"HƏLƏ Kİ, YAZ
ÜMİDİM VAR..."
Qarşımda
nəfis şəkildə təltif edilmiş
və ilk
baxışdan diqqətiçəkən bir
kitab var. Bu kitabın müəllifi Dəmir Çeşməlidi.
Təbii ki, bu imza və imzanın arxasında dayanan sözün sahibi öz qələminə,
öz ürəyinə güvənən,
oxucu ilə danışmağa sözü
olan bir şairdi. Həmin şair təkcə misralarında deyil, həm də dost-tanışla, əhatəsində olan adamlarla söhbətlərində birmənalı olaraq vurğulayır ki, o yalnız
ürəyinin pıçıltılarını, onu
narahat edən
duyğuları kağıza köçürür.
Bu onun üçün
bir növ sözə,
sözü onun qəlbinə salana xidmətdir.
Dəmir Çeşməliyə
görə şairlik son dərəcə ağır və
son dərəcə də məsuliyyətli bir işdi. Onun
yükü altına hər kəs çiynini verə bilməz
və hər yazı yazan, misra qaralayan şair sayıla bilməz.
Sadəcə, ürəyi boşaltmaq, kağız-qələmlə
həmsöhbət olmaq hərdən adamın ürəyindən
gəlib keçir. Ürəkdən gəlib keçənlər
də bəzən sənin xəbərin olmadan şeir
misralarına çevrilir. Elə onun kitabında olduğu
kimi:
Zirvə sənindi, arzu sənindi
A qartal balası, qartal balası
Çəmənlik yad deyil, öz çəmənindi.
A qartal balası,
qartal balası
Və yaxud
da:
Əhdə möhtac oldum, dəyişməz andım.
Özümə güvəndim, yada talandım
Zirvədə qar idi, oda qalandım
Külli-aləm od tutar közümdən mənim.
Dəmir Çeşməli
oxuculara təqdim etdiyi kitabında demək olar ki, son dərəcə
səmimi və isti duyğularını qələmə
alıb və bu misraların arxasında şairlik iddiası
yox, səmimi bir insanın, sözə tapınan bir adamın
obrazını görmək olur. Mən
bu kitabla tanış olanda həmin o səmimiyyətin, o daxili
pıçıltıların bütün mənzərəsini
özüm üçün kəşf edə bildim. Bütünlüklə
anladım ki, böyük iddialarda olmadan ən səmimi fikirləri
söyləmək mümkündür. Necə ki, Dəmir
Çeşməli söyləyir:
Baxışın atəşdi, oddu canımda
Hey yandırıb-yaxar, qınama məni
Əl tutar dərdimə, dərddi qanımda
Dönüb asta baxar, qınama məni.
"Gənclik" nəşriyyatında
işıq üzü görmüş bu kitab Dəmir
Çeşməli sözünə, poeziyasına, səmimiyyətinə
üz tutan hər kəs üçün çox maraqlı
bir hədiyyədir və ən maraqlısı odur ki, müəllif
bu kitabı özünün orta məktəb illərində
dostluq etdiyi, bir sinifdə oxuduğu uşaqlara ithaf edibdi.
Əbülfət Mədətoğlu
Ədalət.- 2010.- 23 oktyabr.- S. 19.