KÖNLÜM
Nədən
sənə bağlı oldum?
Məni, məndən
alan könlüm.
Sevib qəlbi
dağlı oldum,
Hey xəyala
dalan könlüm.
Arzu dönüb istək
olur,
Üzdə həya ismət olur.
Qəlb incisə,
göz də dolur,
Hey xəyala dalan
könlüm.
Qiyafə tək kəsir biçir,
Hərəyə bir tale seçir.
Gün dolanır
zaman keçir,
Hey xəyala
dalan könlüm.
Hər ağrıya
döz deyirsən,
Əllərini üz deyirsən.
Necə deyim, düz deyirsən? –
Hey xəyala
dalan könlüm.
GÖZƏL ŞƏKİ
Tarixində ürək
açan,
Anların var, gözəl Şəki.
Yazda çiçəkdir
dağların,
Qışında qar, gözəl Şəki.
Arxanı sıxıb
dağlara,
Düşmənə vurmusan yara.
Səs-sorağın gedib hara,
Qışı-yayı gözəl Şəki.
Yurdum, səndən
doymaq olmur,
Mərdlərin çox saymaq olmur.
Şəki gözdən
doymaq olmur,
Qışı-yayı gözəl Şəki.
Şah damarındır
"Kiş" çayı,
Soyuq bulağın yox tayı.
Qismətində dərdlik
payı,
Qışı-yayı gözəl Şəki.
Keçmişindir "Xan
sarayı",
Çinarların varmı sayı?
Dünyaya çatıb
harayı
Qışı-yayı gözəl Şəki.
"Marxal" üstə
"xan yaylağın".
Tacıdır uca dağların.
Gözəldir bütün çağların.
Qışı-yayı gözəl Şəki.
Yurdun həzin
bucağısan,
Bəstəkarlar qacağısan.
Emin Sabit ocağısan.
Qışı-yayı gözəl Şəki.
Sənə doğru
gedən yolda,
Zəyzid sağda, Göynük solda.
Kədər itib qoalır yolda,
Qışı-yayı gözəl Şəki.
Əyri çay
sənin boynunda,
Nələr yetişir qoynunda.
Dərbənd dağın
o tayında,
Qışı-yayı gözəl Şəki.
Təbiətin çox
füsünkar,
Hər diyardan qonağın var.
Bir cənnətin
doğma diyar,
Qışı-yayı gözəl Şəki.
Sahib KƏRİMOĞLU
Ədalət.- 2010.- 27 oktyabr.- S. 6.