NƏDƏN BİLİM
Bu dünyanın öz sözü var,
Gecəsi var,
gündüzü var,
Xoş üzü var, sər
üzü var,
Nə vaxt dönər,
nədən bilim?!
O hakimdir, hökmü qəti,
Yenilməzdir cəsarəti,
Nə dərdi var, nə
möhnəti ,
Varsa əgər, nədən
bilim?!
Öz atını
çapar gedər,
Köç etdirər, qatar
gedər,
Neçə
ömrü satar gedən,
Nə vaxt gülər,
nədən bilim?!
Gah bal verər dərdtək
acı,
Gah köz üstə
yanar sacı,
Gah başına qoyar
tacı,
Qan eyləyər, nədən
bilim?
Demə gəldi-gedərdi
o
Bir fanidi, hədərdi
,
Bir taledi-qədərdi
o,
Nə vaxt gülər,
nədən bilim?!
Var quranı-bir
ustası,
Qabsız, susuz qurar
tası,
Bir şənliyə
salar yası,
Qurban dilər, nədən
bilim?!
YAMAN DARIXIRAM
Yaman darıxıram bu
gün, nədənsə,
Arayır hər yerdə
gözlərim səni.
Qəlbim həsrət
qalıb bir incə səsə,
Ovutmaz bir qeyri incə səs
məni.
Yaman darıxıram sənsizliyindən,
Elə bil, qəlbinə
od düşüb, gülüm.
Gözlərim
önündə olmayanda sən,
Haray çəkmək
üçün odlanır dilim.
Bəzən oynayıram
bir uşaq kimi,
Sənin dadlı,
şirin xəyallarınla.
Eşqindən
alışıb yanan qəlbimi,
Çəkirəm
sınağa coşan varımla.
Baxır gözlərimə
gözlərin bir an,
Nəyisə axtarır,
bilmirəm düzü.
Süsüz lal
baxışlar, süzür durmadan,
Ömrümə gətirir
xoşbəxt gündüzü.
Nələr var o sirli
baxışlarında,
Sancılır qəlbimə,
oxmudur, nədir?!
Ömrüm
çiçəklənən ilk baharında
Bəlkə bir
çiçəkdir, ərşə yüksəlir.
Yoruldum, oynayıb xəyallarla
mən,
Gəl daha, hicrana
qalmayıb dözüm.
Ayrılıq
acısı qopur sinəmdən,
Qəhər boğur məni,
dolubdur gözüm.
Tez gəl, dözmür
ürək, sənsizəm yaman,
Sıxır
varlığımı bu dəhşətli qəm.
Sanki hücum çəkir
üstümə hicran,
Düşüncəm
kütləşir, korlaşır qələm.
Yaman darıxıram sənsizliyindən,
Elə bil, qəlbinə
od düşüb, gülüm.
Gözlərim
önündə olmayanda sən,
Haray çəkmək
üçün odlanır dilim.
Əfrahim ABBAS
Ədalət.- 2010.- 27 oktyabr.- S. 6.