Rejissor-insan
Uşaqlıq illəri,
yayın isti günlərində ailəlikcə
"Zuğulba" sanatoriyasında dincələrdik. Axşamlar uzun növbəyə
dayanaraq, çətinliklə bilet alıb açıq kinoteatrda,
müxtəlif filmlərə tamaşa edərdik.
Hər dəfə filmlərin sonunda, gedən
titrlərdə rejissor sözünü
oxuyanda fikrə gedirdim.
İçimdə
cavabsiz suallar yaranardı. Görəsən rejissor filmdə nə
işlə məşğul olur? Bir gün cəsarət edib
uşaq sadəlövlüyü ilə atama həmin sualı
verdim. Atam isə cavabında dedi: "Rejissor olmasa film
yaranmaz!" Bu sözlər indiyə kimi mənim hafizəmdədir.Çox
sonralar , işimlə əlaqədar olaraq ayrı-ayrı
rejissorlarla təmasda olurdum.Onların quruluş verdiyi filmlər
haqqında mətbuatda məqalələrlə
çıxış edirdim.
Təxminən 5 ilin
söhbətidir.Bir gün iş yoldaşım,
tanınmış alim Elçin Əlibəyli böyük səxavətlə
məni rejissor Rüfət Əsədovla tanış
etdi.Çox keçmədi ki, isti munasibətlərimiz
yarandı.Mən ona ürəkdən bağlandım. Bir yerdə duz-
çörək kəsdik.
Ümumiyyətlə,
rejissorların üstünlüyü ondadır ki,onlar həyatı
biz insanlardan daha yaxşı görə bilirlər. Rüfət
Əsədov o rejissorlardandır ki, onun sənətkar qəlbi,
həmisə axtarışlara, düşüncələrə
qərq olur. Nəcib duyğular, incə hislər,xeyirxah əməllər,
əsl rejissor-insan ömrü yaşayır Rüfət Əsədov.Bir
müddət əvvəl dostumuz Əliağanın ad
günündə söhbət edərkən təsadüfən
məlum oldu ki,bu yaxınlarda Rüfət Əsədovun 50
yaşı tamam olur. Məndə söz verdim ki, onun yarım əsirlik
yubileyi münasibəti ilə mətbuatda ürək sözlərimi
yazım.
Rüfət Əsədov
30 avqust 1960-cı ildə qədim Naxçıvan
torpağının nüfuzlu şəxslərindən biri, dəyərli
təhsil xadimi,Nadir kisinin ailəsində dunyaya gəlib.Tale
yollari onu 17 yasinda Sankt-Peterburq şəhəri ilə
bağlayır. Burada Texniki Universitetdə təhsil alır.
Daha sonra "Lenfilm" in nəzdində fəaliyyət
göstərən Kinoməktəbdə rejissorluğun sirlərini
öyrənib Amerikalı prodüser O.Harençarın rəhbərliyi
ilə "Sənədli Filimlər İstehsalı
"kurslarında və "Promatheus production"
(San-Fransisko,Kaliforniya ştatı,ABŞ) kinostudiyasında
stajirofka kecib.
Onun ilk sənət
işi 1998-ci ildə qurluşçu rejissor oldugu "Vahimə"
qısametrajlı bədii filmi olub. Film böyük uğur
qazanıb.Belə ki,"Fransanın Lorken şəhərində
keçirilən kinofestifalda "Xüsusi mükafat",
"Bakı səhər icra hakimiyyətinin",
"Humay", və "Qızıl çıraq" Milli
kino mükafatlarına layiq görülüb. Həmçinin
Parisdə keçirilən "Psixoanaliz və psixoloji
münasibətlər" mövzusuna aid Beynəlxalq
Simpoziumda göstərilib.Rejissorun quruluşu ilə 2004-ci ildə
çəkilən "Arxada qalmış gələcək"
bədii filmi isə müxtəlif festvallarda
tamaşaçı rəğbətini qazanıb. Aktau, Kazan,
İstanbul şəhərlərində və Rusiyada
keşirilən Azərbaycan mədəniyyət günlərində
iştirak edib, mükafatlar qazanıb.
Rüfət Əsədovun
gördüyü işlərin siyahısı ilə
tanış olarkən düzü mən gözlərimə
inanmadım. Ürəkdən dostum ücün qürur hissi
keçirdim. Bir rejissorun bu qədər sənət
yanğısı ilə təkrarsız işlər görməsinə
sadəcə olaraq heyrətlənməmək mümkün
deyil. Bütün yaradıcılıq dövründə
irili-xırdalı 50-dən çox işə ekran həlli
verib Rüfət Əsədov. Bu faktlar onu göstərir ki,50
yaşlı rejissor hələ bundan sonra da bizi təcübləndirməkdə
davam edəcək.Rüfət Əsədovun rejissoru olduğu
sənədli filimlər, kliplər, çəkdiyi reklamlar,
qısametrajlı filimlər onun sənətkar ürəyinin
çırpıntılarından xəbər verir. Bu mənada
görkəmli şərqşunas alim Aida xanım
İmanquliyevanın unudulmaz xatirəsinə həsr etdiyi
"Mələyin uçuşu", Xalq artisti Qədir
Rüstəmovun həyat və yaradıcılıgından bəhs
edən "Qeyibdən gələn səs" sənədli
filimləri və ölməz xalq şairimiz Məmməd
Arazın sözlərinə çəkdiyi "Yəqin
dağlar küsüb məndən" klipi Azərbaycan mədəniyyətinin
səhifələrinə daxil olub.
Bir də mən iki məqama
görə Rüfət müəllimə olmazın hörmət
bəsləyirəm.Birinci məqam atamın söz
dünyasına böyük qayğı göstərməsidir.
Xalq şairinin "İnana bilmirəm" və
"Sağlığında qiymət verin insanlara"
şeirlərinə çəkdiyi sənədli televiziya və
qısametrajlı filimlərdə (Mən də həmin filimlərin
yaranmasında iştirak etmişəm, M.C.) onun həyatı
ilə bağlı incə detallara toxunub. Şair barəsində
tamaşacılırı yeni məqamlarla tanış edib.
Onun redaktoru olduğum"Sərhəd müstəqillikdir"
30 dəqiqəlik sənədli filiminə görə bir yerdə
Dövlət Sərhəd Xidmətinin mükafatına layiq
görülmüşük.
İkinci məqam isə
daha kövrək, daha kədərli anlarla
bağlıdır.Böyük qardaşım Mirzəni
vaxtsız itirəndə "Xatirən qalacaq" şerini qələmə
aldım.Bu yaxınlarda dünyasını dəyişmiş,
təkrarsız bəstəkarımız, Xalq artisti Oqtay
Kazımi həmin sözlərə eyni adlı mahnı bəstələdi.
Mahnıya qulaq asdıqdan sonra Rüfət Əsədov təmənnasız
olaraq tezliklə klip çəkəçəyini israrla
bildirdi. Beləliklə, Mirzənin vəfatının
40-cı günündə, sədaqətli insan,əməkdar
artist, İlqar Muradovun ifasında mahnı klip şəklində
ekranlarda göstərildi. Təxminən 3 ildən sonra dostum
da böyük qardaşı Hüsaməddini itirdi.İndi
ikimizdə həyatda qardaş itkisini çiyinlərimizdə
daşıyıriq. Bax budur həyatın qəribə təzadları.
Bu qəribə təzadlarla dolu həyatda nə yaxşı
ki, Rüfət Əsədov kimi şəxsiyyətlər var.
Deməli hələ dünya yaxşı insanlardan xali deyil.
50 yaşın mübarək
olsun, rejissor-insan, Rüfət Əsədov.
Müşfiq Cabiroğlu
Ədalət.- 2010.- 4 sentyabr.- S. 13.