Bakıda beynəlxalq sərgi keçirilir
Dünən "Bakı Expo Mərkəzi"ndə XVI Azərbaycan Beynəlxalq İnşaat Sərgisi (BakuBuild-2010) işə
başlayıb. Britaniyanın "ITE Group" və onun Qafqazdakı tərəfdaşı olan
"Iteca Caspian" şirkətləri tərəfindən
təşkli olunan sərgiyə Azərbaycan
Fövqəladə Hallar
Nazirliyi, Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Memarlar İttifaqı dəstək
verir.
"APA-Economics"in məlumatına
görə, sərgidə
25 ölkədən 260 şirkət
iştirak edir. Bura
Azərbaycan, Yunanıstan,
Polşa, Rusiya, Türkiyə, İran, Ukrayna və s. aiddir. İlk
dəfə olaraq sərgiyə Portuqaliya və Latviya şirkətləri də
qatılıb. Bu ilki sərgidə həm sərgi sahəsi, həm də iştirakçıların
sayı, ötənilki
tədbirdən 20% artıqdır.
Oktyabrın 23-dək davam
edəcək sərgiyə
10 mindən artıq ziyarətçinin gəlməsi
gözlənilir.
"BakuBuild-2010" sərgisində müxtəlif çeşiddə çoxsaylı inşaat, bəzək materialları və texnologiyaları nümayiş etdirilir. Bura tikinti materialları, bəzək, üzlük materialları, istehsal avadanlıqları, müxtəlif sahələr üzrə ixtisaslaşdırılmış texnika, kimyəvi inşaat məhsulları daxildir. Açıq meydançada Almaniya, Türkiyə, Koreya, Böyük Britaniya, Rusiya, İtaliya və digər ölkələrin inşaat texnikası və avadanlıqları nümayiş olunur.
Sərgi ərazisində
yeni məhsul və texnologiyaların təmsil olunduğu "İnnovasiyalar
Ərazisi"
yaradılıb ki,
burda unikal və orijinal tikinti materialları və
avadanlıqları ilə
"BakuBuild-2010"
sərgisi ilə birlikdə VIII Xəzər
Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi də (Caspian MebelExpo) keçirilir. Burda mebel məhsullarının
geniş çeşidi,
o cümlədən mebel
istehsalı üçün
istifadə olunan materiallar, texnologiyalar və s. nümayiş etdirilir
Bu il ilk dəfə olaraq "BakuBuild" sərgisi ilə birlikdə istilik, havalandırma və kondisiyalaşdırma sistemləri,
su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi
texnologiyaları və
üzgüçülük hovuzu sərgisi də (Aqua-Therm Baku) keçirilir. Bu sərgidə
Azərbaycan, Almaniya, Danimarka, İran, İtaliya, Türkiyə, İsveçrə və başqa ölkələrdən
60 şirkət iştirak
edir.
Sərginin zəngin iş proqramı olacaq. Burda müxtəlif
təqdimat mərasimləri,
dəyirmi masalar və forumların keçirilməsi nəzərdə
tutulub. Sərgi çərçivəsində Azərbaycan və Ukrayna işgüzar dairələrinin iştirakı
ilə biznes forum keçiriəcək.
Sərginin iş proqramının mühüm
elementi "Hamı üçün şəhər"
mövzusunda dəyirmi
masanın keçirilməsi
olacaq. Sərginin ikinci günü - oktyabrın 22-də keçiriləcək
bu tədbir innovasiyalı texnologiyalara
və şəhərsalmanın
planlaşdırılmasına həsr olunub. Burda digər məsələlərlə yanaşı,
əhalinin yaşlı
təbəqəsi, əlillər
və uşaqlar üçün xüsusi
şəraitin yaradılması
müzakirə ediləcək.
Ədalət.- 2010.- 21 oktyabr.- S. 4.