SU EHTİYATLARININ HÜQUQi
İDARƏÇİLİK VƏ MÜHAFİZƏ ASPEKTLƏRİ
Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan
Respublikasının Qanunvericiliyi
1991-ci ildə müstəqillik
əldə ediləndən sonra, Azərbaycanda ictimaiyyətin
cəlb olunması ilə ətraf mühitin sağlamlaşdırılmasında
ciddi addımlar atılmışdır. Rəhbər sənədlər,
qəbul olunmuş qanunlar və ölkənin qoşulduğu
beynəlxalq konvensiyalardır. 1995-ci il Azərbaycan
Respublikası (AR) Konstitusiyası, AR 1999-cu il "Ətraf
Mühitin Mühafizəsi haqqında" Qanun və ətraf
mühitə aid bir sıra başqa qanunlar ətraf mühitin
mühafizəsi sahəsində qərar qəbul edilməsində
ictimaiyyətin effektiv iştirakını təmin edir.
Ölkədə su siyasəti,
birinci növbədə su qanunvericiliyi, xüsusilə ölkənin
Su Kodeksi, həmçinin Milli planlar, dövlət Proqramları
və fəaliyyət Planları vasitəsilə həyata
keçirilir.
2003-cü ildə (18
fevral) Azərbaycan Respublikası hökuməti tərəfindən
Ekoloji Kontekstdə Davamlı Sosial-iqtisadi Inkişafın Milli
Proqramı qəbul edilmişdir. Proqramın bir
bölümü, bütövlüklə su siyasəti məsələlərinə
həsr olunub. Milli Proqrama əsasən 2010-cu ilədək
ölkənin hər bir sakininin təmiz və keyfiyyətli
suya çıxışı olmalıdır.
Proqrama əsasən, su
ehtiyatlarının səmərəli istifadə üzrə
xüsusi proqramın yaradılması, su ehtiyatlarının səmərəli
istifadəsinə həvəsləndirmə, içməli su
keyfiyyətinin standartlara uyğun
yaxşılaşdırılması, ekosistemlərin fəaliyyətini
idarə edən qanunların təkmilləşdirilməsi,
transsərhəd çayların çirklənmədən
qorunması və suyun səmərəli istifadəsinə
onların hövzəsində yerləşən dövlətlərin
cəlb olunması nəzərdə tutulur. Bu məqsədlə,
regional və beynəlxalq səviyyədə fəal dialoqlar
aparılır.
Təəssüf ki,
ölkənin keçid dövrü ilə əlaqədar
maliyyə çətinlikləri səbəbindən, sadalanan
tədbirlərin çoxunu hal-hazırda keçirmək
mümkün deyil. Məhz bu səbəbdən, donor-ölkələrin
və beynəlxalq maliyyə institutların köməyi
vacibdir.
2004-cü ilin yanvar
ayında Prezident tərəfindən Azərbaycan
Respublikasında hidrometeorologiyanın inkişafı üzrə
proqram qəbul olunmuşdur (2004-2010 il). Proqramda, ölkənin
hidrometeoroloji xidmətinin keyfiyyətinin
yaxşılaşdırılmasına yönəlmiş bir
sıra məsələlərin yerinə yetirilməsi,
hidrometeorologiya və su sektoru sahəsində beynəlxalq
konvensiyalardan irəli gələn öhdəliklərin yerinə
yetirilməsi, su ehtiyatlarının optimal idarəçiliyi və
onların dəqiq qiymətləndirilməsi, ölkənin su
ehtiyatlarının effektiv istifadəsi üzrə layihələrin
hidrometeoroloji təminatı, əhalinin hidrometeoroloji təminatının
yaxşılaşdırılması, hidrometeoroloji məlumat
mühitinin genişləndirilməsi və s. işlər nəzərdə
tutulub.
Yuxarıda qeyd edilənlərdən
başqa, ölkədə, onun sosial-iqtisadi inkişafı
üzrə bir neçə dövlət proqramları həyata
keçirilir: 2003-2005-ci illərdə yoxsulluğun
azaldılması və ölkənin iqtisadi inkişafı
üzrə Dövlət Proqramı (20 fevral, 2003-cü il), Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
üzrə Dövlət Proqramı - 2004-2008-ci illər (11
fevral, 2004-cü il), 2000-2005-ci illərdə Azərbaycanda
turizmin inkişafı üzrə Dövlət Proqramı (27
avqust, 2002-ci il). Bütün bu proqramlarda xüsusi yer, su sahəsi
məsələlərinə ayrılmışdır.
Ölkənin dövlət
su siyasətinin məqsədi, hər kəsin tələblərini
yerinə yetirərək, onun təhlükəsiz və tamdəyərli
yaşayış mühitinin təmin edilməsidir. Bu zaman nə
başqa dövlətlərin, nə də gələcək nəsillərin
tamdəyərli ətraf mühitə olan hüquqları
pozulmamalıdır.
Aşağıda verilənlərin
yerinə yetirilməsi vacib hesab edilir:
- əhalinin
bütün təbəqələrinin gigiyenik tələblər
dairəsində təhlükəsiz içməli suya
çıxışı;
- iqtisadiyyatın tələbləri
və ekoloji tamdəyərli su ehtiyatlarının istehsal
imkanlarının tarazlaşdırılması;
- indiki və gələcək
nəsillərin ekoloji tamdəyərli su ehtiyatları
potensialından istifadə etmək hüququnun realizə
olunması;
Qeyd olunan məqsədlərə
nailolma, sudan dayanıqlı istifadə termini ilə müəyyən
edilir - su siyasətinin strateji məqsədi.
Hazırkı vəziyyətin
müsbət beynəlxalq təcrübə analizi dövlət
su siyasətinin əsas prinsiplərini müəyyənləşdirir:
- su təsərrüfat
fəaliyyətinin hövzə planlaşdırılması və
ərazi inzibatçılığı;
- su obyektlərinə zərərli
təsirlərin daimi və planlı aşağı
salınması və suyun qorunması;
- iqtisadiyyatın su
sektorunun öz-özünü maliyyələşdirməsinə
mərhələlərlə keçid;
- açıqlıq, qərarların
hazırlanması və qəbul edilməsi prosesinə cəmiyyətin
geniş cəlb olunması.
Su ehtiyatlarının səmərəli
istifadəsi sahəsində problemlərin həlli
üçün bir sıra vacib tədbirlər
görülür. Azərbaycanda adambaşına düşən
suyun kəskin çatışmazlığını nəzərə
alaraq, birinci növbədə istifadə olunan suyun hesaba
alınması ciddi surətdə qaydaya salınmalıdır.
Şəhər ərazisində su kəməri sisteminə su
itkisinin azaldılması üzrə proqramın daxil edilməsi,
prioritet məsələ hesab olunur.
Ölkədə su
ehtiyatlarının səmərəli istifadəsi sahəsində
vacib məsələlər siyahısında su obyektləri və
içməli su keyfiyyətinə nəzarətin həyata
keçirilməsi üçün ciddi sanitar mühafizə,
bütün standartların beynəlxalq normalara uyğun
olması və dövlət milli standart sistemin
yaradılması durur. Su keyfiyyətinin qorunması və su
ehtiyatlarının idarə olunması üzrə tədbirlər,
ölkənin iqtisadi kompleksinin bütün sahələri
strategiyasına daxil edilməlidir.
Orta və uzunmüddətli
qaydada su ehtiyatları, Kür çayı boyunca şəhər
kanalizasiya qurğularının tikililərə və axım
sularının təmizlənməsi üzrə sənaye
sistemlərinə kapital qoyma vasitəsilə
qorunmalıdırlar.
Bazar iqtisadiyyatı
şəraitində ölkədə su sektoru problemləri həllinin
tezləşdirilməsi, bu sektorun idarə olunmasında
operativliyin təmin olunması, su sahəsi məsələləri
üzrə qanunvericilik və beynəlxalq konvensiyaların
yerinə yetirilməsi, beynəlxalq və dövlətlərarası
əməkdaşlıq məqsədilə su məsələləri
üzrə Dövlət komissiyasının yaradılması
vacibdir.
Ölkənin başqa
qanunlarında da, su ehtiyatlarının qorunması problemlərinin
həllinə əhalinin cəlb olunmasının vacibliyi qeyd
edilir. AR Konstitusiyasının 39-cu maddəsində
yazılmışdır ki, "hər kəsin sağlam ətraf
mühit şəraitində yaşamağa haqqı var" və
"hər kəsin ətraf mühitin həqiqi vəziyyəti
haqqında məlumat toplamağa və ekoloji qanun pozuntusu nəticəsidə
onun sağlamlığına və mülkiyyətinə vurulmuş
ziyanın əvəzini almaq haqqı var".
Bundan başqa, ölkə
Konstitusiyasının maddələri, cəmiyyətin məlumatın
alınması və yayılmasında, ətraf mühit
problemlərinə dair qərarların qəbul edilməsində
fəal iştirak etməyinə geniş imkan və azadlıq
verir. Maddələrdən bir neçəsi aşağıda
verilmişdir:
Maddə 41.
Sağlamlığın qorunması hüququ.
Maddə 49.
Toplantılarda iştirak etmək hüququ.
Maddə 50. Məlumat
azadlığı.
Maddə 57. Müraciət
etmək hüququ.
Maddə 58. Birləşmək
hüququ.
Maddə 68. Vurulan
ziyanın ödənilməsinin tələb edilməsi
hüququ.
Maddə 71. Insan və vətəndaşın
hüquq və azadlığının qorunması.
Maddə 78. Ətraf
mühitin mühafizəsi (qeyd olunur ki, "Ətraf
mühitin mühafizəsi hər bir şəxsin
borcudur").
Azərbaycan
Respublikasının "Təbiətin mühafizəsi və
təbiətdən istifadə haqqında" Qanunu 1999-cu ildə
yeni - "Ətraf mühitin mühafizəsi haqqında"
Qanun ilə əvəz edilmişdir. Bu Qanun, ölkədə
həyata keçirilən reformların tələblərinə
və Azərbaycanın qoşulduğu konvensiyalara daha
uyğun gəlir.
Yeni Qanunda deyildiyi kimi:
"Hazırkı Qanun ətraf mühitin mühafizəsinin
hüquqi, iqtisadi və sosial əsaslarını müəyyənləşdirir.
Qanunun məqsədi, ətraf mühitin ekoloji
tarazlığının mühafizəsi sahəsində
ekoloji təhlükəsizliyin təmin olunması, təbii
ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətlərin
zərərli təsirinin qarşısının
alınması, vacib qərarların qəbul edilməsində
cəmiyyətin konkret rolunun göstərilməsi ilə
bioloji müxtəliflik və təbiətdən istifadənin
səmərəli təşkilinin qorunmasıdır. Qanun, ətraf
mühitin keyfiyyətinin yaxşılaşdırılması,
su ehtiyatlarının səmərəli istifadəsi və bərpa
edilməsi, ətraf mühitin mühafizəsi sahəsində
qanuniliyin və hüquqi qaydaların möhkəmləndirilməsi
məqsədilə cəmiyyətin və təbiətin
qarşılıqlı əlaqəsini idarə edir". Ətraf
mühitin mühafizəsi sahəsində ictimai birliklərin
hüquqlarına daxildir:
- Öz ictimai
proqramlarının işlənməsi və propaqandası, ətraf
mühitin mühafizəsində vətəndaşların
hüquq və maraqlarının müdafiəsi, onların bu
iş fəaliyyətinə cəlb olunması;
- Ətraf mühitin
mühafizəsində ictimai nəzarətin həyata
keçirilməsi;
- Ətraf mühitin vəziyyəti
və onun bərpa edilməsi tədbirlərinə dair
dövlət orqanlarından və təşkilatlardan
vaxtlı-vaxtında, tam və dəqiq məlumatın
alınması;
- Qanunvericilik tərəfindən
baxılan ətraf mühitin mühafizəsi sahəsindəki
müqaviləyə əsasən müəyyən işlərin
görülməsi üzrə dövlət orqanları və
beynəlxalq təşkilatlar ilə əməkdaşlıq
- Ətraf mühitin
mühafizəsi sahəsində qanun layihəsi müzakirəsində
iştirak; - Müvəqqəti və daimi yerləşdirmənin,
tikintinin, yenidən tikilmə, həmçinin ətraf
mühit və insan sağlamlığına mənfi təsir
göstərən zərərverici müəssisələrin
məhdudlaşdırılmasını administrativ və məhkəmə
qaydada tələb etmək;
- Günahkar təşkilatların,
vəzifəli şəxslərin və vətəndaşların
məsuliyyətə cəlb olunması haqqında iş
qaldırılması;
- Ətraf mühitin
mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində
vətəndaşların sağlamlığına və
mülkiyyətinə dəyən ziyanın ödənilməsi
haqqında məhkəmə işinin qaldırılması;
Ictimai birliklərin
öhdəlikləri, öz fəaliyyətlərinin ətraf mühitin
mühafizəsi və ictimai birliklər haqqında qanunlara
uyğun hayata keçirməsindən ibarətdir.
Azərbaycan
Respublikası tərəfindən təsdiq edilmiş
müvafiq Beynəlxalq Konvensiyalar
"Ətraf mühitin
mühafizəsi haqqında" Qanunun 82-ci Maddəsində
qeyd olunduğu kimi, Azərbaycan Respublikasının
qoşulduğu beynəlxalq müqavilə normalarının təyin
edilməsi zamanı, beynəlxalq müqavilələrin
qaydalarından istifadə edirlir.
Azərbaycan
Respublikası tərəfindən təsdiq edilən, ətraf
mühitlə əlaqəsi olan bəzi Beynəlxalq Konvensiyalar
aşağıda göstərilir:
- Getdikcə yox olan vəhşi
fauna və flora növlərinin beynəlxalq alveri haqqında
Konvensiya, Vaşinqton, (CıTES) (1997);
- Səhralaşmaya
qarşı mübarizə Konvensiyası (1998);
- Dənizlərin
çirklənməsinin qarşısının
alınması Konvensiyası (Marpol Konvensiyası) (1998);
- Transsərhəd
kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi
Konvensiyası (1999); - Məlumat almaq hüququ, qərar qəbul
edilməsi prosesində ictimaiyyətin iştirakı və ətraf
mühitə aid məsələlər üzrə ədalət
məhkəməsinə çıxışı (1999);
- Biomüxtəliflik
haqqında Konvensiya (2000);
- Transsərhəd su
axarlarının və beynəlxalq göllərin mühafizəsi
və istifadəsi haqqında Konvensiya (1999);
- Vəhşi fauna və
floranın və onların Avropada məskəninin təbii
mühiti haqqında Konvensiya (2000);
- Ətraf mühitin vəziyyəti
haqqında məlumatın ictimaiyyətə
mümkünlüyü həmçinin "Informasiya
azadlığı haqqında", "Vətəndaşların
müraciətlərinin baxılması qaydaları
haqqında" AR Qanunları vasitəsilə təmin olunur.
Dördüncü nazirlər
Konfransında "Avropa üçün ətraf
mühit" prosesi çərçivəsində 1998-ci il
23-25 iyun Orxusda qəbul olunmuş "Məlumat
alınmasının mümkünlüyü, ətraf
mühitə dair məsələlər üzrə qərar qəbul
edilməsində və ədalət məhkəməsinin
mümkünlüyü prosesində ictimaiyyətin
iştirakı" Konvensiyasına, 1999-cu ildə Azərbaycanın
qatılmağı ekoloji problemlərin həllində əhalinin
fəallığının artması üçün daha
bir addım hesab olunur.
Transsərhəd
kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi
(Oslo, 18-20 may, 1998-ci il) haqqında Birləmiş Millətlər
Təşkilatının Avropa Iqtisadi Komissiya Konvensiyası
(BMT AIK), transsərhəd kontekstdə ətraf mühitə təsirin
qiymətləndirilməsində ictimaiyyətin
iştirakına xüsusi diqqət ayırır. Bu zaman qəbul
edilmiş qərarların keyfiyyətinin
qaldırılması, planlaşdırılmış fəaliyyət
haqqında ictimaiyyət üçün geniş müzakirə
imkanları yaradılması, transsərhəd təsirə
malik qəbul edilmiş qərarların mənfi qlobal və
regional ekoloji nəticələrinin azaldılması və s.
nəzərdə tutulur.
Azərbaycan
Respublikasının bu konvensiyaya qatılmağı, ictimaiyyətin
cəlb olunması ilə transsərhəd kontekstdə bir
çox ekoloji problemlərin həllində vacib rol
oynamalıdır.
Azərbaycan tərəfindən
təsdiq edilmiş "Transsərhəd su axarları və
beynəlxalq göllərin mühafizəsi və istifadəsi
haqqında" Konvensiyası Kür çayı hövzəsi
ölkələrinin, ondan birgə istifadə və
axımının çirklənməsinin
qarşısının alınmasında beynəlxalq əməkdaşlığın
həyata keçirilməsinə kömək edəcəkdir.
ELNARƏ
Ədalət.- 2010.- 16 sentyabr.- S. 4.