ONLARIN DÜNƏNİ:
ŞUŞA VƏ ONUN BAŞ MEMARI TOFİQ ZEYNALOV
MEMAR HAQQINDA PRİTÇA - 1
Nə qədər
inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu
günümüz ONLARIN DÜNƏNİNdən
başlayıb.Onlar : sənətimizin və ədəbiyyatımızın
dünəni.
Dünən onlar kim idi,hardaydılar
və nələr yaşayırdılar?
Yeni ədəbi nəsl
üçün ibratamiz və bir qədər də kədərli
olan O DÜNƏN və O DÜNƏNİN insanlarının
keçdiyi yol, bu gün üçün son dərəcə
kərəkli və daha qabarıq görünməkdədi.
Bu gün proektimizin
davamı olaraq tapdaqlar altında qalan ŞUŞA və onun
baş memarı Tofiq Zeynalovun DÜNƏNKİ
KİMLİYİNDƏN söz açmaq istərdik.
Eynən bu rubrikada daha
kimlər olacaq. İzləməyə dəyər.
Bakı İncəsənət
İnstitutunun müəllimi, tanınmış rejissor NƏSİR
SADIQZADƏ dedi ki, Şuşanın bir baş memarı
vardı...Onun yaratdığı əsərlərə,
gördüyü işlərə və sifarişlə
Bakıdan memar, rəssam çağırıb
gördürdüyü işlərə bu şəhərin
hər küçəsində, hər tinində rast gəlmək
olar. Bilmək olmurdu memar idi, rəssam idi, şair idi, yoxsa nəydi?
Memar idi-fəhlə
kimi...
Fəhlə idi-memar
kimi...
Bu dağlardan, bu
qayalardan, parça-parça daşlar gətirib yonardı,
düzəldərdi. O kimsəsiz, lal, daşa
dönmüş qaya parçalarına can verərdi.
Susdu. Və sonra əlavə
etdi: "ÖZ-ÖZÜNƏ ELƏDİ" - dedi.
Bunu artıq mənə
demirdi. Sadəcə olaraq, gözləri yol çəkdi və
sözlər dodaqlarından qeyri-ixtiyarı
çıxdı...
Bakıdan Şuşaya
istirahətə gedən və əslən şuşalı
olan jurnalist Vasif Quliyev dedi ki, neçə illərdi mən
tanıyıram onu, bilmirəm, şairdi, rəssamdı, yoxsa
memardı, arxitektordu, nədi. Mən hələ də onu kəşf
edə bilməmişəm... Hələ üstəlik
musiqiçiliyi də var. Heyf "özü-özünə
elədi..."
"Öz-özünə
elədi"... Bu ifadələri mən çox eşitdim. Şuşada hər on adamdan biri belə deyirdi. Deyirdilər və onlar bu sözün mahiyyətinə varırdılar,
varmırdılar, bax,
bu sözləri deyənlərin də öz əsasları, öz dayaq nöqtələri
vardı. Ancaq onu da bilirdim
ki, həmin əsas, həmin dayaq nöqtəsi mənə heç nə demirdi...
Onlar deyirdilər...
Ancaq mənə
elə gəldi ki, tam müasir bir adam,
bir yaradıcı kimi memar Tofiq
Zeynalov çox ayıq adamdı. Ayıqdır ona görə ki, onu
... Evlərinin
darvazasındakı gözəl bir əl işini göstərir,
tələsik də soruşur: "Nədi bu?"
Mən cavab verməyə
tələsmirəm.
"Bilmirmən, onda mən
sənlə nə danışım?" - deyir.
Ancaq Tofiq unudur ki, elə
bir neçə saat qabaq ona demişdim: mən memar deyiləm.
Sən də jurnalist deyilsən. Biz dil tapmalıyıq. Bir həqiqət
var ki, heç şübhəsiz, neçə illərdi,
memarlıq haqqında məqalələrin içindəyəm,
deməli, xəbərim var.
Çox qəribəydi
ki, lap əvvəldən söhbətimiz alınmadı. Mən,
görünür, həmişə olduğu kimi yenə də
bir qədər sadəlövhcəsinə hərəkət
eləmişdim. Bir neçə saatlıq
tanışlıqdan sonra, rus jurnalisti İnna Rudenkonun
çox sevdiyim oçerklərindən birindən misal gətirdim
və bu misaldan sonra üstəlik də əlavə elədim:
mənim işim belədi. Mən, bax, sizin kimi sənət
vurğunu, sənət fədaisi, əsl ziyalı olan və
işdən qovulan bir memar haqqında yazmağa daha çox
can atıram.
Tofiq tutuldu. Və tez də
əlavə etdi: "Məni işdən
çıxarmayıblar. Mən özüm
çıxmışam".
Mən ifadəmi
yumşaltmaq istədim. O güman ki, məni xilas eləmək
üçün tez söhbəti dəyişdi. Və
üstündən bir neçə saat keçəndən
sonra evlərində oturub həyat yoldaşı Tünzalə
xanım və oğlu Bəbirlə birgə
çaldıqları Üzeyir Hacıbəyovun "Sənsiz"
romansına qulaq asa-asa sənədlərə baxıb
qurtarandan sonra yenə də həmin sözün üstünə
qayıtdı: "Əgər bilmək istəyirsənsə
niyə mən işdən çıxmışam. Səbəbini
deyim. Qulaq as, bir təmsil oxuyum sənə ( biz artıq bu
cür müraciət eləməyə keçmişdik).
Tofiq həmin təmsili
aramla oxuyur, mən qulaq asıram. Əlbəttə, Tofiq
peşəkar şair deyil. Və heç vaxt bu iddiada da
olmayıb. Ancaq indicə söylədiyi və Şuşada
yerli qəzetdə çap olunan həmin təmsilin onun
taleyində bu qədər kəskin rol
oynadığını bilsəydi, bəlkə də həmin
xalq əfsanəsi əsasında yazdığı şeiri
üzə çıxarmazdı.
Tofiq bütün bunları
söyləyir. Gözlərim yol çəkir. Və nədənsə
Mikayıl Müşfiq yadıma düşür. Hüseyn
Cavidi xatırlayıram. Beynimdə Rəsul Rzanın
"Qızıl gül olmayaydı" poemasının sətirləri
səslənir. İnanın, bəlkə də bu anım, bu
assosiasiya tamamilə yerində deyil. Ola bilər. Ancaq ona da
inanın ki, bu belədi. Mənim həmin andakı əhval-ruhiyyəm
ilə tuş gəlirdi.
Tofiq Zeynalov memardı.
Memardı! İstəyirsiniz memar sözünü mənim
indicə yazdığım kimi iri hərflərlə yazaq,
qara hərflərlə yazaq, petitlə yığaq. Fərqi
yoxdu. Memardı, vəssalam. Özü də mübariz memar
olub. Olub deyirəm ona görə ki, indi həmin mübariz
memardan mülayim, sözə baxan, ancaq hardasa yenə də
barışmaz bir hissiyyatı olan sənətkar qalıb.
Tofiq Zeynalov deyəndə
ki, Şuşa mənim gəncliyimdir, onun gözləri həmişə
yol çəkir. O çox gənc başlayıb işə.
Özü də elə başlayıb ki, sanki
ömrünün hardasa qırılacağından qorxub elə
bil. Çox işləyib. Çox rəhbərliklə dil
tapıb. Az güzəştə gedib. Çətinə
düşüb. Mübarizə eləyib. Sənət
haqqında fikirlərini müdafiə eləmək ona bir
vaxtlar ləzzət eləyib. Ləzzət eləyib ona görə
ki, ona başa düşüblər. O dediyini sübut eləyib.
Sübut eləmək üçün onu dinləyiblər,
dinləməyi bacarıblar. Bəlkə cavan idi? Bəlkə
hələ subay idi? Bəlkə çox gözəl bilirdi
ki, dünyanın Karbüzyesi var, Əcəmisi olub, Nəvvabı
olub. Bəlkə də Tofiqin də könlündən onlardan
biri olmaq keçirmiş? Bəlkə də... Ancaq o bilirdi ki,
onlar olublar. Və bu gün cəmisi qırx beş
yaşı olan Tofiqin "Şuşa mənim gəncliyimdir"
deyən Tofiq Zeynalov iyirmi beş-otuz yaşlarında gözəgəlimli
memarlıq abidələri, sənət nümunələri
olan bir şəhərdə memarlıq abidələri
yaratmağa can atıb. Məhz belə bir şəhərin
memarı olmaq onun könlündən keçib.
Şuşa Xaçmaz
deyil! Qusar deyil! Mingəçevir deyil!
Memar Tofiq Zeynalovla Şuşanı gəzdiyimiz günlərdə
(burda məqsəd bu memarın özünün işləriylə
Tofiq çevrilib mənim
üzümə baxdı. Mən göz vurdum ki, öz fikirlərini
desin. Hər şey onda gözəldi ki, səmimi olur, təbii
olur. Heç bir qələm-dəftər, heç bir rəsmiyyət
olmur. Bu söhbətin də gözəlliyi onda idi ki, əlbəttə,
şəxsən mənim üçün, Bəxtiyar müəllimin
sualları ürəyimdən idi. Və bu sualları əlimdən
alırdı.
"Şuşada
Şuşalıq qalmayıb, Tofiq! Səhər tezdən
gözümü açan kimi Şuşanı dəyişik
salıram. İstanbulda bir neçə vaxt qalıb Bakıya
qayıdan və hələ bir neçə gün İstanbulun
tikililərini imarətlərini yuxuda görən bir adam kimi
burada Şuşada gözlərimi açıb
Sumqayıtın, Mingəçevirin binalarını
xatırladan beşmərtəbəli tikililər görürəm.
Ya da Şuşanın hər yerindən bax o kilsəni
görürsən. Məni bir memar kimi başa düş, mən
nə bu beşmərtəbələrin əleyhinəyəm,
nə də kilsənin. Niyə siz görə bilmirsiniz ki, bu
iki şey qədim Şuşanı alıb ayağının
altına. Səndən bir şey soruşdum, Şuşada
neçə məscid var? Deməli, əsas üç məscid.
Deyə bilərsənmi həmin məscidin bərpası
üçün nə qədər vəsait ayrılıb?
Demək müqayisədə çox az. Niyə? Bunun səbəbini
sən daha yaxşı bilirsən. Ancaq bizə də
aydındı bəzi şeylər.
(Davam edəcək)
Tofiq Abdin
Ədalət.- 2010.- 18 sentyabr.- S. 15.