxini bizdən yaxşı bilən
bir sənətkarsınız.
-Şəxsən bu
türk kinosunun elə bir dövrü olub. Mən bir çox
türk filmlərinə baxanda ağlamışam. Bir zamanlar
türk filmlərində xalq problemini, xalqın dərdini əks
etdirən neçə-neçə filmə baxmışam.
Adları indi yadımdan çıxıb. Əsil sənət
bax, Fatma Girikin sənətidir. Onun elə filmləri vardı
ki, zağ-zağ əsirdim. Baxanda adamı soyuq tər
basırdı. Böyük aktrisadır. İndi baxırsan,
yox... indi tamam başqa bir yol var, başqa bir sənət var. O
gün Feyziyə deyirəm ki, hardadır o filmlər, onlardan
çəkin də. Bizdəki kimi buralarda da kino sənəti
aşağıya doğru yuvarlanır. Biz rəhmətlik Ədilin
vaxtında gözəl filmlər çəkdik.
-Son illərdə nə işiniz olub?
-Son illərdə
heç nə, son illərdə heç nə... Yenə Rəsul
sağ olsun (Rəsul Quluyev) dedi ki, o rol sənindir, sən o
rolda çəkilməlisən. Onun bir dostu var, Əli Polad,
bu əsərdə onun praobrazını yaradacam. Məni
görüm olaraq ona oxşadıb. Və çəkiləcəm.
-İstanbul haqqında nə fikirdəsən, neçənci
dəfədi İstanbuldasan?
-İkinci dəfədi.
İlk dəfə turist olaraq gəldim, amma elə bildiyiniz
turist yox, sənətçilər dəstəsilə gəlmişdim.
O zaman bir o qədər yaxşı görə bilməmişdim
İstanbulu. Turist kimi gəzdirdilər bir çox ümumi
yerləri. İndi daha sərbəstəm, daha geniş baxa
bilirəm hər şeyə. Baxıram ki, adamlar
işgüzardılar, bolluqdur.
-Həsən müəllim, bu Azərbaycan kinosənətinin
və ümumiyyətlə sənətimizin gələcəyini
necə görürsünüz?
-İndi sizin də
tanıdığınız Heydər Əliyev gəlib, həqiqətən
onun sənətə böyük hörməti var. Azərbaycan
xalqının sənətini yaşadan adamdır. O zamanlarda
da biz görürdük ki, sənətimizi hansı zirvələrə
qaldırmışdı. İndi başı
qarışıqdı. Məncə daha çox şeylər
eləyəcək və mənə elə gəlir ki,
böyük bir xoşbəxtlikdir ki, gəldi bizim
üçün. Mən Elçibəyin əleyhinə deyiləm.
Kişini özü gətirdi. Gördü ki, öz ətrafı
da pisdi. Gətirdi, amma nə problemə düşüb
bilirsiniz? Bir az yaşlı adamdı. Respublikamızın
çox dərin problemləri var. Təkcə torpaq məsələsi
deyil. Daha başqa problemlər də var. Ən böyük vəzifələrdə
işləyənlər də xalqı didir-dağıdır.
Buna nə qədər dözmək olar. Hər şey göz
qabağındadı, kişi gələndən gör nələr
olub. Yazıq xalq neyləsin? Mən siyasətə
qarışmaq istəmirəm. Söhbət sənətdən
gedirsə, hər şey başlı-başınadı.
Dağılıb, hər şey alt-üst olub. Bu adam gəlib
kino çəkən deyil ki. Teatr düzəldən deyil ki...
(Davam edəcək)
Tofiq Abdin
Ədalət.- 2010.- 9 oktyabr.- S. 15.