DÜNYA ŞÖHRƏTLİ
ALİM, MAHİR TƏŞKİLATÇI
Məşhur fransız humanist-filosofu Mişel Eykem Monten hələ XVI əsrin ortalarında demişdi: "Əsl alimlər tarlada sümbüllərə bənzəyirlər. Nə gədər ki, sümbül boşdur həvəslə böyüyür və başını qürurla uca tutur; dənlə dolanda və yetişəndə isə itaətkarcasına başını aşağı salır." Məhz bu kimi fikirlər həmin müəllifə dövrünün ən yaxşı əsəri sayılan və bu gün də öz əhəmiyyətini qoruyub saxlayan "Təcrübələr" essesini yazmağa imkan vermişdir.
Əziz oxucu! Siz taxıl tarlasının yanından müxtəlif vaxtlarda keçərkən yəqin ki, Montenin dediyinin əyani şahidi olubsunuz. Doğrudan da, taxıl yenicə sümbül açarkən şax durur, sümbül saralmağa doğru gedəndə isə başını aşağı salır. Gözəl müqayisədir, elə deyilmi? Sümbül bərəkət rəmzidir, bolluq nişanəsidir. Alim özü də bütün kəşflərini insana, insanın rifahına, bəşəriyyətin gələcəyinə ithaf edir.
Alim və elm haqqında cox deyilmiş, cox yazılmışdır. Alimsiz ölkənin elmi inkişaf edə bilməz, xaricdən gələn elmi kəşflərdən isə lazımi səviyyədə bəhrələnə bilməz.
Hardasa oxumuşam: əgər kimsə yalnız hər hansı bir ixtisası bilirsə o, yəqin ki, həmin peşənin də lazımi səviyyəli mütəxəssisi deyildir. Əsil ixtisas sahibləri digər ixtisaslar barəsində də biliyə yiyələnmiş olmalıdırlar. Belə şəxslərdən biri Bakı Dövlət Universitetinin rektoru, akademik, ölkə parlamentinin üzvü, neçə-neçə xarici ölkənin elmlər akademiyalarının üzvü Abel Məhərrəmovdur.
Onun haqqında yazmaq həm asandır, həm də çətin. Asandır ona görə ki, fəaliyyət dairəsi həddindən artıq genişdir, çoxtərəfli, çoxcəhətlidir. Bu istiqamətlərdən birini götürüb yazmaq, ortalığa nəsə çıxarmaq olar. Çətindir ona görə ki, fəaliyyətinin bütün istiqamətlərini qəzet üçün hazırlanan bir yazıda əhatə etmək mümkün deyildir. Ən yaxşı ümumiləşdirmə qabiliyyətinə malik olan jurnalistin qələmi belə bu cür vəzifənin öhdəsindən gəlməkdə yəqin ki, acizdir. Elmin zirvəsində olan alim, ölkəmizdə ən böyük ali məktəbin rəhbəri, mahir siyasətçi - bütün bunların bir insanın simasında birləşməsi asan məsələ deyildir. Bunların arxasında nə qədər böyük zəhmətin durduğunu təsəvvür etmək çox fikirləşməyə lüzum yoxdur...
Nə isə... O, Qarabağın yuxarı hissəsi ilə aşağı hissəsi arasında körpü rolunu oynayan Ağdamda dünyaya göz açdı. Valideynləri onu riyaziyyatçı görmək istəyirdilər. Dünyanın məşhur riyaziyyatçılarından birinin adını da ona qoymuşdular. Hər şeylə maraqlanan, hər şeyi dərindən öyrənməyə çalışan oğlan məktəbdə keçilən bütün fənləri eyni səviyyədə öyrənir, müəllimlərin tapşırıqlarını layiqincə yerinə yetirirdi. Beləcə illər sürətlə gəlib keçir, o, orta məktəbi qurtarmağa hazırlaşırdı. İstədiyi ali məktəbin istənilən fakültəsinə imtahan verib qəbul oluna bilərdi, lakin daha çox maraq göstərdiyi kimyanı seçdi.
Müasir müstəqil ölkədə rəhbər vəzifədə çalışmaq çətindir. Amiranəlik işə yaramır, əlini stola döyüb kiminsə "öhdəsindən gəlmək", kimisə hədələmək ənənələri artıq arxivlərə atılmışdır. Rəhbər indi zəngin təcrübəsinə, səriştəliliyinə, insanlarla işləmək bacarığına arxalanmalı, hər bir əməkdaşın fərdi xüsusiyyətlərinə bələd olmaqla kollektivi idarə etməlidir. İndi biz elə bir dövrdə yaşayırıq ki, insanlar öz hüquqlarını yaxşı bilirlər və vay o gündən ki, kiminsə hüququ işlədiyi kollektivdə pozula. Rəhbər kollektivin sevimlisinə çevrilməyi bacarmalıdır, əlbəttə, öz fədakar, ürəklərə yatan işləri, əməlləri, bütün kollektivin, onun hər bir üzvünün qayğıları ilə yaşaması əsasında.
Bakı Dövlət Universitetində tez tez müxtəlif ixtisas sahibi olmuş və ya olan görkəmli alimlərin yubileylərinə həsr edilmiş tətbirlər keçirilir. Bunlar Azərbaycan elminin inkişafında misilsiz xidmətləri olan riyaziyyatçılar, fiziklər, filosoflar, şərqşunaslar, filoloqlardır. Bu çür tədbirlərin az qala hamısını Abel Məhərrəmov giriş sözü ilə acır. Giriş sözü isə həmişə qısa və lakonikliyi ilə seçilir; məharətlə hazırlanmış məruzə təsiri bağışlayır. Filosof haqqında danışarkən onun filosof olduğunu, fizik barəsində söhbət açarkən fizika elmini dərindən bildiyini zənn edirsən. Bu və ya digər yazıçının yubileyi ilə bağlı giriş sözü onu həmin ədibin yaradıcılığının ən yaxşı tədqiqatçılarından biri kimi tanıdır. Bu, yubilyarlar haqqında məruzə etməli olanların işini həm asanlaşdırır, həm də çətinləşdirir. Belə ki, məruzəçilər hazırladıqları mətnlərə yenidən baxmağa, təkrar olmasın dəyə, bəzi hissələrini ixtisar etməyə məcbur olurlar. Bəzi məruzəçilər isə mətni kənara qoyub Abel müəllimin demədiyi məsələləri toplaşanların nəzərinə çatdırırlar.
Tədbirlərdə onun giriş sözləri dərin məzmunlu mühazirə təsiri bağışlayır, yadda qalan dərsə çevrilir, Vətənimizə, dövlətçiliyimizə dərin məhəbbət hissindən yoğrulmuş mənəvi tərbiyə vasitəsi olur, diqqəti qarşıda duran vəzifələr üzərində cəmləşdirməyə kömək edir.
Onun yüksək təşkilatçılıq bacarığına malik olması universitetin bütün həyatında nəzərə çarpır.
Hər həftənin beşinci günləri qəbulu olur. Buraya ali məktəbin müəllimləri, digər əməkdaşları, tələbələr, onların valideynləri, bir sözlə, universitetlə bağlı hər hansı problemlə üzləşmiş insanlar gəlirlər. Saat 17-də başlayan qəbul bəzən saat 23-dək davam edir. Universitetin müxtəlif qurumlarının rəhbərlərinin, o cümlədən properkorların, fakültə dekanlarının iştirak etdikləri qəbulda rektor gələnlərin hər biri ilə ayrıca söhbət edir, onları narahat edən məsələləri dərindən araşdırır, qayda-qanun çərçivəsində bir çox problemləri yerindəcə həll edir, xüsusi araşdırma tələb edən məsələlər barəsində müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilir, nə qədər yorğun olsa da, şikayətcinin sözlərinə, əsaslandırmalarına qətiyyən biganə qalmır, hər şeyə həssaslıqla yanaşır. Həlli mümkün olmayan problemlərin "sahiblərinə" hər şeyi təmkinlə izah edir, məsələnin gələcəkdə həllinin yollarını göstərir. Maraqlıdır ki, bu qəbullar zamanı işi düzələnlər də, düzəlməyənlər də rektordan razı gedirlər.
Abel müəllim təkcə Azərbaycanda deyil, Müstəqil Dövlətlər Birliyində, xarici ölkələrdə kimya elminin görkəmli simalarından biri kimi tanınır. Onun ixtisası ilə bağlı xarici ölkələrin ən nüfuzlu jurnallarında çap olunmuş məqalələrinin gələcək alimlərin taleyində çox böyük rol oynaması faktı hər bir azərbaycanlıda iftixar hissi oyadır.
BDU təkcə ölkəmizdə deyil, həm də bütün dünyada böyük nüfuz qazanmışdır. Onun məzunlarının səsi-sorağı Müstəqil Dövlətlər Birliyinin müxtəlif guşələrindən, dünyanın bir çox ölkələrindən gəlir. Şübhəsiz, bu faktın özü də ölkəmizin beynəlxalq aləmdə yüksək səviyyədə tanınmasında böyük rol oynamışdır və bu gün də böyük rol oynayır. Ümummilli liderimiz, müstəqil Azərbaycanın memarı, XX əsrin ən görkəmli dövlət və ictimai xadimləri arasında mühüm yer tutan Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olması da böyük iftixar hissi doğurur.
Bu gün dünyanın tanınmış ali məktəbləri arasında özünə layiqli yer tutan BDU yer üzünün aparıcı ali məktəbləri ilə sıx əlaqələr yaratmışdır, onun beynəlxalq əlaqələri daim inkişaf edir. Bu əlaqələrin inkişafında universitetimiz xarici ölkələrin ali məktəbləri ilə ikitərəfli əməkdaşlığa, beynəlxalq təhsil proqramlarında iştiraka, beynəlxalq elm-təhsil qurumları ilə əməkdaşlığa, universitetlərin beynəlxalq assosiasiyalarında təmsil olunmağa, xarici ölkələrin Azərbaycandakı səfirlik və nümayəndəliklər ilə əməkdaşlığa, Azərbaycan dili və ədəbiyyatının xarici öləkələrdə təbliği və yayılmasına xüsusi əhəmiyyət verir. Universitetimizin professor-müəllim heyətinin xarici elmi-tədris ocaqlarında fəaliyyəti, tələbə, magistrant və doktorantların xarici ölkə universitetlərində, əcnəbi vətəndaşların isə Bakı Dövlət Universitetində təhsili məsələlərinə xüsusi diqqət yetirilir.
Bütün deyilənlərdən əsas məqsəd universitetimizin dünyanın elm və təhsil məkanında nüfuzunu artırmaq, ən məşhur universitet assosiasiyalarına qəbul olunmaq və orada mühüm mövqe tutmaq, Avropanın elm və təhsil məkanında gedən inteqrasiya proseslərinə qoşulmaq və bu sahədə səmərəli fəaliyyyət göstərmək, Avropa Birliyinin və dünyanın elm və təhsilə ayırdığı qrantları qazanmaq, müxtəlif beynəlxalq proqramların iştirakçısı olmaq, ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayını artırmaq və həmin tələbələrin təmsil etdikləri ölkələrdə diplomlarımızın tanınması istiqamətində həlledici addımlar atmaqdır.
Ayrı-ayrı görkəmli alimlərin Abel müəllim barəsində ürək sözləri bizi sevindirir. Rusiya Elmlər Akademiyasının akademiki Nikolay Zefirov deyir: "Dünyada tanınmış kəşflərin müəllifi olan Abel Məhərrəmov həm də çox gözəl insandır."
Bizim sevimli xalq şairimiz Bəxtiyar Vahabzadə Abel müəllim barəsində ürək sözlərini belə ifadə edirdi: "Universitetdə həyata keçirdiyi böyük quruculuq işləri, yorulmaq bilmədən çalışması ona hamıya diqqət göstərməyə mane olmur".
Görkəmli şərqşünas alim, akademik Vasim Məmmədəliyev onun ən yaxşı keyfiyyətlərini belə göstərir: "Akademik Abel Məhərrəmov həm məşhur alim, həm mahir pedaqoq, həm də gözəl təşkilatçıdır. Bu üç xüsusiyyətin bir insanda cəmləşməsi özü nadir hadisədir. Qadir Allah ondan hec bir nəcib keyfiyyəti əsirgəməyib".
Bakı Dövlət
Universitetinin və onun rəhbəri Abel Məhərrəmovun
beynəlxalq əlaqələri inkişaf etdikcə xarici alimlər
onun işləri ilə tanış olduqca gözəl fikir
formalaşır. Bu baxımdan Moskva Dövlət Universitetinin
rektoru, akademik Viktor Sadovniçinin dedikləri diqqəti cəlb
edir: "... o öz ölkəsini sevən insandır;
çox müasir rəhbərdir."
Abel Məhərrəmov
bütün çıxışlarında
özününü azərbaycanlı olması ilə fəxr
etdiyini,ölkəmizi ürəkdən sevdiyini, Azərbaycanın
uğurlarını daim artırmağa hazır olduğunu
nümayiş etdirir. Onun "ümummilli lideri olan xalq xoşbəxt
xalqdır" deməsi bütün tədbirlərdə
böyük razılıq hissi ilə qarşılanır, həm
tələbələrimizin, həm də müəllimlərimizin
vətənpərvərlik tərbiyəsində mühüm
rol oynayır.
Abel Məhərrəmov yenilik
hissi ilə yaşayan, daim qurub-yaratmaqla məşğul olan,
elmimizin və təhsilimizin dünya şöhtəri
qazanmasına dəyərli töhfələr verən
ziyalılarımızdandır. Seçicililərin yəqin
ki yadındadır: 2005-ci il seçkilərində Abel müəllim
öz platformasını elan edərkən bir sıra problemlərin
həllinə çalışacağını vəd edirdi.
Bu gün artıq hesabat vermək olar. Təhsil haqqında Azərbaycan
Respublikasının qanunu- bütün ölkədə yolunu
çoxdan gözlədiyimiz qanun qəbul edilmişdir.
İndi bizim dünya standartları ilə ayaqlaşa bilən
təhsil qanununmuz vardır, işləyir. BDU-da Bolonya prosesi
uğurla tətbiq edilir. Elə buradaca hamı
üçün aksiom olan bir məsələni qeyd edtmək
olazımdır. Yenilik özünə həmişə
çətinliklə yer tapır. Bolonya prosesi də bir yenilik
kimi tətbiqi zamanı çətinliklərlə
rastlaşdı. Bununla belə, məhz Abel müəllimin
yüksək təşkilatçılıq məharəti, təhsil
sistemini, xüsusilə xarici ölkələrin təhsil təcrübəsini
dərindən bildiyinə görə Bolonya prosesi
univertsitetimizdə nisbətən ağrısız keçdi.
Dövlət imtahanlarında tələbələrin yüksək
bilik nümayiş etdirmələri bu prosesin nümunəvi
hazırlandığını, test sualları bu və ya digər
fənnin dərindən öyrənilməsi ilə başa
çatdığnı nümayiş etdirdi. Semestr
imtahanlarının da test üsulu ilə aparılması
öz səmərəsini verir.Bütün bunlar həm tələbələrin
, həm də müəllimlərin məsuliyyət hissini
artırır. Məsuliyyət hissi olan yerdə isə həmişə
uğur qazanmaq mümkündür.
Bu gün BDU-da sözün həqiqi
mənasında böyük intizam hökm sürür. Müəllimlər,
fakültələrin dekanları, kafedra müdirləri,
texniki işçilər öz üzərilərinə
düşən vəzifələrini layiqincə yerinə
yetirməyə çalışır, ali məktəbin
nizam- intizam qaydalarına dönmədən riayət edirlər.
İndi xalq kimin kim
olduğunu yaxşı bilir. Xalqı aldatmaq, onu vədlərlə
qidalandırmaq mümkün deyildir. Parlament seçkiləri ərəfəsində
əhali ilə görüşlər zamanı bəzi namizədlər
bol-bol vədlər verir, lakin həmin vədləri işə
çevirmək üçün hansı tədbir görəcəkləri
barəsində bir söz belə deyə bilmirlər. Əslində
onların deməyə sözləri də yoxdur.
Abel müəllim də
seçkilərə qatılmışdır. Özü də
əvvəlki dairədən. Dairənin ərazisində
yaşayan və səs vermək hüququ olan bütün əhali
onun necə bir deputat olduğunu, xalqın istək və
arzularını necə həyata keçirdiyini yaxşı
bilir.Onlar onu da bilirdilər ki, Abel müəllim bu
çağırışda da Milli Məclisə deputat
seçilərsə, problemlər daha tez və daha asan həll
olunar.
Böyük rus
yazıçısı, "lakin"lərin müəllifi
elm haqqında maraqlı fikir söyləmişdir: "Vurma cədvəlinin
vətəni olmadığı kimi, elmin də vətəni
yoxdur". Bəli, elm,elmi kəşf hər hansı ölkədə
yaranır, inkişaf edir, yarandığı ölkənin sərhədlərini
aşaraq digər ölkələrə, bütün
dünyaya yayılır. Məhz buna görə də elmin vətəni
yoxdur deyirlər. Amma alimin vətəni yoxdur deməyə
heç kəsin cəsarəti çatmaz. Abel müəllimin
də elm sahəsində kəşfləri dünyaya
yayılmış, dünyanın mənəvi sərvətinə
çevrilmişdir. Lakin bu kəşflərin müəllifinin
vətəni Azərbaycandır
Abel müəllimə
parlament seçkilərində uğurlar arzulayır, onun Milli
Məclisimizin yenidən layiqli üzvlərindən biri
olacağı günü böyük səbirsizliklə
gözləyirik. Yəqin ki, bu, Abel müəllimin
deputatlığa namizədliyi irəli sürülmüş
dairənin bütün seçicilərinin fikridir.
Həmid VƏLİYEV
Ədalət.- 2010.- 22 oktyabr.- S. 7.