Ombudsman nazirə müraciət etdi

 

"Ekologiya İli" ilə bağlı birgə silsilə tədbirlərin keçirilməsi planlaşdırılır

 

Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyev 2010-cu ili respublikamızda "Ekologiya ili" elan edib. Bununla əlaqədar olaraq İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova ekologiya təbii sərvətlər naziri Hüseyn Bağırova məktubla müraciət edib. Bu haqda Lent.az-a Ombudsmanın mətbuat xidmətindən məlumat verilib. Məktubda deyilir ki, ölkə rəhbərliyinin əhalinin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmini sahəsində məqsədyönlü siyasətinin uğurla həyata keçirilməsində mərkəzi icra hakimiyyəti orqanı kimi adıçəkilən nazirliyin mühüm rolu var.

E.Süleymanova nazirliklə Ombudsman təsisatı arasında sözügedən sahədə insan hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə səmərəli əməkdaşlıq əlaqələri yaradıldığını ölkə başçısının bu sahədə dövlət qurumlarına ünvanlanan tövsiyələrini nəzərə alaraq, "Ekologiya ili" çərçivəsində birgə tədbirlərin həyata keçirilməsini məqsədə müvafiq hesab edərək, bununla bağlı rəy təkliflərin göndərilməsini, Ombudsman təsisatı ilə işləyəcək əlaqələndirici şəxsin təyin olunmasını xahiş edib.

Müvəkkil məktubunda insan hüquq azadlıqlarının təmini sahəsində səmərəli əməkdaşlıq əlaqələrinin gələcəkdə davam etdiriləcəyinə inandığını bildirərək, ekoloji qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı birgə müzakirələrin keçirilməsini, respublikanın orta ali təhsil müəssisələrində, rayonlarında, məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə, habelə QHT-lər üçün hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsini, İdarəçilik Akademiyasında əlaqədar dövlət qurumlarının nümayəndələrini cəlb etməklə iki üç həftəlik təlim kurslarının təşkilini, dövlət qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə treninq-seminarların keçirilməsini təklif edib.

"Ekologiya ili" çərçivəsində müxtəlif telekanallarda birgə maarifləndirici verilişlərin hazırlanması, buklet, yaddaş kitabçası, plakat digər təbliğat materiallarının çap olunması yayılması da nəzərdə tutulub. Bundan əlavə 18 iyun - Milli İnsan Hüquqları günündə YUNESKO-nun dəstəyi ilə, artıq ilkin razılaşmaların əldə olunduğu "Ekoloji mühit insan hüquqları" mövzusunda birgə beynəlxalq konfransın keçirilməsi tədbirlər sırasına daxildir.

  

  

V.Məmmədli

 

Ədalət.- 2010.- 8 yanvar.- S. 7.