Torpaq
Ümumi məlumat
Torpağın
ən üst qatın rəngi daha tünddür.
Torpağın üst qatında bitkilərin
köklərinə, çürümüş
bitki qalıqlarına, eləcə də
yağış qurdla-nna, həşərat
və başqa heyvan
qalıqlarına təsadüf edilir. Bu qatlar mikroorqanizmlərin
təsirilə parçalanaraq çürüntü təşkil edən
maddələri əmələ gətirir. Həmin çürüntü köklərlə
birlikdə torpağın rəngini tündləşdirir. Alt qatlarda çürüntü
və bitkilərin kökİəri nisbətən azalır. Ona görə də alt qatlarda torpağın rəngi üst
qatdan açıq olur.
Torpağın alt qatlarında, adətən,
qum, gil və daşlar olur. Hər bir torpaqda çürüntü
vardır, bununla da o, dağ süxuru,
qum və ya gildən
fərqlənir.
Tərkibində
çürüntü çox olan torpaqlarm rəngi qara olur.
Belə torpaqlar qaratorpaq adlanır. Qaratorpaq rütubəti
yaxşı saxlayır, tərkibində qida maddələri
çox olur. Çürüntü maddələri ilə zəngin
olan torpaq münbit sayılır. Münbit torpaqlardan həmişə
yüksək və sabit məhsul əldə edilir.
Tərkibi
Torpaq tərkibinə
görə mürəkkəbdir. Bunu aşağıdakı təcrübələrlə
sübut etmək olar. Əgər bir parça
qaratorpağı alovda közərtsək, onun tərkibində
olan bitki qalıqları, çürüntülər yanacaq,
yerdə torpağın bir qədər açıq rəngli
külü qalacaqdır. Deməli, torpağın qara
olması onun tərkibindəki çürüntünün
miqdarından asılıdır.
Təcrübəni davam
etdirək. Közərdilmiş torpağın bir hissəsini
stəkana töküb, üzərinə su əlavə edək.
Bu suyun rəngi bulanacaqdır. Bulanmış suyu başqa stəkana
süzüb kənara qoyaq. Əvvəlki stəkanın dibindəki
çöküntünü bir neçə dəfə yusaq,
onun dibində təmiz qum qaldığını görərik.
Bulanıq su tökülmüş stəkanı bir neçə
saatdan sonra nəzərdən keçirsək, suyun
durulduğunu və gilin stəkanın dibinə
çökdüyünü müşahidə edərik. Deməli,
torpağın tərkibində çürüntüdən
başqa qum və gil də vardır. Suyu bulandıran da gildir.
İndi yenə közərdilmiş
torpağın qalan hissəsini stəkana töküb üzərinə
su əlavə edək və su durulana qədər gözləyək.
Durulmuş suyu başqa təmiz bankaya boşaldıb süzgəc
kağızından süzək. Alınmış suyu
çini qaba töküb buxarlandıraq. Su buxarlanıb
qurtardıqdan sonra qabın dibində ağ rəngdə ərp
qalacaqdır. Bu, torpaq suyunda həllolmuş və süzgəc
kağızından süzülən duzlardır. Torpaqda həmçinin
su və hava da vardır. Suyun olmasını əl ilə hiss
etmək olar. Əgər suya bir parça quru torpaq atsaq, ondan
hava qabarcıqları çıxmağa başlayacaqdır.
Bu da torpağın içərisindəki havadır. Deməli,
torpağın tərkibində çürüntü, qum,
gil, mineral duzlar, su və hava vardır. Onların miqdarı
ayrı-ayrı torpaqlarda müxtəlifdir.
Çürüntü
çox olan torpaqlar münbit torpaqlardır". Qum çox
olan torpaqlar qumlu, qumsal, gil çox olan torpaqlar isə gilli
torpaqlar adlanır.
Torpağın tərkibində
su çox olduqda bataqlığa çevrilir, mineral duzlar
çox olduqda şoranlaşır, əkin üçün
yararsız olur. Respublikamızın bəzi düzənlik
rayonlarında torpağın tərkibində xörək duzu
və başqa dıızlar da həddindən çoxdur. Həmmin
duzlar nıədəni bitkilər tərəfindən ınənimsənilir
və bitkiyə mənfi təsir göstərir. Belə sahələr
əkin üçün yararsızdır. Şoran
torpaqları yararlı hala salmaq üçün geniş
meliorasiya işləri görülür. Bu məqsədlə
şoranlaşmış torpaqlarda dərin kanallar çəklir,
torpaqdakı artıq duzlar yuyularaq həmin kanallar vasitəsilə
axıdılır.
Münbit torpaq qatı
uzun illər ərzində ona, müxtəlif bitki və heyvan
qalıqlarının, çürüntülərinin
qarışması nəticəsində əmələ gəlir.
Ona görə də torpaqdan düzgün istifadə edilməsinin
və onun mühafizə olunmasının böyük əhəmiyyəti
vardır. Belə ki, meşələrin qırılması,
çəmənlikİərin düzgün istifadə edilməməsi
torpağın aşınmasma, yəni onun münbit
qatının su və külək vasitəsilə yuyulub
aparılmasına səbəb olur.
Respublikamızdakı
torpaq sahələrinin çox hissəsi quraqlıq
rayonlardadır. Bu rayonlarda törpağın suvarılması
kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını
2-3 dəfə artırır. Bəzi torpaqlarda həddindən
artıq rütubət olduğundan bataqlığa
çevrilir. Bu zonalarda yüksək məhsul almaq
üçün torpağı qurutmaq lazımdır.
Əsrlər və min
illər ərzində yaranan torpaq bizim təbii sərvətimizdir,
insanın ərzaq məhsullarının, heyvan
qidasının, sənaye üçün alınan
xammalın əsas mənbəyidir. Torpağı qorumaq və
onun məhsuldarlığını artırmaq hamının
borcudur.
Kimyəvi tərkibi
Mikroskop altında torpağın
görünüşü
Şəraitdən
asılı olaraq, məhlulun daxilində birləşmələr
dissosiasiya olunursa, bu halda ayrı-ayrı ionlar torpaq tərəfindən
udula bilər. Əgər torpaq tərəfindən kimyəvi
reaksiya nəticəsində ancaq kationlar udulmuş olursa və
bu reaksiya müəyyən fiziki qüvvə altında
keçirsə, belə udulmaya torpağın fiziki-kimyəvi
udma qabiliyyəti deyilir. Aşağıda
yazdığımız reaksiya bunu aydınlaşdıra bilər:
[torpaq] Ca + 2Na Cl = [torpaq] Na + Ca Cl2
Fiziki kimyəvi udma
qabiliyyətinin bir xüsusiyyəti var, dəyişmə
reaksiyası nəticəsində torpaq ilə məhlulun
kationları bir-birini əvəz edir. Bu reaksiya ilə udulan
kationlara "dəyişmə" kationları və yaxud
"udulmuş" kationlar deyilir. Xüsusən qeyd etmək
lazımdır ki, udma prosesində torpağın bütün
kütləsi iştirak etmir. Udma prosesini yaradan torpaqda olan ən
narın kolloid zərrəcikləridir.
Bu kimi kolloid zərrəciklərə
torpağın "udma qabiliyyəti" deyilir. Bu kompleksin ən
səciyyəvi əlaməti, özündə olan kationu məhlulun
kationu ilə əvəz etmə qabiliyyətidir. Tərkibcə
udma kompleksi çox müxtəlif kimyəvi birləşmələrdən
ibarətdir. Buraya istər mineral və istərsə üzvi
kalloidlər daxil edilir. Bu səbəbədən də buna
kompleks adı verilmişdir. Müxtəlif torpaq tiplərində
udma kompleksinin miqdarı çox müxtəlif olur. Belə
ki, bəzi torpaqlarda udma kompleksi çox yüksək, bəzilərində
isə çox az olur. Narın zərrəli, gilli, gillicə
və üzvü maddələrlə zəngin torpaqlarda udma
kompleksinin miqdarı yüksək, qumsal humus maddəsi az olan
torpaqlarda isə udma kompleksinin miqdarı az olur.
Ədalət.- 2010.- 12
oktyabr.- S. 5.