OZAN ƏFƏNDİM
Dad sənin
əlindən, a qanlı
fələk,
Qardaşı qardaşa düşmən
elədin.
(Bu sözləri bilməm Səbri Şimşəkoğlununmu,
Murat Çobanoğlununmu səsindən,
oxumasından eşitdim. Oxuyanı unutdum,
amma sözləri unuda bilmədim).
Qardaş da qardaşa düşmən
olurmu
Əfəndi ozanım, ozan əfəndim.
Bir zaman gəlir də peşman olurmu
Bu qara yazıya yazan, əfəndim.
Sirrimi verməyə
sirdaş aradım,
Qardaşım yanınmda
qardaş aradım,
Bulmadım başıma
bir daş aradım,
Nə yapsın yolunu azan, əfəndim.
Alovlar içində
ömür sürüşəm,
Yerdən kipriyimlə
od götürmüşəm.
İçimi göynədən
bir duş görmüşəm
Bulunmaz duşumu yozan, əfəndim.
Yolları qapalı
bir baca dünya,
Sorğusu cavabsız
bulmaca dünya,
Çarxı pozulası
bu qoca dünya
Əzəldən qaynayan qazan, əfəndim.
Həsrətim canımı
üzəcək bir gün,
Elm Abbas deyib gəzəcək
bir gün.
İnşallah yenidən
düzəcək bir gün
Bizim səfimizi pozan, əfəndim.
BAYBURTA XİTAB
Yollar keçib
uzun-uzun gəldim
Vətən məhzun,
mən də məhzun gəldim
Mənə həmdəm
oğlun, qızın
gəldim
Çal qopuzu, qəhrəmanlıq marşı
oxut,
Uyuyanı, oyandırsın səsin, Bayburt.
Qarabağda bülbüllərim
ötməz olub,
Millətimin çilələri
bitməz olub,
Türk əsgəri,
Türk yurduna getməz olub,
Vətən olsa dosta məzar, düşmənə yurt,
De sən nəsin, de sən nəsin, nəsən, Bayburt.
Türk ulusu əsir olmaz demiş Öndər,
Əsir Türkü
qurtarmağa Türkü
göndər,
İnam göndər,
iman göndər, ülkü göndər,
Soydaşıyın, qardaşıyın
əlindən tut,
Görənlər də bərəkallah desin, Bayburt.
Bir qardaşın
bir qardaşa elçisi mən,
Bir torpağın
yaralanmış bəkçisi
mən,
Millətimin susdurulmuş
haqq səsi mən,
Nədən susur bu dağlarda
nədən Bozqurt?
Bu soruya bir cavab
ver kəsin, Bayburt.
Hacaloğlu ozan Abbas Abdullahım,
Zəfər günü
açılacaq hür
sabahım,
Göstər bizə
o günləri, ey Allahım,
Boy boylasın,
soy soylasın Dədəm
Qorqud
Qarabağın şöləninə getsin
Bayburt.
İSTANBULDAN VAQİF SƏMƏDOĞLUNA MƏKTUBLAR
Bir gün İstanbulda Vaqif Səmədoğlunun
"Mən burdayam, ilahi" kitabını gətirdilər mənə. Kitabda səmimi
bir avtoqraf vardı. Avtoqrafda deyilir: "Dostum, qardaşım, şairim, eloğlum Abbas Abdullaya dərin hörmət və sönməz, tükənməz
məhəbbətlə Vaqif
Səmədoğlu 7. XI.1996 Bakı"
Bu anda,
İstanbulda
Gecə saat ikidi,
Bakıda sabah saat dörd,
Uyqum ərşə
çəkilib,
Dərd əskidi,
Əskidi dərd
–
Bakıda səni
uyutmaz
İstanbulda məni.
Tanrı yenməz
deyiblər –
Dərd yenməyəni.
Dərdə yenilməmək
üçün
Həmdərd aradım,
"Mən
burdayam" dedin.
Şeirlərini dinlədim,
Dərd üstünə
dərd gəldi,
Gözlərim önünə
Gələni övən,
Gedəni söyən
Neçə-neçə namərd gəldi.
II
Səninlə savaşaraq
Keçirəcəm bu gecəni.
Allahı sevirsən
Unut olub-keçəni:
Lenin meydanını
Azadlıq meydanına
Çevirdiyimiz günləri
unut,
"Ya azadlıq, ya ölüm"
Hayqıran könülləri
unut,
20 yanvarda
Tankların üstünə
Daşla-kəsəklə gedənləri
unut,
Bakının zülmət
gecələrində
Özlərini məşəl
edənləri unut,
Ağdamı,
Şuşanı,
Xankəndini,
Kəlbəcəri, Laçını,
Zəngilanı,
Əskiparanı unut.
Bənzə çevrəndəki
Dosta-yoldaşa,
Onlar kimi yaşa.
Unut, unuda bilsən,
Yaşa, yaşaya bilsən.
III
Təpədən dırnağa
Dərd olan dostum,
Ürəyi pambıqdan
yumşaq
Poladdan sərt olan dostum.
Bir zamanlar bir şeirimdə
- Yer üzündə məzarıma
Yer bulunmayacaq,
- demişdim,
Göy üzündə
-
Tanrının ovcu içində
Kömülmək istəmişdim.
Tanrı da üz çevirdi
bizdən.
İndi Azərbaycanda
mənə
Bir məzarlıq
torpaq qoru,
Bir kəfənlik bayraq.
IV
Bir zamanlar
Gəzməyi çox sevərdin.
Dərbənddən Qazağa,
Bakıdan Şəkiyə,
Şəkidən Kələkiyə
Dolaşardın, gəzərdin.
İndi gəzməyə vaxt nerdə.
Ömür keçir növbələrdə.
Əppək növbəsi,
su növbəsi,
Bir ömür alır hərəsi.
Sənin növbən əppək növbəsi deyil.
Sənin qovğan əppək qovğası deyil.
Qovğan başqa
bir qovğa,
Növbən başqa bir növbə.
Boş vaxtın
olsa belə
Nə Şəkiyə
get,
Nə Kələkiyə,
Otur Bakıda
Növbəni bəkləyə-bəkləyə.
Növbəyə "quyruq"
deyir
Anadolu Türkləri.
Bizlər də deyirik
Düşəndə yeri:
"Dünyanın quyruğu uzun".
Bu uzun quyruqda
Bitməsini bəkləyirik
Ömür yolumuzun.
Bu uzun quyruğun
Harasındasan, qardaşım, bilməm.
Növbən nə vaxt çatacaq.
Bu uzun quyruqda,
Özündən öndə
Mənə də bir yer
bul ancaq.
V
Dəli olmaq istədi
Onsuz da dəli qardaş.
Dəli olmaq zor işdi,
Bunu bilməli qardaş.
Ömür atlı, o yaya,
Günləri saya-saya,
Baxır-baxır dünyaya
Ağlar, gülməli qardaş.
Gülmək istər
güləməz,
Haqdan heç
nə diləməz,
Ölmək istər
öləməz,
Bir gün ölməli qardaş.
VI
Soyuducunun içində
Donanı gördünüz,
Yananı gördünüzmü heç.
Susuzluqdan
Cadar-cadar torpaq üstündə
Yürüyür
Qatar-qatar balıq adamlar.
Susuzluqdan
Cadar-cadar olmuş
bu torpaq
Vətən torpağı
–
Buz kimi soyuq.
İçi oyuq-oyuq
buz dolabı - soyuducu,
Bu soyuducuda balıq adamlar.
Bu balıq
adamlar arasında,
Bu soyuducuda.
Bir şair
qəlbinin yarasında,
Gözlərinin qarasında
Alov-alov atəş.
Kəndi oduna yanar kəndi.
İsitmək üçün
Neçə-neçə köyü,
Neçə-neçə kəndi.
ABBAS ABDULLA
Ədalət.- 2010.- 9 yanvar.- S. 20.