SUNAMİ - DƏHŞƏTLİ
TƏBİƏT HADİSƏSİ
İnsan
yarandığı kaynazoy erasının
antropogendövründən(təxminən 1,8 mln
il bundan əvvəl)
bugünə kimi bir
parçası və ayrılmaztəbii komponenti
olduğu təbiətlə dəfələrlə
qarşı-qarşıya gəlmiş və
onunşıltaqlıqları qarşısında daim çarəsiz qalmışdır. Yer kürəsinin özünə məxsus təbii
quruluşu var. Bu təbii quruluşun əsasını
coğrafi təbəqə təşkil edir. Coğrafi təbəqədə müşahidə olunan qanunauyğunluqlar
(maddələr dövranı, ritmlik,
zonallıq, sektorluq, bütövlük)
bəzən insan nəsli tərəfindən
dəyişilməyə başlanınca çox
böyük qorxulu
hadisələrin meydana gəlməsinə
səbəb olmuşdur. Elə bunun nəticəsidir ki, canlı insan
övladı bəzən cansız təbiət hadisələri
qarşısında boyun əymiş və
öz təfəkküründə onlara fövqəltəbii qüvvələr isnad etmiş, bu fövqəltəbii qüvvələrə
inanmağa başlamışdır.
Məlsələn Hind və Qanq çayları kimi.
Yer kürəsində
qlobal miqyasda daha təhlükəli təbiət hadisələrinə
-Ozon qatının deşilməsi, fəlakətli sel hadisəsi,
zəlzələlər, vulkanlar, atmosferdə ozon
qatının deşilməsi və son vaxtlar bütün
dünyanı dəhşətə gətirən Tornado və
Sunami hadisələri. Bu qorxunc fəlakətli hadisələrdən
Sunami üzərində dayanaq və görək Sunami nədir,
Yer kürəsinin hansı hissələrində
müşahidə olunur?
Sunami (yaponca) - əsasən,
güclü sualtı zəlzələ, qismən vulkanik
püskürmə nəticəsində okean səthində
yaranan nəhəng dalğalardır.
Yayılma sürəti
50-1000 km/saat təşkil etməkdədir.
Hündürlüyü
açıq okeanda 2-3 m, sahil yaxınlığında 10-50 m
və daha çoxdur. Sunami qurunun içərilərinə
soxularaq böyük dağıntılara səbəb olur.
Əsasən Sakit okeanda
müşahidə olunur. Sunami ilə əlaqədar 1000-dən
çox hadisə məlumdur. Bu baş vermiş hadisələrdən
100 dənəsi (məsələn, Yaponiya sahilləri
yaxınlığında (1933), Kamçatkada , Kuril
adalarında (1952) və digər ərazilərdə
(Çili, Peru) faciəsi ilə nəticələnmişdir.
40-50 -ci illərdə ABŞ, Yaponiya və Rusiya Sunami
yaxınlaşmasını xəbər verən xüsusi
stansiyalar şəbəkəsi yaratmışdır. Lakin
bütün bu görülən hadisələrə
qarşı tədbirlərə baxmayaraq , bir də 2005-ci ildə
Cənub-Şərqi və Şərqi Asiyada baş vermiş
sunami hadisəsi yenə də insanın təbiət faciələri
qarşısındakı acizliyini ortaya qoydu.
Elnur
Ədalət.- 2010.- 27 oktyabr.- S. 7.