Yeraltı şirin
suların axtarışı və kəşfiyyatı
Hazırda
ölkə hüdudlarında içməli, müalicəvi və
termal su
axtarışları davam etdirilir.
Respublika ərazisində yerüstü
və yeraltı şirin su
hövzələri məhdud ehtiyatlara malik olmaqla ərazilər
üzrə qeyri-bərabər paylanmışdır. Yerüstü şirin su ehtiyatları 28030 km3-dur və onun 72%-i ölkə hüdudlarından kənarda
formalaşır. Buna görə də
yeraltı suların böyük əhəmiyyəti
vardır. Hal-hazırda Respublika üzrə
yealtı suların istismar ehtiyatları gün ərzində 21606,06 min
m3 həcmindədir.
Daha çox istismar
ehtiyatına malik yeraltı sular Qarabağ-Mil (mln m3 həcmində)
- 7909,02; Gəncə-Qazax - 4218,6; Qanıx-Əyriçay -
3822,0; Samur-Qusarçay - 3470,72, Naxsıvan - 9022, Şirvan -
517,7 yayılmışdır.
Azərbaycanda 200 qrupdan
artıq mineral su mənbəyi vardır ki, bunların da 1000-dən
artıq çıxışı vardır. Kimyəvi tərkibə
görə Azərbaycanın mineral suları 10 qrupda cəmləşmişlər:
idrokarbonat, hidrokarbonat-xlorid, hidrokarbonat-xlorid-sulfat,
hidrokarbonat-sulfat, xlorid-hidrokarbonat, xlorid, xlorid-sulfat,
sulfat-xlorid, sulfat-hidrokarbonat, göydaşlı. Mineral
suların ümumi ehtiyatı 16 mln l/sutkadır.
Ayrı-ayrı bölgələr üzrə ehtiyatlar
Böyük Qafqaz - 1898,6 min l/sutka, Kiçik Qafqaz - 11278,7 min
l/sutka (o cümlədən Naxçıvan MR-sı - 4352,1 min
l/sutka), Talış - 2793,9 l/sutka, Kür çökəkliyi
- 50,0 min l/sutka təşkil edir.
Respublika üzrə
termal suların proqnoz istismar ehtiyatları
aşağıdakı kimi qiymətləndirilir:
Böyük Qafqazın
cənub yamacı - 2000 m3/gün (t-30-500C) ;
Quba-Xaçmaz zonası
- 21000 m3/gün (t-40-850C) ;
Abşeron
yarımadası - 20000 m3/gün (t-40-900C) ;
Kiçik Qafqazın
dağlıq hissəsi - 4000-5000 m3/gün (t-30-740C) ;
Naxçıvan MR - 3000 m3/gün (t-40-500C) ;
Talış
dağlıq bölgəsi - 15000 m3/gün (t-31-430C);
Lənkəran düzənliyi
- 7000-8000 m3/gün (t-44-640C);
Kür çökəkliyi
- 170000 m3/gün (t-30-710C)
Respublika üzrə - 249000 m3/gün.
Respublikanın müxtəlif
bölgələrində, xüsusən də aran hissəsində
yerləşən rayonlarda əhalinin içməli suya, o
cümlədən kənd təsərrüfatının suya
olan tələbatı çox çətinliklə çay
suları, əksər hallarda sanitar normalara cavab verməyən
arx və kanal suları vasitəsilə ödənilir. Əhalinin
suya olan ehtiyacının ekoloji təmiz sularla təmin etmək
məqsədi ilə Beyləqan, İmişli, Saatlı,
Ağstafa, Qobustan, Bərdə, Tovuz, İsmayıllı,
Xızı, Samux rayonlarında 2-8 l/san debitə malik içmək
və təsərrüfat məqsədləri
üçün istifadəyə yararlı şirin və az
minerallaşmış sular aşkar edilmişdir. Bakı şəhərinin
su təchizatını yaxşılaşdırmaq məqsədi
ilə Bakı-Oğuz-Qəbələ su kəmərinin
tikintisinin hidrogeoloji cəhətdən əsaslandırılması
işləri vaxtından əvvəl və keyfiyyətlə
yerinə yetiril-mişdir.
Qazılmış kəşfiyyat
quyularından alınan nəticələrə əsaslanaraq
göstərilən sahədə 5 m3/ san həcmində
"İçməli Su" standartlarına cavab verən
ekoloji saf yeraltı su ehtiyatları qiymətləndirilmiş və
təsdiqlənmişdir. Qaçqın düşərgələrində
və İsmayıllı rayonunun Qalıncaq, Qoşakənd və
Ruşan kəndləri ərazisində qazılmış
quyular təmənnasız olraq əhalinin istifadəsinə
verilmişdir. Samux və İsmayıllı rayonlarında eləcə
də, Girdmançaü-Göyçay arası sahələrdə,
Mil düzünün Hərəmi, sahəsində aparılan
yeralti şirin su axtarışı işləri başa
çatdırılmış, həmin regionların
yeraltı su ehtiyatları ilkin qiymətləndirilmişdir.
Şirvan Milli Parkı ərazisində, o cümlədən
qaçqın və məcburi köçgünlərin məskunlaşdığı
ərazilərədə yeraltı suların
axtarışı davam etdirilir.
Anar
Ədalət.- 2010.- 29 sentyabr.- S. 4.