HAVANIN TƏRKİBİ

 

Hava görünməzdir. Biz havanın mövcudluğunu o, hərəkətdə olduqda hiss edirik. O, müxtəlif qazların qarışığından ibarətdir. Havada azot oksigen qazları daha çoxdur.

Havada su buxarı da var. Su buxarı dənizlərə yaxın yerlərdə daha çox olur.

Havada həm də xırda toz hissəcikləri üzür. Bunları yalnız mikroskopla görmək mümkündür. Hətta dənizin üzərindəki təmiz havada da toz hissəcikləri olur. Böyük şəhərlərdə toz hissəciklərinin miqdarı daha çoxdur. Havada, həmçinin maşınların, fabrik və zavodların tüstüsü var. Bundan başqa, havanın tərkibində xırda duz hissəcikləri də var. Vulkan püskürən vaxt havaya vulkan külü də qarışır.

Hava Yer kürəsini hər tərəfdən əhatə edir. Bu hava təbəqəsi atmosfer adlanır...

Hava qızdıqda genişlənir və yüngünləşir. Ona görə də isti hava yuxarıya qalxır. Soyuq hava isə, əksinə, ağır olduğu üçün aşağı enir. Buna görə də otaqlarda nəfəsliklər yuxarıda yerləşdirilir. Otağa daxil olan soyuq hava aşağı enir.

Qədim yunan alimi Anaksimen dünyanın havadan əmələ gəldiyini söyləyib. Anaksimen iddia edirdi ki, hava qatılaşan zaman daş əmələ gəlir.

Hava xüsusi şəraitdə çox soyudulan zaman mayeyə çevrilir. Daha çox soyuyanda isə buza oxşayan kristal olur.

Hava Yer kürəsini hər tərəfdən əhatə edir. Bu hava təbəqəsi atmosfer adlanır. Atmosferin qalınlığı təqribən 3000 kilometrə qədərdir. Bu o deməkdir ki, Yerdən 3000 kilometr yüksəklikdən sonra hava yoxdur.

Atmosfer bir neçə təbəqədən ibarətdir. Atmosferin ən aşağı qatı troposfer adlanır. Havada olan qazların əsas hissəsi troposferdədir. Troposferin üzərində stratosfer yerləşir. Troposferdən fərqli olaraq, burada hava hərəkətsizdir. Reaktiv təyyarələr stratosferdə uçur. Üçüncü təbəqədə mezosfer adlanır. Mezosfer çox soyuqdur. Mezosferin üzərində atmosferin yuxarı təbəqələri yerləşir.Yuxarıya qalxdıqca havanın sıxlığı azalır. Hava qızdıqda genişlənir, soyuduqda həcmi kiçilir...

Kosmosdan atmosfer nazik plyonka şəklində görünür.

Yer kürəsini əhatə edən havanın 80 faizi troposferdədir.

 

 

KÜLƏKLƏR

 

Bizim hər birimiz küləyin əsməsini müşahidə etmişik. Bir qədər diqqətli olsaq başa düşərik ki, külək havanın hərəkətidir. Gözlərimizlə görə bilmədiyimiz hava hissəcikləri mixtəlif istiqamətlərdə hərəkət edir. Hava hissəcikləri irəli, geri, aşağı, yuxarı hərəkət edə bilir.

İsti hava yüngül olur buna görə yuxarı qalxır. Yuxarı qalxan hava idmançı -planeristlərin köməyinə gəlir. Soyuq hava isə ağır olduğu üçün aşağı enir.

Troposferdə havanın üfüqi hərəkəti külək adlanır. Külək haqqında danışılanda onun sürəti istiqaməti göstərilir. Küləyin istiqaməti dedikdə onun hansı tərəfdən əsdiyi başa düşülür. Şimaldan əsən külək şimal küləyi , şərqdən əsən külək şərq küləyi adlanır. Məsələn, Bakıda tez-tez Xəzri küləyi əsir. Bu külək şimal küləyidir. Xəzri əsəndə hava şimaldan cənuba doğru hərəkət edir. Küləyin zəif ya güclü olması havanın sürətindən asılıdır.

Küləyin istiqaməti sürəti flüger adlanan cihazla ölçülür. Küləklər üzərində müşahidələr ilk dəfə 300 il bundan əvvəl İngiltərədə başlanmışdır. Küləklərin öyrənilməsinin böyük əhəmiyyəti var. Güclü küləklər dənizlərdə hündür dalğalar əmələ gətirir. Bu, gəmilər üçün böyük təhlükə yaradır. Buna görə gəmi kapitanları həmişə küləyin istiqaməti gücü haqqında məlumat alırlar. Bu məlumatları sinoptiklər xəbər verir. Sinoptiklər həm havanın temperaturunun neçə dərəcə olacağını, yağış qarın yağacağını əvvəlcədən xəbər verə bilirlər.

Küləklərin müxtəlif növü vardır: brizlər, mussonlar, passatlar. Bu küləklər Yer kürəsinin müxtəlif yerlərində əsir.

Abşeronda gilavar küləkləri əsir. Xəzri soyuq şimal, gilavar isə isti cənub küləyidir.

Fransada soyuq quru mistral küləyi əsir. Bu güclü küləkdir, bəzən bir neçə gün fasiləsiz əsir. Qədim Roma imperiyasında əhali mistraldan qorxurdu.

ABŞ-da isti quru misyuk küləyi əsir.

Səhralarda da güclü küləklər olur. Məsələn, Böyük səhrada sirokko küləyi çox təhlükəlidir. Sirokko isti cənub küləyidir.

  

  

ƏNTİQƏ RƏŞİDQIZI

 

Ədalət.- 2010.- 19 oktyabr.- S. 7.