Rüfət Quliyev: "Sizin səsiniz
- bizim qələbəmizdir!"
Hazırda 73 saylı Lənkəran şəhər
seçki dairəsindən deputatlığa namizəddir
Quliyev Rüfət
Atakişi oğlu 1963-cü il may ayının 6-da Bakı
şəhərində tanınmış ziyalı və el
ağsaqqalı, əslən Lənkəranın Sütəmurdov
kəndindən olan Atakişi Ağadədə oğlu
Quliyevin ailəsində anadan olub.
Rüfət Quliyev Lənkəran
şəhər 4 saylı orta məktəbdə oxuyub, sonra təhsilini
Bakı şəhər 102 saylı orta məktəbdə
davam etdirib. 1986-cı ildə T.Şevçenko adına Kiyev
Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirərək,
indiki Azərbaycan Texniki Universitetində pedaqoji fəaliyyətə
başlayıb. Hazırda həmin universitetin "İqtisadi nəzəriyyə
və iqtisadiyyatın dövlət tənzimlənməsi"
kafedrasının professoru, iqtisad elmləri doktorudur.
1995-ci ildə iqtisad elmləri
üzrə namizədlik, 2004-cü ildə isə doktorluq
dissertasiyası müdafiə edib.
Bir sıra Beynəlxalq
qurumların və yerli təşkilatların -
T.Şevçenko adına Kiyev Milli Universitetinin 3-cü dərəcəli
diplomuna, Azərbaycan Respublikası Həmkarlar İttifaqı
Konfederasiyasının "İşçilərin
sosial-iqtisadi hüquqlarının və mənafelərinn
qorunmasında xüsusi xidmətlərinə görə"
medalına layiq görülüb, "Consulting&Bizeness"
jurnalının təsis etdiyi "Uğur" Milli
Mükafatının "İlin ən yaxşı
istehsalçısı", "Kadr hazırlığı və
təkmilləşdirilməsi işinə töhfəsinə
görə" nominasiyalarının laureatı olub.
6 monoqrafiyanın, 4 dərsliyin,
150 elmi əsər və məqalənin müəllifidir. 35
elmi məqaləsi ABŞ, Türkiyə, Rusiya, Ukrayna,
Çexiya, Slovakiya, Latviya, Qazaxıstan və başqa ölkələrin
nüfuzlu elmi nəşrlərində çap olunub.
Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondunun
Himayəçilər Şurasının və Azərbaycan
Türkiyə İş Adamları Birliyinin Azərbaycan tərəfinin
həmsədridir.
Böyük Britaniya,
İtaliya, Çin Respublikası, Küveyt, Almaniya, Şimali
Kipr və digər ölkələrdə Azərbaycanın təşkil
etdiyi investisiya konfranslarının fəal
iştirakçısı olub.
Rüfət Quliyev
respublikada ilk dəfə olaraq, yüksək ixtisaslı yerli
kadrların hazırlanmasına özəl şirkətlərin
yardım göstərməsi təşəbbüsü ilə
çıxış edib. Bunun da nəticəsində bir
neçə ali məktəbdə
tütünçülük, üzümçü-lük,
iqtisadiyyat, beynəlxalq hüquq, beynəlxalq audit və digər
ixtisaslar üzrə xüsusi kurslar təşkil olunub, həmin
kursların məzunları işlə təmin ediliblər.
2005-ci ildə III
çağırış Azərbaycan Respublikası Milli Məclisinə
deputat seçilmiş, Milli Məclisin İqtisadi siyasət
komitəsinin üzvüdür. O, Azərbaycan-Hindistan, Azərbaycan-İtaliya,
Azərbaycan-Ukrayna, Azərbaycan-Danimarka parlamentlərarası əlaqələr
üzrə işçi qruplarının, GUAM-ın Parlament
Assambleyasında Azərbaycan nümayəndə heyətinin
üzvüdür. Parlament xətti ilə çoxsaylı
xarici səfərlərdə olmuş, MDB məkanında
keçirilən prezident və parlament seçkilərinin əksəriyyətində
MDB Parlamentlərarası Assambleyasının müşahidəçisi
qismində iştirak etmişdir, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində
səmərəli və məqsədyönlü iş
aparır.
Xeyriyyəçilik tədbirlərində
fəal iştirak edir.
Azərbaycan,
ingilis və rus dillərini mükəmməl bilir.
Bitərəfdir.
Ailəlidir, iki
övladı var.
- Rüfət müəllim, artıq ikinci dəfədir
ki, eyni dairədən namizədliyinizi irəli
sürürsünüz. Belə anlaşıldı ki, hələ
də həmin ərazinin seçiciləri üçün
görmək istədiyiniz işlər var. Ötən beş
ildə hansı işləri görmüsüz?
- Növbəti dəfə
eyni ərazidən deputatlığa namizəd
olamağımın səbəbləri çoxdur. Birincisi, mən
o yurddanam. Adamlarımın kədərinə
acımış, sevincinə sevinmişəm. Həmişə
bir yerdə olduğun adamlardan ayrılmaq çətindir.
Sualınızda düzgün vurğuladınız ki, görmək
istədiyim xeyli işlər var. Dövlətimiz və onun rəhbəri
çox hörmətli prezident cənab İlham Əliyevin
xalqımıza qayğısı göz qabağındadı.
Hər
kəs öz sahəsində həmin qayğının daha da
genişlənməsinə çalışmalıdı.
Məni tanıyanlar
yaxşı bilir ki, gördüuyüm işlərdən
danışmağı sevmirəm. Amma secki dövründə
gərək qısa da olsa fəaliiyətimi seçicilərin
yaddaşında bir daha təzələyim.
Keçmişi qoruyub, gələcəyə
çatdırılmasını sidq ürəklə istəyən
adamlardanam. Ona görə də veteranların istirahətinin təmin
olunması üçün Lənkəran şəhərindəki
"Əfqanıstan veteranları parkı"nın
rekonstruksiya edilməsinə əmək sərf etmişəm.
Veteranlar klubunun elektron cihazlar və digər əşyalarla təmin
olunmasına yardım göstərmişəm. Hər il fevral
ayının 15-də - sovet qoşunlarının Əfqanıstandan
çıxan günü münasibəti ilə Əfqanıstan
müharibəsi veteranlarına bayram payları verilib. 2 nəfər
Əfqanıstan müharibəsi əlilinin 2 dəfə ayaq
protezlərinin dəyişdirilməsi üçün
yardım göstərilib.
İnsan
sağlamlığının hər şeydən vacib
olduğunu dərk etdiyimdən Rayonun Sütəmurdov kəndində
müasir tələblərə cavab verən 14 otaqdan ibarət
ambulatoriya tikilib istifadəyə verilməsində özümə
məxsus payım olub. Kənd sakinlərinin xahişi ilə
Bambahı kənd ambulatoriyasının stomatologiya kabinəsinə
bor-maşın hədiyyə edilib.
Çox iş sadalaya
bilərəm. Sadəcə, xırdalıqlara varmaq istəmirəm.
- Niyə ki, seçkidəsiniz. Elədiklərinizi 5
ildə dilinizə gətirməməklə bəlkə də
haqlı mövqe tutmusuz. Təvəzökarlıq müsbət
keyfiyyətdi. Amma namizəd kimi rəqiblərinizə də
arada olan fərqi göstərməlisiniz. Bəlkə onlar
gördüyünüz və təşəbbüskarı
olduğunuz işlərin qarşısına daha effektli fəaliyyət
qoyacaqlar.
- Təmamilə
doğru deyirsiniz. İlk növbədə istəyirəm biləsiz
ki, mənim rəqiblərimə hörmətim var. Onlar həqiqətən
də mənim ərazimdə olan insanların rifahı
üçün deputat olmaq istəyirlərsə,
alqışlayıram. Amma doğru deyirsiniz ki, tərəzinin
gözünə işləri qoymaq lazımdı. Son vaxtlar
ölkəmizin bütün şəhərlərində təmizlik
işlərinə ciddi fikir verilir. Bu prosesə Lənkəran
şəhəri də qoşulub. Şəhərin abadlıq
kombinatı üçün xüsusi təyinatlı (Zürafə
tipli) ZİL markalı maşın alınıb. Abadlıq
kombinatına 1 ədəd müasir tipli zibildaşıyan
maşın verilib. Lənkəran şəhərində
küçələrdə qoyulmaq üçün 150 ədəd
iri həcmli zibil yeşikləri paylanıb.
Parkların,
yaşıllıqların salınması ekologiyanın
qorunmasında xüsusi çəkiyə malikdir. Birinci
mikrorayonda 78/18 saylı binanın yaxınlığında
park salınıb, 5500 ədəd liqustr, 70 ədəd
küknar (kiparis) və 14 ədəd Lənkəran palması
əkilib, böyük abadlıq işləri aparılıb,
oturacaqlar quraşdırılıb.
Şəhərin
içməli suyla təmin olunması vacib işlərdəndi.
17 saylı yaslı-uşaq bağçasının su xətti
dəyişdirilib. Dünyasını dəyişənlərin
ruhlarının əziz xatirəsinə 14 nəfər
imkansız ailəyə dəfn mərasimi üçün
yardım göstərilib. Sütəmurdov kənd qəbiristanlığının
abadlaşdırılmasına vəsait ayrılıb.
Bilirsiniz ki, Lənkəran
qədim yaşayış məskənidi. Rayonun tarixi yerləri
çoxdu. Silavar, Sütəmurdov, Digah və Göyşaban məktəbliləri
üçün şəxsən mənim təşəbbüsüm
və yardımımla Bakı şəhərindəki tarixi
abidələrə, muzeylərə və istehsal sahələrinə
ekskursiyalar təşkil olunub.
Bir ölkənin
inkişafında təhsilin danılmaz rolu var. Hər il seçki dairəsinə daxil olan məktəblərin
XI sinif şagirdləri üçün test-sınaq
imtahanları keçirilir. 12 nəfər xaricdə
və Azərbaycanda oxuyan tələbənin təhsil
haqqı ödənilir.
Hər yerdə
olduğu kimi Lənkəranda da imkansız ailələr az da
olsa var. Hər il Qurban, Yeni il, Novruz bayramlarında 220-250
imkansız ailəyə bayram payları verilir, məscidlərdə
iftar süfrələri, internat məktəbində və əlil
uşaq evində bayram süfrələri açılır.
Telekomunikasıya xidmətlərinin
yaxşılaşdırılması istiqamətində də
xeyli işlər görülüb. Göyşaban kəndində
384 yerlik avtomat-telefon stansiyası tikilib istifadəyə
verilib. 178 nəfər işaxtaran seçici işə
düzəldilib. 164 nəfər seçiciyə müxtəlif
məbləğdə maddi yardım göstərilib.
- Deyəsən nüfuz etmədiyiniz sahə
qalmayıb...
- Olmur. Gərək iş
görəndə hər tərəfli, kompleks yanaşman
olsun. Seçicilərim yaxşı bilir ki, kimsənin
probleminə biganə yanaşmamışam. Əgər seçkidə namizədin işi fəaliyyətin
açıqlamqdısa inanmıram sizin qəzetin səhifəsinə
dediklərim sığışsın. Şəxsən
mənim israrlı müraciətlərindən sonra 2 tələbə
(N. Tusi adına APİ və Tibb
Universitetli) universitetlərə bərpa edilib. Beynəlxalq
turnirlərdə və yarışlarda iştirak edən
idmançılara vaxtaşırı yardım göstərilib.
Sütəmurdov kəndində 2 ədəd
müasir tipli dayanacaq quraşdırıləb. "Lənkəran" qəzetinin 75 illiyi yubileyi ilə
əlaqədar redaksiyaya zəruri inventar və avadanlıqlar hədiyyə
edilib. Lənkəran şəhərindən
olan 6 sakininin uşaqları sənət öyrənmək
üçün müxtəlif kurslara göndərilib.
Lənkəran Dövlət Universitetinin, Aqrar Universitetinin,
Dövlət İqtisad Universitetinin, Texniki Universitetin hər
birinin 3 tələbəsinə 2 il ərzində və xarici
ölkələrə təhsil almaq üçün göndərilmiş
tələbələrə təqaüd verilib. Lənkəran Dövlət Universitetində 2 otaqdan
ibarət laboratoriya və kabinet təmir edilib, zəruri
avadanlıqlar, mebellər və portretlərlə təchiz
olunub, həmçinin kitabxanaya lazımi dərsliklər
alınıb.
Lənkəran Dövlət
Universitetində üzümçülük,
çayçılıq, subtropik bitkilər, meyvəçilik,
tərəvəzçilik kurslar təşkil olunub. Sütəmurdov
kəndinin uşaq bağçasının damı əsaslı
təmir edilib.
9 may tarixində hər
il veteranlar üçün böyük bayram süfrəsi
açılıb və əlavə olaraq 2008-ci ildən
veteranlar bayram hədiyyələri ala bilirlər.
Təmir işlərinə
də xüsusi fikir verilib. Lənkəran şəhər 4
saylı humanitar təmayüllü məktəb-liseyin
2007/2008-ci illərdə pəncərələri dəyişdirilib.
Lənkəran şəhərinin müxtəlif
yaşayış sahələrində abadlıq, Şilavar kənd
yolunda təmir işlərinin aparılmasına köməklik
göstərilib.
Əhalinin
sağlamlığı naminə 10 nəfər Lənkəran
sakini Bakı və Naftalan şəhərlərinə
müalicəyə və sanatoriyalara göndərilib.
Xalqımız
inanclı xalqdı. Müqəddəs məkanlara ziyarətə
gedən 4 nəfərə yardım göstərilib. Lənkəran
şəhərindəki Böyük Bazar məscidinin su xətti
bərpa edilib. Müxtəlif bədbəxt hadisələr nəticəsində
evləri yanan və qəza vəziyyətinə düşən
onlarla insana yardım göstərilib ki, bunlar hamısı
Allah rizası üçün görülən işlərdi.
- Rəqiblərinizin bu fəaliyyətinizdən xəbəri
varmı?
- Açığı bu məni
az maraqlandırır. 26 iyun - Silahlı
Qüvvələr Günü münasibəti ilə hərbi
hissələrdə keçirdiyim görüşlər,
xeyriyyə fondlarına vəsait keçirməyim, Lənkəranın
işıq, qaz təminatı və s. məsələləri
dəfələrlə Milli Məclisin iclaslarında
qaldırmağım, işıq probleminin tamamilə həll
edilməsi, 2011-ci ilin sonunadək isə qaz məsələsinin
həllini tapacağı rəqiblərimin ürəyincə
olmalıdı məncə. Axı onlar da Lənkəranlılara
xidmət göstərmək üçün namizəd
olduqlarını deyirlər. Artıq mən
xeyli xidmət göstərmişəm, rəqiblərim
sevinsin. Əgər bilmirlərsə,
bilsinlər. Təşəbbüs və təlklifimlə
rayonda bir sıra böyük Holdinqlərin emal müəssisələrinin
filialları yaradılıb, üzümçülük,
çayçılıq, dekorativ bitkilər yetişdirmək,
quş bəsləmək, arıçılıq və s.
biznes layihələrinin hazırlanıb həyata keçirilməsinə
dəstək verilib. Lənkəran şəhərində
Bank Respublika, Ata Bank, Uni Bank kimi bankların filiallarının
açılmasına təşəbbüs göstərilib və
bu filiallar hazırda əhaliyə xidmət göstərir.
Rusiyanın, Ukraynanın, Belarusun, İranın, Türkiyənin,
Macarıstanın, Bolqarıstanın, Yunanıstanın
sahibkarları və səfirləri, Rusiya Federasiyasının
Azərbaycandakı nümayəndəliyinin rəhbəri Lənkəranda
olub, rayon sahibkarları və iş
adamları ilə biznes əlaqələrinin
yaradılması, məsələlərini nəzərdən
keçiriblər. Hazırda İran və Bolqarıstan iş
adamları ilə işgüzar əlaqələr
yaradılıb.
2008-ci ilin iyun ayında
Milli Məclisin 8 deputatının iştirakı ilə Lənkəran
gəncləri ilə Azərbaycan Parlamentinin 90-illik yubileyi
münasibəti ilə görüş keçirilib.
Rusiya, Ukrayna, Türkiyə,
Yunanıstan və Moldovanın ali təhsil müəssisələrində
menecer, texnoloq, mexanik, elektronika mütəxəssisi
ixtisasları üzrə oxumağa göndərilmək
üçün çoxsaylı müraciətlər edilib,
elanlar verilib (dəfələrlə elanlar yerli televiziya
kanallarında da verilib).
2010-cu ilin iyul ayında
"Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı"
ilə birlikdə Lənkəran rayonunun gəncləri ilə
görüş keçirilib.
Seçki dairəsinə
daxil olan seicilərin şikayət və əsaslı tələblərinə
laqeyd münasibət bəsləyən 6 vəzifəli şəxsin
qeyri-qanuni hərəkətlərinin qarşısı
alınıb (Onlardan 2-si vəzifədən
çıxarılıb, 1 nəfər həbs olunub).
Deputatlıq fəaliyyəti
dövründə ayda 1 dəfə (bəzi aylarda 2-3)
seçicilərlə görüş keçirilib.
Görüşlərin tarixi və vaxtı barədə
"Qəbul otağı"nın qarşısındakı
"Məlumatlar guşəsi" lövhəsində mütəmadi
elanlar verilib.
Hənifə Abdullayev
küçəsində xeyr-şər mərasimlərinin
keçirilmə binasının tikintisi üçün
inşaat materialları alınıb.
H. Abdullayev küçəsindəki
hərbçilərin binasına gedən yol və
binaların həyəti təmir edilib.
Lənkəran şəhərində
əlillər və əl qabiliyyəti olan şəxslərin
maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə
onlara, müəyyən suvenir əşyaların
hazırlanması, təsviri sənət nümunələri
ilə məşğul olmaq üçün deputatın
imkanları hesabına emalatxana yaratmaq və avadanlıq almaq təklifi
ilə dəfələrlə bu kateqoriyadan olan şəxslərlə
görüşlər keçirilib.
Qala-Xiyabanı 28
ünvanda yerləşən binanın qəza vəziy-yətində
olub-olmamasını müayinə etmək üçün
Bakı şəhərin-dən Elmi-Tədqiqat Layihə
İnstitutunun mütəxəssisləri dəvət
olun-muşlar. Bina yaşayış üçün
yararlı hesab olunub.
Lənkəran
karateçilərinin idman zalı üçün tatami və
idman avadanlıqları alınmışdır.
Digah kəndində yeni
inşa edilmiş məktəbə kompüter dəsti hədiyyə
edilib.
8 nəfərin
qohumlarının əfvi ilə əlaqədar ərizəsi
Prezident yanında əfv komissiyasına göndərilib.
Ən nəhayət 1493
ərizəyə, 1645 şifahi müraciətə
baxılıb və 4352 nəfər seçici tərəfindən
qəbul edilib.
- Onların arasında sizə səs verməyənlər
də olub yəqin ki...
- Maraqlı
yanaşmadı. Mənə səs verməyənləri də,
mənə səs verənlər qədər çox istəyirəm.
Hamısı mənim vətəndaşım, ellim, qohumum,
bacı-qardaşımdı. Nə fərqi var ki... Namizəd
olanda deməmişəm ki, mənə səs verməyənlərə
qulluq etməyəcəm. Hər kəsi özümün
seçicim hesab edirəm. Hər kəsə doğma adamım
kimi münasibət göstərirəm və etimad
qazanacağım təqdirdə missiyamı davam etdirəcəyəm.
- Seçici Quliyev Rüfətə niyə səs verməlidi
ki?
- Yaxşı sualdı.
Bizim əməkdaşlar hər evə mənim platformamı
paylayacaqlar. Həyat
kredom budur: Güclü iqtisadiyyat, qüdrətli dövlət,
firavan həyat!
Platformamı bu prinsipdən
çıxış edərək hazırlamışam. Azərbaycan
parlament seçkiləri ərəfəsindədir. 2005-ci ilin
parlament seçkilərindən ötən dövr ərzində
Respublikamız dünyanın demokratik düşərgəsinə
inteqrasiyaya doğru mühüm addımlar atıb və ciddi
uğurlara nail olub. İnanıram ki, növbəti parlament
seçkilərində də xalqımız öz
düzgün seçimini edəcək, möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi
altında ölkəmizin bütün sahələrdə
dinamik inkişaf etməsi, hüquqi əsaslara söykənən
dövlətçiliyimizin daha da qüdrətlənməsi,
Azərbaycanın ərazi bütövlüyünün təmin
olunması istiqamətində görüləcək işlər
üçün möhkəm və sarsılmaz zəmin
yaradacaqdır.
Bundan ötrü
hamımız əsası Ümummilli liderimiz Heydər Əliyevin
dövlətçilik ənənələrinə və
demokratik dəyərlərə sadiqlik nümayiş etdirməli,
hər birimiz bütün qüvvə və
bacarığımızı xalqımızın rifah
halının daha da yaxşılaşması və tərəqqisinə
həsr etməli, Azərbaycanımızın yeni zirvələrə
yüksəlməsinə çalışmalıyıq.
Güclü iqtisadiyyat,
qüdrətli dövlət, firavan həyat və Qarabağ
probleminin həlli - bu, bizim fəaliyyətimizin əsas
amalı olmalıdır.
- Bəs görəcəyiniz işləri konkretləşdirsək?
- Mənə etimad
göstərilərsə, Milli Məclisin deputatı kimi
bütün qüvvə və imkanlarımı
aşağıdakı vəzifələrin layiqincə yerinə
yetirilməsinə səfərbər edəcəyəm:
- Bir iqtisadçı
alim kimi elmi və təcrübi biliklərimi ölkədə
siyasi, iqtisadi, hüquqi islahatların davam etdirilməsinə,
respublikamızın dünya iqtisadi məkanına
inteqrasiyasına, onun beynəlxalq aləmdəki müsbət
imicinin daha da möhkəmlənməsinə sərf etmək;
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2009-2013-cü illər)" reallaşması
istiqamətində görülən işlərin
icrasının Lənkəran rayonunda daha da sürətləndirilməsi
məqsədilə investisiyaların təşviqi sahəsində
təcrübəmdən, iş adamları ilə əlaqələrimdən
istifadə edərək kənd təsərrüfatının,
xüsusilə çayçılığın, tərəvəzçiliyin,
subtropik bitkilər istehsalının inkişafı və yeni
emal sahələrinin yaradılması, buradakı turizm
potensialından istifadə edilməsi üçün beynəlxalq
maliyyə qurumlarının, imkanlı xarici və yerli
şirkətlərin rayona sərmayə qoymasına, nəticədə
istehsal tempinin artmasına və yeni iş yerlərinin
açılmasına nail olmaq;
Yerli istehsalın
inkişafı üçün, sahibkarlara və fermerlərə
uzunmüddətli güzəştli kreditlərin verilməsi
mexanizminin təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyəti
ilə məşğul olmaq istəyənlərə
mikrokreditlər verilməsi üçün Lənkəranda,
respublikamızda və eləcədə dünya miqyasında
tanınmış banklardan olan MSB Lizinq QSC bankın
filialının açılmasını həyata keçirmək;
Rayonda kənd təsərrüfatı
ilə məşğul olan sahibkarların tərəvəz və
bostançılıq məhsullarının Rusiya
bazarlarına çıxarılması üçün
birbaşa Rusiyalı sahibkarlarla əlaqə saxlamasına,
onlarla işgüzar münasibətlər yaratmalarına
köməklik göstərmək;
Nüfuzlu, təcrübəli
hüquq və konsaltinq şirkətlərinin mütəxəssislərini
yerli sahibkarlar üçün biznes-layihələrin
hazırlanmasına cəlb etmək;
Deputat statusundan istifadə
edərək, respublikanın aidiyyəti qurumlarının rəhbərlərinin
diqqətini rayonun sosial infrastrukturundakı (su, kanalizasiya, qaz,
işıq), problemlərin həllinə cəlb etmək;
Çoxuşaqlı ailələrin,
əhalinin aztəminatlı təbəqələrinin,
xüsusilə də müəllimlərin və tibb
işçilərinin, təqaüdçülərin sosial
müdafiəsinin gücləndirilməsinə
çalışmaq;
Qarabağ müharibəsi,
Əfqanıstan və Çernobıl faciəsi şəhidləri
ailələrinin, əlillərinin həyat şəraitinin
yaxşılaşdırılması, onların
sağlamlıqlarının bərpası, dayaq-ortopedik vasitələrlə
təmin olunması sahəsində dövlət
qayğısı ilə yanaşı imkanlı müəssisələrin
və şəxslərin onlara yardım göstərmələrini
təşkil etmək;
Lənkəran Dövlət
Universitetində, rayonun orta və orta ixtisas məktəblərində
oxuyan xüsusi istedadlı gənclərin imkanlı şirkət
və şəxslərin hesabına təhsillərini
Bakının və xarici ölkələrin nüfuzlu təhsil
ocaqlarında davam etdirmələrinə köməklik
göstərmək, Universitetin yuxarı kurs tələbələrindən
əlaçıların seçilərək müxtəlif
xarici şirkətlərdə istehsalat və idarəetmə təcrübəsi
keçməsi və gələcəkdə müvafiq iş
yerləri ilə təmin olunmaları üçün əməli
tədbirlər görmək, kitabxananın zəruri kitab fondu
ilə təmin olunmasına kömək etmək;
Lənkəran Dövlət
Universiteti tələbələrinin təhsil aldıqları
ixtisaslar üzrə biliklərini artırmaq və bu sahədə
dünyada baş verən yeniliklər barədə məlumatlandırmaq
üçün mütəmadi olaraq kurslar və treninqlər
keçirilməsini təşkil etmək;
Lənkəranda
çayçılıq, subtropik bitkilərin yetişdirilməsi
və s. kənd təsərrüfatı sahələri
üzrə yüksək ixtisaslı kadrların
hazırlanması məqsədi ilə rayonda Azərbaycan
Dövlət Aqrar Universitetinin Lənkəran filialının
yaradılması təşəbbüsünü irəli
sürmək və bunun həyata keçirilməsinə nail
olmaq;
73 saylı Lənkəran
seçki dairəsinə daxil olan ərazilərdəki orta məktəblərin
maddi-texniki bazasının
yaxşılaşdırılması məqsədi ilə
onların müasir kompüter və laboratoriya cihazları ilə
təmin olunmasını sürətləndirmək,
bütün orta məktəblərin internet şəbəkəsinə
qoşulması üçün əməli tədbirlər
görmək;
Özümün də
təhsil aldığım 4 saylı humanitar təmayüllü
məktəb-liseyin ötən deputatlıq fəaliyyətim
dövründə olduğu kimi yenə də tədris şəraitinin
yaxşılaşdırılmasına, şagirdlərin
dünya görüşünü və biliklərini
artırmaq üçün onların yeni ədəbiyyat və
əyani vəsaitlərlə təmin edilməsinə, test
imtahanlarından uğurla keçən, Rusiya, Ukrayna və digər
MDB ölkələrinin ali təhsil ocaqlarına daxil olan tələbələrə
hərtərəfli köməklik göstərmək;
Lənkəran Tibb və
Lənkəran Dövlət Humanitar Kolleclərində təhsil
alan tələbələrin bilik səviyyələrinin
artırılması məqsədi ilə Bakıdan dəvət
edilmiş tanınmış alimlərin iştirakı ilə
mühazirələrin oxunmasını, əla qiymətlərlə
təhsil alan bir neçə tələbənin
aparıcı klinikalarda və təhsil oçaqlarında təcrübə
keçməsini təşkil etmək;
Lənkəran Dövlət
Universitetinin və peşə liseylərinin istehsalatla sıx əlaqələrini
yaratmaq məqsədi ilə tələbələrin Lənkəranda
fəaliyyət göstərən respublikanın ən iri,
müasir texnologiyalarla təchiz olunmuş və dünya
standartları səviyyəsində məhsullar istehsal edən
"Gilan" Holdinqin konserv zavoduna və digər şirkətlərin
istehsal sahələrində təcrübə mübadiləsi
keçməsini təşkil etmək;
Rus dilini yaxşı bilən,
bir neçə savadlı mütəxəssisin
(çayçılıq, subtropik bitkilər,
üzümçülük və s.üzrə) Rusiyanın,
Ukraynanın, Belarusun, Moldovanın aparıcı kənd təsərrüfatı
komplekslərinə təcrübə mübadiləsi
üçün ezam olunmasını təşkil etmək;
Rus dilini mükəmməl
bilən, Universitetlərin bakalavr pilləsinin
axırıncı kurslarında oxuyan tələbələrin
və yaxud magistrlərin (aqronomluq ixtisası üzrə)
respublikanın aparıcı şirkətlərinin vəsaiti
hesabına xaricdə təhsil almalarına köməklik
göstərmək;
Musiqi məktəblərində,
mədəniyyət ocaqlarında təhsil alan və işləyən
gənclərə, yeniyetmələrə qayğı, gənc
istedadlara dövlət himayəsinin gücləndirilməsi, yerli
sənətkarlığın, bədii və tətbiqi sənət,
incəsənət növlərinin inkişafı sahəsində
təşəbbüsləri dəstəkləmək;
İdman nailiyyətləri
ilə fərqlənən gənclərin respublika və beynəlxalq
miqyaslı yarışlarda iştirakına, rayonun
özündə də belə yarışların
keçirilməsinə kömək etmək;
Lənkəran şairlərinin,
yazıçılarının və respublikanın
tanınmış ədəbiyyat xadimlərinin ictimaiyyətin
nümayəndələri ilə görüşlərinin təşkilinə,
həmçinin onların yaradıcılıq gecələrinin
keçirilməsinə köməklik göstərmək;
Seçicilərlə
sıx ünsiyyətdə olmaq, qəbullar və
görüşlər keçirmək məqsədilə Lənkəran
şəhərində daimi fəaliyyət göstərən
"Deputat otağı" nın fəaliyyətini davam
etdirmək və daha da təkmilləşdirmək.
Seçicilərin arzu və təkliflərini operativ surətdə
öyrənib, tədbirlər görmək məqsədilə
yenə də orada "Qaynar xətt" telefonunun xidmətindən
istifadə etmək, daxil olan yazılı müraciətlər
üçün binanın girişində xüsusi qutu qoymaq,
mütəmadi olaraq rəy sorğuları keçirmək və
ayda bir dəfədən az olmayaraq seçiciləri qəbul
etmək, yerlərdə görüşlər keçirmək.
Mən öz
potensialıma və bacarığıma güvəndiyim kimi,
seçicilərimin mənə etimad göstərəcəyinə
də inanıram. Məqsədim Milli Məclisin deputatı
kimi seçicilərimi Ali Qanunverici Orqanda yenə də ləyaqətlə
təmsil etmək, qanunların hazırlanması və qəbul
olunmasına, onların yerlərdə həyata keçirilməsinə,
doğma Lənkəranımızın və Azərbaycanımızın
tərəqqisinə çalışmaqdır!
- Bəs şüarınız nədi, seçki
şüarınız?
- Sizin səsiniz - bizim qələbəmizdir!
- Namizəd olduğunuz ərazidə yaşamayan sizə
səs verə bilər?
- Nədi, siz də mənə
səs vermək istəyirsiniz?
- Maraqlı sualdı. Hər görüşün
sonunda seçiciyə bu sualı ünvanlayıb indidən təminat
almaq olar.
- Maraqlı təklifdi.
Biz bu təklifdən yararlanarıq.
Ceyhun Musaoğlu
Ədalət.- 2010.- 22 oktyabr.- S. 5.