Bakıda Beynəlxalq Caz
Festivalı davam edir
II Beynəlxalq Caz Festivalı çərçivəsində
Heydər Əliyev Sarayında yaponiyalı pianoçu Keiko Matsuinin konserti olub. XX əsrin 80-ci illərinin ortalarından başlayaraq
məşhurlaşan K.Matsui
əsasən caz-pop və fyujn üslubunda
ifaçı kimi tanınır. O, Şərqin
musiqi mədəniyyətinə
sədaqətini qoruyub
saxlamış, orijinal
bəstəkar özünəməxsus
vokalçı kimi uğur qazanıb. Gecədə
yaponiyalı sənətçinin
caz kompozisiyaları böyük maraqla qarşılanıb.
Keikonun daimi konsert qrupuna
tanınmış saksafonçu
Mişel Gegan, basist Mel Broun və ənənəvi yapon fleytaçısı Kazu
Matsui daxildir. Qeyri-adi ifa tərzi
ona özünəməxsus
vokalçı kimi də uğur qazandırıb. 2000-ci ildən başlayaraq dünya caz müsabiqələrində və
festivallarında uğurla
çıxış edən
Keikonun kompazisiyaları
Yaponiya və Amerikada lirik mahnılar kimi, digərləri kinofilmlərə
etüdlər kimi səslənir. Tənqidçilərin ümumi fikrinə görə, XXI əsrdə
Keikonun yaradıcılığı
yeni musiqi kateqoriyaları ilə daha yaxşı uzlaşır.
Ədalət.- 2010.- 30 oktyabr.- S. 24.