İSLAM VƏ ƏTRAF MÜHİT

 

1.Ağacların, meşələrin yaşıllıqların qorunması

 

1.1.Quranda ağac

 

Ətraf mühiti qorumağın ən mühüm mövzularından biri də, heç şübhəsiz, ağacların, meşələrin, yaşıl sahələrin və bu cür yerlərdə yaşayan hər cür canlı növünün mühafizə edilməsidir. Bu sahələrin qorunması ilə bağlı həm əxlaqi, həm də hüquqi prinsiplər diqqətimizi çəkməkdədir.

Qurana nəzər saldığımız zaman orada "ağac" sözünün müxtəlif şəkillərdə işləndiyi görünür. Quranda birbaşa verilən "ağac əkin" deyə əmr yoxdur. Bununla bərabər ağac, bağ bağçalardan o qədər çox axıcı bir üslubda bəhs olunur ki, hər bir diqqətli Quran oxucusunda buna maraq yaranır. "Ağac" sözünə Quranda 26 dəfə rastlanır, bağ bağça mənasındakı cənnət sözü isə 146 dəfə işlənir. "Sizə göydən su göndərən Odur. Hər növ bitki bitirdik Biz bu su ilə. Hər bitkidən bir yaşıl çıxardıq, hər yaşıldan bir-birinin üstünə minmiş dənələr. Bir-birinə bənzəyən bənzəməyən meyvələri - xurma ağaclarının düyümlərindən sallanan salxımlar, üzüm bağları, zeytun nar yetişdirdik. Bar verib yetişən zaman nəzər salın hər birinin meyvəsinə. Bunlarda, şübhəsiz, iman gətirənlər üçün çoxlu-çoxlu dəlil var" (Ənam 99).

"Bolluca yağış tökdük, bitkilərlə dəlik-dəlik elədik yer üzünü. Bitirdik orada dənli bitkiləri, üzümlükləri, yoncalıqları, zeytun, xurma bağlarını, sıx ağaclı bağ-bağatı, növbənöv meyvələri, otları. Sizin dolanmağınız üçündür, mal-qaranız üçündür bunların hamısı (Abəsə 25-32)

"Və bu suyla sizdən ötrü əkin yerləri, zeytunluqlar, xurmalıqlar, üzümlüklər və hər cür meyvə ağacları yetirər O. Bunlarda, şübhəsiz, ayələr var düşünən kəslər üçün" (Nəxl 11).

Yenə də digər bir yerdə Quran təbiətdəki müvazinətə diqqət çəkərək ictimai həyatda da müvazinətə, haqq və hüquqa diqqət etməyimizin zəruri olduğu nəticəsini çıxarmaqdadır. Yəni haqq, hüquq qarşılıqlı müvazinət saxlamaq uyğunlaşmaq məcburiyyətində olduğumuz bəşəri qaydalardandır. "Bir hesaba görədir günəşlə ayın doğmaq anı, atmaq anı. Ulduzlar, ağaclar baş əyər Ona. Ucaya qaldırmış göyü. Hər şey üçün var eləmiş tərəzini-mizanı. Həddinizi aşmayın, hər şeydə gözləyin tərəzini-mizanı. Hər şeyi insafla çəkin, əskik çəkməkdən çəkinin, gözləyin tərəzini-mizanı" (Rəhman 5-9).

İslami anlayışın Allahın yaratdığı və öz varlığının ayələri kimi bildirdiyi ekoloci müvazinətləri, təbiətdəki nizam, intizam və qayda-qanunları pozan, təxrib edən bir xəlifəlik sistemini təsdiq etmədiyi aydındır. Birinci xəlifə həzrət Əbubəkrin Mite müharibəsinə yolladığı əsgərə verdiyi xüsusilə aşağıdakı məqam izim mövzumuz üçün diqqət çəkəndir: "Xurma və digər meyvə ağaclarını, qoyun, keçi və başqa heyvanları yemək xaricində başqa bir məqsədlə kəsməyin, tələf etməyin".

İnsan Allahın yer üzündə xəlifəsidir. "Xəlifə" vəkil deməkdir. Allah insan üçün yer üzündə məsuliyyət qoyub. Yer üzündəki müvazinət ona tapşırılıb, əmanətə xəyanət edə bilməz.

 

2. Heyvanların qorunması

 

Ətraf mühitlə əlaqədar olan mühüm bir mövzu da ev heyvanlarına yaxşı münasibət və onları qorumaq məsələsidir. aha doğrusu, şəfqət və mərhəmətimizi onlara da şamil etməkdir. Günümüzdə artıq bir sıra heyvanların kökü kəsilməkdədir. Bəzi heyvanlar isə küçələrdə ac-yalavac dolanmaqdadır. Bunlar bizim islami dəyərlərə laqeydliyimizdən irəli gəlir. Çünki islam təkcə insan-insan, insan-cəmiyyət əlaqələrini deyil, insan-ətraf mühit əlaqələrinə aid olan əsas dəyərləri müəyyənləşdirib.

 

2.1. Quranda heyvanlar

 

Qurana baxdığımız zaman ekoloci sistemin mühüm üzvlərindən biri olan heyvanlara verilən əhəmiyyət həmən fərq edilir. ranın bəzi surələrinin də müxtəlif heyvan adları ilə adlandırılıması müşahidə edilir: Baqara (inək), Nəhl (bal arısı), Ənkəbut (hörümçək), Nəml (qarışqa). Quranın heyvanlarla bağlı digər diqqət çəkici cəhəti heyvanların da ümmət olduğunu bildirməsidir. "Yerdə qaçan heyvanlar, göydə qanad çalıb uçan quşlar da sizlər kimi canlıların icmalarıdır. Kitabda heç bir şeyin üstündən Biz ötməmişik. Sonra onlar da dönər Rəblərinin dərgahına" (Ənam 38).

Quran bununla birlikdə heyvanları Yaradıcının sənətindəki məharəti və üstünlüyü ifadə edən bir sənət əsəri kimi də təqdim etməkdədir: "Heyvanlarda da ibrətamiz şeylər vardır sizin üçün. Qarınlarından, mə"də-bağırsaqdakılarla qan arasından çıxardığımız xalis süd [yə"ni nə yarımçıq həzm edilən qida, nə də qan iyi, tamı verən maye] içənlərin boğazından asan keçən südü içirdirik sizə" (Nəhl 66).

"Bir baxıb görələr dəvə necə yaranmış, görələr göy necə ucaldılmış, görələr dağlar necə yerə dikilmiş, görələr yer necə döşənmiş. Andırsana bunları insanlara, inandırmaqdır sənin borcun onları" (Ğaşiyə 17-21).

 

3. İslam tarixindən bəzi nümunələr

 

Qərb səyyahlarının müsəlmanların təbiətlə və canlılarla bir sülh şəraitində yaşamaları ilə əlaqədar aşağıdakı təsbitləri diqqət çəkicidir. 17-ci əsrdə Osmanlı ölkəsini gəzmiş olan fransız vəkil Quer xəstələnən pişiklər itlər üçün Şamda bir xəstəxananın olduğunu söyləmişdir. Şamdakı heyvan vəqfləri ilə bağlı prof. Sibai isə aşağıdakı məlumatları verir: "Əski vəqf ənənəsində xəstə heyvanların müalicə edilməsi otarılması üçün yerlər vardı. Yaşıl Mera bir zamanlar qabiliyyətini itirdiyindən sahibləri tərəfindən baxılmayan heyvanların otarılması üçün bir sahə idi. Bu heyvanlar ölüncəyə qədər orada otarılırdı. Şam vəqfləri arasında heyvanların yeyib yatdığı gəzindiyi yerlər vardı. Belə ki, hər gün yeyəcəklərini tapmaqda heç bir çətinlik çəkməyən yüzlərlə pişik buranın inventarı vəziyyətində idi.Quşların müsəlmanların həyatında ayrı yeri var. Quşlara olan sevgi müxtəlif şəkildə meydana çıxıb. Quş haqlarını qorumaq, onlara yeyəcək təmin etmək, müalicələri üçün xəstəxana tikmək, bəzi növlərini əhliləşdirib qəfəsdə saxlamaq, bəzilərini isə qəfəsdən azad etmək kimi. Məşhur fransız şairi Lamartinin qeydləri: "Müsəlmanlar canlı cansız məxluqatın hamısı ilə yaxşı keçinirlər. Ağaclara, quşlara, itlərə, bir sözlə, Allahın yaratdığı hər şeyə hörmət edirlər. Bütün küçələrdə məhəllə itləri üçün müəyyən vaxtlarda qablarda su qoyulur. Bəzi müsəlmanlar ömürləri boyu bəslədikləri göyərçinlər üçün ölməmişdən əvvəl vəqflər quraraq özlərindən sonra da bu heyvanlara yem səpilməsini təmin edirlər".

 

4. Dünyanın qaynaqlarını israf etməmək

 

İslamın ətraf mühitlə bağlı bir prinsipi də israfçılığı yasaqlamasıdır. Quranda "Şübhəsiz, Biz hər şeyi bir ölçüyə görə yaratmışıq" buyrulur. Bu ölçünü nəzərə almaq onu pozmamaq insanların vəzifələri sırasındadır. Ekologiya elmi göstərir ki, kainat çox həssas ekoloci sistemlərə malikdir. Ona görə müsəlman bu təbii müvazinəti poza ya onun pozulmasına tamaşaçı ola bilməz.

 

 

ELNUR

 

Ədalət.- 2010.- 16 sentyabr.- S. 4.