SALAM OLSUN HÜNƏRİNƏ
...Salam olsun hünərinə,
Əziz, mübarəkdi
adın...
Qəlbimizdə yurd
uğrunda
Savaş tonqalı
qaladın...
Şah İsmayıl
agah oldu,
Gördü vuran qol o
qoldu...
Ruhuyla qəlbinə
doldu
Koroğlu adlı
ustadın!
Şəhidlik ilahi əta,
Verildi sənə
xoş büta...
İldırımdı əkən
ata,
Oddu səni doğan
qadın...
II
Çək
qılıncı, vur bu başı,
Oyansın Babək
ağrısı.
Babaların ruh
sirdaşı,
Bəxtin mübarək
ağrısı.
Doğra canı kəsim-kəsim,
Kəsən əlin titrəməsin,
Dili gödək eləməsin
Bir tikə çörək
ağrısı.
Dərd içində karıxsan
da,
Dörd yandan
yağı sıxsa da,
Adamın canı
çıxsa da
Vuruşa gərək
ağrısı...
III
Qarabağ mövzusu
çörək ağacı,
Hamının əlində
qələm görürəm.
Bu qəmi etiraf eləmək
acı,
Baş yox, çiyinlərdə
kələm
görürəm.
Bu kəndir quyuda
haçan
doğranıb?
Bu sirri ağardan,
açan
doğranıb.
Erməni
döşündən qaçan oğlanı
Bakının
üstünə gələn görürəm.
IV
Bu xəcillik bizi yaman
bizləyirdi,
Çeviribən
dizim-dizim dizləyirdi.
Hərb meydanı ərən
yolu
gözləyirdi –
Hünərinlə bu
meydana
"Salam!" dedin.
Şahə qalxdı
inam atın,
möhkəm durdun,
Yağıları od
qarsıdı,
şimşək vurdu.
Salamladı hünərini
Oğuz yurdu,
Türk dünyası
bir ağızdan
"Balam!" dedi.
Hərəkətə gəldi
o gün
damarda qan,
Həmin gündən bu
milləti
bir yumruq san!
Türk ruhuna sahib
çıxan
hər bir insane
Gərək sənin qisasını
alam, - dedi.
V
Mən bilirəm qəlbin
nədən
qübarlıydı,
Mən bilirəm
içindəki
hikkə nəydi...
Arxasının dil verəni
olmasaydı
Ermənilər dil
açmağa
nə karəydi?!
Dovşan kimi
qaçasıydı
"kiş" deməmiş,
Nə karəydi
Qarabağa
mənim desin.
Sən bilirdin sipər
olmaq
gərəkdi ki,
Ayaq tutan bu yalanlar
yeriməsin.
Əzəl gündən
haqq olubdu
yolu türkün,
Haqq uğrunda
bükülməyib
qolu türkün,
Sənin kimi oğullarla
ulu Türkün
Qisasını uca
Tanrım görk eləsin!
Sərvaz Hüseynoğlu
Ədalət.- 2010.- 23 oktyabr.- S. 21.