Vahid Qazinin "Ruhlar şəhəri"
kitabı nəşr olundu
Publisist Vahid Qazinin "Ruhlar şəhəri" kitabı
17 ildir işğal altında qalan Ağdama həsr olunub. Kitaba müəllifin 15 essesi, Ramiz Rövşənin
"Mümkünsüz qayıdışın
əzabı" adlı
ön sözü və ABŞ-ın Corciya Dövlət universitetinin professoru Rafiq Əliyevin "Qiyamətə qalmış
4 dəqiqə" adlı
son sözü daxildir.
Ağdam
xatirələrindən ibarət "Ruhlar
şəhəri" silsiləsi bu il "Lent.az",
"Media forum" saytlarında, "525-ci qəzet"də
dərc olunub. Müəllif kitabı oxucuya bu sözlərlə təqdim edir:
"WebUrbanist.com internet nəşri
Ağdamı turistlər
arasında maraq doğuran "24 ruhlar şəhəri" siyahısına
salıb. Səni ora aparacam, xatirələrimin
yurdundan, yurdumun xatirələrindən danışacam.
Sən bu şəhəri bəzən
5 yaşlı körpənin
heyrəti, bəzən
10 yaşlı uşağın
marağı, bəzən
də 15 yaşlı yeniyetmənin hissləriylə
duyacaqsan. Onu bir uşağın hələ kirlənməyən
dünyasından keçib
görəcəksən. İndi
sakini sərgərdan ruhlar olan bir
şəhərə - mənim
şəhərimə səyahətə
gedirsənsə, yanıma
gəl, qolundan tutum, birlikdə gedək..."
1968-ci ildə Ağdamda
doğulmuş Vahid Qazi Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsini bitirib. "Ədalət",
"Azərbaycan" qəzetlərində,
Prezident Administrasiyasında
çalışıb. "III Sektor", "Svobodnaya volya" jurnallarının
naşiri olub. "Ruhlar şəhəri"
aparıcı nəşrlərdə
publisistik yazılarla çıxış edən
Vahid Qazinin ilk kitabıdır.
"Ruhlar
şəhəri" kitabını Bakının kitab
mağazalarından və metropolitenin satış
köşklərindən əldə etmək olar. Əlaqə telefonları:
(99412) 492 03 56, (99455) 518 43 00.
Ədalət.- 2010.- 12 oktyabr.- S. 6.