EKOLOGİYA ANLAYIŞI
Canlıların ətraf mühit amilləri ilə
qarşılıqlı əlaqəsini öyrənən elm
ekologiya adlanır
Təbiətdə olan bütün
canlılar ətraf mühitlə daim əlaqədədir. Ətraf
mühit dedikdə canlıları əhatə
edən hər şey başa düşülür. İşıq,
istilik, hava, su, torpaq ətraf
mühit amilləridir.
Ətraf mühit amillərindən hər biri canlıların həyatında böyük rol oynayır.
Əgər onların
hər hansı birində çatışmazlıq
olarsa, canlı yaşaya bilməz.
Bu amillərdən ən başlıcası işıqdır. İşıq
olmasa, heç bir bitki böyüyə
bilməz. Ağaclar və otlar Günəşdən yerə
gələn işığın
təsiri ilə böyüyür. Əgəe
biz istədiyimiz bir bitkini uzun
müddət otaqda saxlasaq, oməhv olar. İşıq həm də canlılara ətrafı görməkdə və qida tapmaqda kömək
edir.
İşıq kimi, istilik də
çox vacib amildir. Hər bir canlı
müəyyən istilik
şəraitində yaşayır.
Timsahlar,
zürafələr bizim
yerlərdə ona görə yaşamırlar
ki, bura onlar üçün çox soyuqdur. Ağ ayılar üçün
isə Azərbaycan çox istidir. Ona görə bizim ölkədə orta şəraitli havanı sevən heyvanlar - ceyran, qonur ayı,
dağkeçisi və
s yaşayır.
İstilik də işıq
kimi bitkilərin boy atmasına və heyvanların həyat tərzinə
təsir edir. Məsələn, yazda havalar istiləşdiyi
üçün ağaclar
yarpaqlayır, otlar cücərir, bir çox heyvanlar qış yuxusundan ayılır. Payızda isə əksər
bitkilərin inkişafı
dayanır, bəzi heyvanlar qış yuxusuna gedir.
Ətraf mühit amillərindən
biri də sudur. Hər bir bitki və heyvanın yaşaması üçün
mütləq su olmalıdır. Az da olsa
su olmayan yerdə heç bir canlı yaşaya bilməz. Uzun müddət su görməyən bitkilər
susuzluqdan tələf
olurlar. Hətta susuzluğa çox
dözümlü olan
səhra bitkikəri də susuz yaşaya
bilmirlər.
Təbiətdə olan bütün
canlılar - bitkilər, heyvanlar, həşəratlar nəfəs
alır. Bitkilər havada olan karbon
qazını işıqla
birlikdə udaraq əvəzində havaya oksigen buraxırlar. Bildiyiniz kimi,
bu, fotosintez adlanır. Heyvanlar isə bitkilərin
havaya buraxdıqları
oksigeni udur. Canlılar işıq, istilik və su olmadan
bir müddət yaşaya bilər. Havasız isə heç yaşamaq olmaz.
İşıq, istilik,
su, hava ilə yanaşı, torpaq və relyef də ətraf
mühit amilləridir. Torpaq bitkilərin böyüməsi
üçün əsas
qida mənbəyidir. Ərazinin relyefi
isə hava şəraitinə təsir
edir. Hündür dağlara qalxdıqca
havanın temperaturu azalır. Buna görə hündür dağlarda soyuğadavamlı
bitki və heyvanlar yaşarır.
Yuxarıda sadaladığımız amillər
cansız amillərdir. Lakin ətraf
mühitin canlı amilləri də var. Bu, təbiətdəki canlıların
bir - birinə etdiyi təsirdir. Heyvanlar iki qrupa - yırtıcı
və otyeyən heyvanlara bölünür.
Bildiyiniz
kimi, otyeyən heyvanlar bitkilərlə qidalanır. Dəvə,
dovşan , at, inək, ceyran və s otyeyən heyvanlardır. Yırtıcı heyvanlar - canavar,
şir, pələng,
tülkü isə otyeyən heyvanlarla qıdalanır. Məsələn, canavar ceyranı, tülkü isə quşları yeyir. Ona görə də bu canlılar arasında daimi əlaqə mövcuddur.
Əgər bitkilər olmasa,
otyeyən heyvanlar aclıqdan ölər.
Beləliklə, hər bir canlı
ətraf mühitlə
sıx əlaqədədir. Əgər bu
əlaqə pozularsa həmin canlı gec - tez məhv
olmalıdır.
Canlıların
ətraf mühit amilləri ilə qarşılıqlı
əlaqəsini öyrənən elm ekologiya adlanır. Ətraf mühit amillərinə bəzən ekoloji amillər də deyilir.
BUNLAR MARAQLIDIR
Qarışqalar özlərini günün
qabağında qızdırıb, sonra yuvalarına gedir. Bu yolla onlar həm özlərini, həm də yuvalarını qızdırır. Buna görə də qarışqa yuvaları həmişə
isti olur.
İnsan və heyvanları ancaq dişi ağcaqanadlar sancır,
erkək ağcaqanadlar isə bitki şirələri ilə qidalanır.
Ağcaqanad sizi sancan zaman onu öldürməyin. Əgər
öldürsəniz, ağcaqanadın zəhərli iynəsi
qırılıb bədəninizdə qalacaq və onun
ağrısı uzun müddət davam edəcək.
Ağcaqanadların kamfora iyindən xoşu gəlmir. Buna
görə də evi ağcaqanaddan təmizləməyin
ən yaxşı yolu kamforanı qızdırıb
buxarlandırmaqdır.
Qurbağa 4 metrdən çox tullanır və tullanan
zaman gözlərini yumur.
Qurbağalar quruda dəriləri, suyun altında
isə ciyərləri ilə nəfəs alır.
Uzun müddət yağış yağmayanda
qurbağaların səsi
dəyişir.
Səhra kərtənkələlərinin
dərisində xırda tikanlar olur.
Buqələmun öz rəngini tez - tez dəyişir. Əgər ətraf
yaşıldırsa, o yaşıl
rəngə düşür.
Torpağın üstündə isə torpaq rəngli olur. Bununla o, düşmənlərindən
qorunur.
Buqələmunun yumurtaları zəhərlidir.
Zürafənin bir addımının uzunluğu 8
metrdir.
Soxulcanlar suda 140 gün ac qala bilir.
Şir qocalan zaman cavan şirlər
onu yeməklə təmin edir. Cavan şirlər ova gedərkən
qoca şiri də özləri ilə aparırlar. Qoca şir oturub
istirahət edir, cavan şirlər isə ov edirlər.
o Şirin ən çox xoşladığı heyvan
dəvə, zürafə və meymun ətidir. Onlar sarımsaq iyini xoşlamır və sarımsaq yemiş adama heç vaxt hücum etmir.
Elnur Musayev
Ədalət.- 2010.- 14 sentyabr.- S. 4.