Səkkiz milyondan
çox ağac
2009-cu ilin payızı və
2010-cu ilin yazında Respublika
ərazisində 8,2 milyon ədəd
müxtəlif ağac və kol bitkisi əkilmişdir ki, bunlardan 7161 min ədədi Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının əməkdaşları
tərəfindən əlavə vəsait xərclənmədən,
Nazirliyin daxili
imkanları hesabına həyata keçirilib.
O cümlədən,
1005 min ədəd ağac və kol bitkisi Bakı şəhəri
və ətraf ərazilərdə, 6156 min ədəd ağac
və kol bitkisi isə Respublikanın regionlarında əkilib.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin mütəxəssisləri tərəfindən
Bakı və Bakı ətrafı ərazilərdə yeni əkin
mövsümünün əvvəlində, qızmar yay
aylarından əkinlərin necə çıxması ilə
əlaqədar bitiş vəziyyəti
araşdırılmış və bu il havaların həddindən
artıq isti və quraq keçməsinə baxmayaraq, orta
hesabla 73 faizdən artıq bitişin alınması müəyyən
edilmişdir. Qeyd edək ki, bu da Abşeron yarımadası və
arid ərazilər üçün yüksək bitiş hesab
olunur. Suvarma sistemlərinin quraşdırıldığı
ərazilərdə isə bitiş 90-95 faizə
çatır.
Hazırda Nazirliyin
mütəxəssisləri tərəfindən ölkənin
kənd rayonlarındakı ərazilərdə əkinlərin
vəziyyətinin araşdırılması davam etdirilir.
Bundan başqa Rayon
İcra Hakimiyyətləri, müxtəlif Nazirliklər və
digər təşkilatlar tərəfindən isə
ümumilikdə, 1066,6 min ədəd ağac və kol bitkisi əkilmişdir
ki, bundan 535,8 min ədədi Bakı şəhəri və ətraf
ərazilərin, 530,8 min ədədi isə Respublikanın
regionlarının payına düşür.
Eyni zamanda bildiririk ki,
respublikanın müvafiq Nazirlik və təşkilatları (Nəqliyyat
Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti,
Meliorasiya və Su Təsərrüfatı ASC-nin
yaşıllaşdırma idarərələri və s.) tərəfindən
də "Ekologiya ili" ilə əlaqədar büdcə vəsaiti
hesabına yaşıllıqlar salınmışdır. Həmin
yaşıllıqların salınması barədə müfəssəl
məlumatı qeyd olunan Nazirlik, təşkilat və Rayon
İcra Hakimiyyətlərindən almaq olar.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən salınmış
yaşıllıqlarda mövcud vəziyyət barədə məlumatlar
silsilə şəklində ictimaiyyətə
çatdırılacaq.
Elmira
Ədalət.- 2010.- 27 oktyabr.- S. 7.