GETSİN

 

Çırpınıb sinənə sığışmayırsa,

Göndər ürəyini o quşla getsin.

Dərdlərin göylərə ağırlıq etsə

Sıxvar buludları yağışla getsin.

 

Dəli dərdlərimdən

dərdin betərmi?

Bir ya hu deməyə səsin yetərmi?

Tanrı dərgahina səs,ün yetərmi?

Göndər duaları baxışla getsin.

 

Getdi o sevdalar,ötdü o anlar,

Of...bundan o yana adi yalanlar.

Mənim tək havalı şair olanlar,

Yoluyla barışıb,yoxuşla getsin

 

Arzum göyərərdi,mən

dən olmadım,

Məni sən yaratdın,

səndən olmadım.

Allah bir ağıllı bəndən olmadım,

Məni mən dəliyə bağışla getsin.

 

***

 

Göy üzü çisəklədi,

Duman məni təklədi.

Ölümüm çiçəklədi,-

Bəlkə ömrümdə yazdı?

 

Dərdim atır məni,

Nağıl de,yatır məni.

Ölümdə batır məni,

Mənə ömür dəyazdı.

 

İnadımı sınadım,

Sınadıqca qınadım.

Sındısa da inadım,

Mənə ölüm azdı

 

 

HARDASAN

 

De görüm indi hardasan,

Qu səsim uçunur sənə.

Yetim yurd yeridi canım,

Nəfəsim uçunur sənə.

 

Hardasan,indi hardasan,

Yerdə, göydə yoxsan axı,

Divanəyəm,dərd əhliyəm,

Neydə, meydə yoxsan axı.

 

Sən hardasan,tapammadım,

Gəzdim bu dünyanı tamam.

Yer üzündə,göy üzündə

Sən varsan,bəlkə mən yoxam?

 

***

 

Kimə layla oxuyum,

Qolum var,qucağiım yox.

Korun tüstümə baxma,

Odum var, ocağım yox.

 

Ürək qəfəsdə quşdu,

Qəfil qəzaya tuşdu.

Könül qurmuşdum,uçdu,

Daha olacağım yox.

 

Sevgilər laldı səndə,

Zəhər baldı səndə.

Ürəyim qaldı səndə,

Oda salacağım yox.

 

 

QALDIM

 

Cığırıydım, çəhlimdə,

Yoluydum, çəndə qaldım.

Arzum sabaha uçdu,

Özüm dünəndə qaldım.

 

Ərimişəm o şamda,

İzi qalıb o camda.

Bu gündə yaşasamda,

Dünən öləndə qaldım.

 

Arı olub bir tütək,

Sinəmdə bağlar pətək.

Yaddan çıxmış namə tək,

Gedib gələndə qaldım

 

Gəldim payi-piyada,

Bu aha bu fəryada.

Deyəsən bu dünyada,

Varıydım,səndə qaldım.

 

 

ÇİÇƏKLƏR

 

Gözümə baxan baxış

Könlümdə salar naxış.

Gecəmə yağan yağış,

Gündüzümdə çiçəklər.

Haqqa aşiq olanlar,

Sevər haqqı salamlar.

Bir izimdə solanlar,

Bir izimdə çiçəklər.

 

Sabahın adı sirrdir,

Bu gün açıldı bir-bir.

Bir üzüm qəbir-qəbir,

Bir üzümdə çiçəklər

 

 

KUSKÜN

 

Bu bahar çiçəklərin,

Güllərin halı küsgün.

Qəm çəkən arıların,

Pətəkdə balı küskün.

 

Lalələrə olmuş,

Gözləri yaşla dolmuş.

Yanaqda alı solmuş,

Buxaqda xalı küskün.

 

O qönçə qıza bax bir,

Gözündə buza bax bir.

Eşq ol könlünə ax gir,

Huşu,xəyalı küskün.

 

Nədir oquş oxuyur,

Dərdi qəmə toxuyur.

Çiçəyi qəm qoxuyur,

Özü havalı,küskün.

 

 

ÖMRÜN ÜÇ ANI

 

Çıxdım qəza qəhrindən,

Qopdum ulduz təhrindən.

Endim göylər şəhrindən,

Binə qurduğum yerə.

 

Məndən ölüb çıxmışam,

Yeri dəlib çıxmışam.

Allah,gəlib çıxmışam,

Səni sorduğum yerə.

 

Ehsanımdan yeyərlər,

Gah öyüb,gah söyərlər

"Məzarıdı" deyərlər

Möhür vurduğum yerə.

 

 

DƏYMƏ

 

Bu talanı taladın,

Barı güllərə ,dəymə.

Dərddən dəli bülbülün

Yarı güllərə, dəymə.

 

Göy budağı əyibsən,

Əyib yerə səribsən.

Alı, ağı dəribsən

Sarı güllərə dəymə.

 

Qönçə açıb şalını,

Lalə düzüb xalını.

Aparıbsan balını,

Arı, güllərə dəymə.

 

Ay talanı talayan,

Məni oda qalayan,

Könlümün olan-qalan

Varı güllərə dəymə.

 

***

 

Şamın canı dar hücrə,

Ruhu başından yanır.

Yaşı donur gözündə,

Gözü yaşından yanır.

 

O şam kimi yanıram.

Sönürəm o şam kimi.

Şamaca oxşayıram,

Bir əkiz qoşam kimi.

 

O şamın canında,

Ruh adlı piltəsi var

O piltənin başında,

Alovdan nəfəsi var...

 

Qaranlıqda yanırdım

İşıqda söndüm,Allah.

İşıqda sönə-sönə

İşığa döndüm, Allah.

 

 

Məmməd DƏMİRÇİOĞLU

 

Ədalət.- 2010.- 23 oktyabr.- S. 20.