Önəmli faktlar:

 

- Daha kasıb icmalar iqlim dəyişikliklərinin fəsadlarına tez məruz qalanlardır.

- 21-ci əsrin sonlarında (1989-1999-cu illərlə müqayisədə) okeanın genişlənməsi və qletçerlərin əriməsi səbəbi ilə dəniz səviyyəsinin qalxması 28-30 cm proqnozlaşdırılır. Növlərin 20-30 faiziznin böyük ehtimalla məhv olması təhlükəsi vardır.

- Daha böyük isti dalğalar, yeni külək növləri, quraqlıqların bəzi regionlarda pisləşməsi, digər yerlərdə daha böyük çöküntülər olacaqdır.

Daha isti hava hərarəti, daha çox təhlükə

- Dünyanın bütün regionlarında hərarət nə qədər sürətlə qalxarsa, bir o qədər zərərin təhlükəsi böyükdür. Iqlim atmosferdə illərlə, onilliklərlə qalan emissiyalara cəld cavab vermir və okeanin ləngiyən təsiri-hansı ki, atmosferə nissbətdə istini udub və nəticə etibarilə buraxması daha asta baş verir-səthdə olan hərarət istixana qaz ayrılmalarına dərhal cavab vermir. Nəticədə, iqlim dəyişikliyi, atmosferin təmərküzləşməsi stabilləşdikdən sonra, yüz illərlə davam edəcək.

 

Hidroloji dairədə arzuolunmayan dəyişikliklər

 

- Qalxan hərarət hidroloji dairəni artıq sürətləndirmədədir. Daha isti atmosfer daha çox rütubət saxlayır, daha az stabil olur və xüsusilə şiddətli yağış yağması forması ilə daha çox çöküntü əmələ gətirir. Daha isti hava şəraiti buxarlanmanı sürətləndirir. Bu dəyişikliklərin suda bariz təsiri bütün əsas regionların təmiz su ilə təchizatının keyfiyyəti və kəmiyətinin aşağı düşməsi ilə səciyyələndirilir. Bu arada külək növləri və qasırğa izləri ehtimal ki dəyişəcəkdir. Tropik siklonlarının gərginliyinin ( ancaq tezlik yox) daha geniş zirvələrdə küləyin sürətinin artması və şiddətli yağıntılarla birgə artması gözlənlir.

 

Sağlamlıq Təhlükəsinin Artması

 

- İqlim dəyişikliyi artan xətt üzrə malarial ağcaqanadların və digər yoluxucu xəstəlik daşıyıcılarının yayılmasını, allergiyaya səbəb olan bitki tozcuqları və isti dalğaların artması təhlükəsinə təsir edən mövsümi xəstəlik daşıyıcıları ilə əvəzləyəcək.

 

Bioloji müxtəlifliyə təhlükə

 

- Canlı təbiət və bioloji müxtəliflilik-yaşayış məskəninin və bəşər övladı tərəfindən əmələ gələn digər gərginliklər- iqlim dəyişikliyi fəsadlarının yeni siptomları ilə üzləşəcəkdir. Bir çox ekoloji sistemlər qütbə və dağa doğru yönəlməklə daha yüksək hərarətə artıq münasibət bildirməkdədirlər. Bəzi cinslər bu dəyişikliklər zamanı sağ qalmayacaqlar, və canlıların 20-30 faizi yəqin ki, məhv olma təhlükəsinin artması ilə üzləşəcəklər. Daha zəif ekosistemlərə mərcan qayalıqları, şimal (sub-arktik) meşəlikləri, dağ arealları və Aralıq dənizi iqlimindən asılı olan yerlər aiddir.

 

İstixana qazlarının ayrılması

 

- Uzun müddət ölü torpaq sahələri və heyvanlarından əmələ gələn mədən yanacaqları insanlığın qaz ifraz etməsinin yeganə böyük mənbəyidir. Daş kömürün, neftin və təbii qazın yandırılması hər il milyardlarla ton karbon ayırır, əks təqdirdə o, böyük miqdarda olan digər metan və azotlaşmış oksidlərlə birgə Yer qabığında görünməz qalardı. Ağaclar kəsilərkən və yerinə yenisi əkilməyəndə daha çox karbon dioksid ifraz olunur.

 

Qalxan Dəniz Səviyyəsi

- 21-ci əsrin axırlarına doğru (1989-1999-cu illərdəki səviyyələrlə müqayisədə) okeanın genişlənməsi və qletçerin əriməsi səbəbindən dənizin səviyyəsinin əlavə olaraq qalxmasının ən yaxşı rəqəmi 28-58cm-dir. Bu dəniz sahilinin daşmasını və eroziyanı daha da pisləşdirəcək.

- Hərarətin qalxması səbəbilə buz təbəqələrinin əriməsi davam edərsə, daha geniş dəniz səviyyəsinin 2100 -cü ilədək qalxmasını istisna etmək olmur. Artıq həqiqətdir ki, Antarktika və Qrenlandiyanın buz təbəqələri həqiqətən də yavaş-yavaş kütləsini itirir və dəniz səviyyəsinin qalxmasında rol oynayır. Təxminən 125000 il bundan öncə Qütb Regionları hazırki dövrdən fərqli olaraq uzun müddətli dövr üçün daha isti olan zaman qütb buzunun əriməsi dəniz səviyyəsinin 4 metrdən 6 metrə qədər qalxmasına səbəb oldu. Dəniz səviyəsinin qalxmasının zəruri ətaləti var və bu bir çox əsrlər davam edəcək.

- Okeanlar da dəniz səviyyəsinin qalxmasında rol oynayan daha yüksək hərarət sınağı qarşısında qalacaqlar. Ötən dörd onilliklər zamanı, məsələn, Şimali Atlantik planktonları en dairəsinin təxminən 10 dərəcəsinə yaxın qütb tərəfə köçmüşlər. Eynilə, daha çox karbon dioksid udduğu üçün okeanların turşuluğu mərcanların, dəniz iblizlərinin və digər canlıların öz qabıq və gövdə qoyma bacarığına xətər yetirəcəkdir.

 

Ən zəiflərin zərbə alması

 

- İqlim dəyişikliyinin təsirini dəf etmək və yumşaltmaqda çox az resursları olduğundan ən kasıb icmalar iqlim dəyişikliyinin fəsadlarına daha çox məruz qalırlar. Ən çox təhlükə altında olan insanların bəzilərinə fermer kimi ömür sürənlər, aborigenlər və sahilyanı yerlərdə məskunlaşmış əhali aiddir

 

Regional Zərbə

 

İqlim dəyişikliyinin qlobal səviyyəyə nisbətən regional sferada nə dərəcədə inkişaf etməsini qabaqcadan hiss etmək daha çətindir. Bununla belə, son illər ərzində alimlərin belə bir yekun nəticəyə gəlməsinə imkan verən çox böyük addımlar atılmışdır:

- Afrika- Endemik kasıbçılıq, zəif institutlar və kompleks bəla və konfliktlər ucbatından iqlim dəyişikliyinə daha çox məruz qalır. 1970-ci ildən bəri quraqliq genişlənmiş və intensivləşmişdir, 20-ci əsr ərzində Sahel və Afrika artıq daha da quru olmuşdur. Su təchizatı və aqrar məhsulu çox güman ki sərt şəkildə azalacaqdır. 2020-ci ilə qədər məhsul yığımı bəzi ölkələrdə 50 faizə kimi düşə bilər, və bəzi böyük regionların böhranlı aqrar təsərrüfatı sıradan çıxacaqdır. Əsasən Cənubi Afrikada meşələr, çəmənliklər və digər təbii ekosistemlər artıq dəyişməkdədir. 2080-ci ilə kimi quraqlıq və ya yarı-quraqlıq torpaq sahələri Afrikada çox güman ki, 5-8 faiz artacaq.

- Antarktika - Bu qitə başa düşülməsinin və qabaqcadan proqnozlaşdırılmasının daha çətin olduğunu sübut etmişdir, Çox sürətlə istiləşən Antarktika yarımadası istisna olmaqla, bütövlüklə qitədə həm havanın hərarəti, həm də qar yağışı son 50 ildə nisbi sabit qalmışdır. Bu buzlu qitə planetin təmiz suyunun demək olar ki, 90 faizinə sahib olduğundan, tədqiqatçılar qletçer və buz təbəqələrinin əriyə biləcək əlamətlərini diqqətlə izləyirlər.

- Arktika - Son yüz ildir ki, Arktikada nisbi hərarət demək olar ki, bütün dünyadakından orta hesabla iki dəfə daha sürətlə qalxmışdır. Arktikanın dəniz buzunun nisbi uzunluğu hər dekadada 2,7 faiz yığılmışdır, Bəşər övladının emissiyaları cari hesablamaların ən yüksək həddinə çatarsa, Arktika Okeanının böyük əraziləri 21-ci əsrin sonuna kimi illik buz örtüyünü itirə bilər. Arktika da xüsusilə vacibdir, çünki oradakı dəyişikliklər qlobal əhəmiyyətə malikdir. Məsələn, buz və qar əriyəndə Yerin albedosu (əks olunması) azalır, istiliyi saxlayır, əks təqdirdə əks olunardı və yer səthini hətta bundan sonra da qızdırardı.

- Asiya - 2050-ci ilə kimi bir milyarddan çox adam, ələlxüsus geniş çay mənbələrində saf suyun tapılmasınının tükənməsi ilə qarşılaşa bilər. Himalayda qletçerin əriməsinin təzahürü kimi daşqın və qaya uçqunlarının artması növbəti iki-üç onilliklərdə su resurslarına təsir göstərəcək. Qletçerlərin geri çəkilməsi ilə çay suyunun axıntısı azalacaq. Sahilboyu ərazilər, xüsusilə əhalinin sıx olduğu meqa- delta regionlar dəniz daşqınlarının və bəzi hallarda çay sularının daşmasının artması səbəbilə böyük təhlükələ məruz qalacaqlar.

- Avstraliya və Yeni Zelandiya- Su təminatında gərginliyin artması, təbii ekosistemlərin dəyişməsi, daha az mövsümi qar örtükləri və darlaşan qletçerlər. Son bir neçə onliklər boyu Avstraliyanın şimal-qərbində və Yeni Zelandiyanın cənub-qərbində daha çox isti dalğalar olmuşsa da, daha az şaxta və daha çox yağıntı olmuşdur; cənub və şərqi Avstraliyada və şimal-şərqi Zelandiyada az yağıntı olmuş; və Avstraliya quraqlıqlarının intensivliyi artmışdır. 21 əsrin iqlimi daha tez-tez və gərgin isti dalğalar, yanğınlar, daşqınlar, torpaq sürüşmələri, quraqlıq və təlatümlü qasırğalarla müşahidə edilməklə, praktik olaraq əminliklə daha isti olacaq.

- Avropa - Qletçerlər və soyuqluq yumşalır, bitkilərin böyüməsi mövsümlərinin artması, 2003-cü ildəki fəlakətli isti dalğalar kimi ekstremal hava şəraiti, daha tez-ez olur. Tədqiqatçılar inanırlar ki, Avropanın şimal regionları daha isti qış, daha böyük çöküntülər, genişlənən meşələr və daha çox kənd təssərrüfatı məhsullarına malik olacaqdır. Aralıq dənizinin yaxınlığındakı cənub bölgələr çox isti yay mövsümləri, daha çox quraqlıq, azalan meşələr, azalan kənd təsərrüfatı məhsulları ilə üzləşəcəklər. Avropa aşağı sahilboyu ərazilərdə uzandığından dəniz səviyyəsinin qalxmasına daha çox məruz qalır və bir çox əkin sahələri, sürünənlər, suda-quruda yaşayanlar və digər cinslər böyük ehtimalla əsrin sonlarına doğru təhlükəyə məruz qalacaqlar.

- Latın Amerikası - Şərqi Amazoniyanın tropik meşələri və cənubi və mərkəzi Meksika tədricən savanna (seyrək ağacları və kolları olan düzənlik) ilə əvəz olunacaq. Braziliyanın şimal-şərqi hissələri və mərkəzi və şimali Meksikanın bir çox hissəsi, iqlim dəyişiklikləri və insanın torpağı istismarı səbəbiilə daha çox quraqlıq olacaqdır. 2050-ci illərə qədər kənd təsərrüfatı sahələri böyük ehtimalla səhralığa və şoranlaşmağa məruz qalacaqdır.

- Şimali Amerika - İqlim dəyişikliyi, kənd təsərrüfatından, sənayedən və şəhərlərdən gələn böyüyən tələbatı da əlavə etdikdə, su mənbələrini daha da məhdudlaşdıracaq. Yüksələn hərarət qalın dağ qar buzlağını azaldaraq və buxarlanmanı artıraraq suyun mövsümi imkanlarını dəyişəcək. Böyük Göldə daha aşağı su səviyyələri və daha böyük çay hövzələri suyun keyfiyyətinə, gəmiçiliyə, əyləncəyə və su elektrik stansiyalarına təsir edəcəkdir. Böyük masştablı yanğınlar, həşəratın artması quru torpaqlı daha isti dünyada intensivləşməkdə davam edəcək. 21-ci əsrdən sonra müxtəlif cinslərin şimala və daha hündür yerlərə köçməsinə səbəb olan təzyiq Şimali Amerikanın ekosistemini əsaslı olaraq yeniləşdirəcəkdir.

- Kiçik ada dövlətləri - Əsasən iqlim dəyişikliyinə məruz qalırlar, onların məhdudlaşdırılmış ölçüləri onları təbiətin təhlükəsinə və xarici zərbələrə, xüsusən dəniz səviyyəsi və onların təmiz su mənbələri itkisi təhlükəsinə məcbur edir.

 

 

VÜSAL

 

Ədalət.- 2010.- 12 oktyabr.- S. 5.