YOX
Ömrüm
başdan-başa ahu-nalədir,
Çox da ki, dilimin
ahu-zarı yox.
Hər il bahar gəlir
çölə, çəmənə,
Nə olsun,
könlümün öz baharı yox.
Düşdüyüm
dünyanı düşündüm dərin,
Önündə acizəm
mən bu sirlərin.
Könlümdə bəslənən
cəvahirlərin
Kolxoz bazarında xiridarı
yox.
Dar gəlir
könlümə dünya büsbütün,
Dünya da kiçilir
yoxsa günbəgün?
Yaralı
könlümün, yazıq könlümün
Nə göydə, nə
yerdə bir qərarı yox.
Alçaldım yerə
də, qalxdım göyə də,
Başımın
üstündə gördüm min hədə.
Dinməyə qoymurlar,
düşünməyə də
Axı, mən
yazığın ixtiyarı yox.
PAMBIQ
Adına min lənət,
özün bir yana,
Gəlmişik əlindən
zinhara, pambıq.
Rəngin ağdırsa
da yazıq kəndlinin
Elədin
gününü sən qara, pambıq
Havaya sovrulur əlimin rəngi,
Qocaya döndərdin
cahılı, gənci.
Yazı əkinçiyik,
qışı dilənçi,
Düşmüşük
əlindən azara, pambıq.
Sən mənim
xalqıma kəsildin qənim,
Çox da ki, bahadır
qiymətin sənin.
Millət
lüt-üryandır, amma özgənin
Əynində
dönürsən paltara, pambıq.
Anamın, bacımın
yeyib ətini,
Gözündə
qoyursan hər niyyətini.
Çəkirsən kəndlinin
heysiyyətini,
Hərrac
Hər zülmə, cəfaya
sinə gərmişik,
Xeyiri, qazancı yelə
vermişik.
Səni biz əkmişik,
biz becərmişik,
Yüklənib gedirsən bəs hara, pambıq?
OLDU
Mən ələmdən
qaçırdım,
Ələm mənə
tuş oldu.
Bəxtimin göyərçini
Bağçamda
bayquş oldu.
Dağlar tufan
qopardı,
Sel Saranı apardı.
Qəza
başımı yardı,
Günahkarı daş
oldu.
Kimə bu sirri
açım?
Necə özümdən
qaçım?
Vaxtsız ağardı
saçım,
Günahkarı yaş
oldu.
Yaman bəd əsdi
rüzgar,
Saraldı
bağ-baxçalar,
Taleyimə yağdı
qar,
Günahkarı
qış oldu.
Adım oldu Bəxtiyar,
Bəxt, adımdan bəxt
umar.
Nəşə mənə
- zəhrimar,
Ələm mənə
- nuş oldu.
POMPEY XƏRABƏLƏRİ ÖNÜNDƏ
Ərlər
ötdükcə tarixdən bəri,
Başqa gözlə
baxır zaman hər şeyə.
Pompey şəhərinin
xərabələri
Muzeyə
dönübdür, indi muzeyə.
Axarlı-baxarlı bu qədim
şəhər
Bu gün səhnəsidir
ötən tarixin.
Bu gün izlərini
axtarır bəşər,
Dünən bir vulkanla itən
tarixin.
Bu ölü şəhəri
yalnız görməyə
İldə on minlərə
səyyahlar gəlir.
Səyyah
marağından hər il ölkəyə
Neçə milyonlarla
dövlət-var gəlir.
Bəs biz?
Oyanmadıq əsrin səsindən,
Dondu sevgimiz də, nifrətimiz
də.
Əcnəbi pul
qırır xərabəsindən,
Bizə düşmən
olub sərvətimiz də.
AZƏROĞLUNA
Sən mənə həsrətsən,
mən sənə həsrət,
Bitməzmi həsrətin
ömrü, ay Balaş?
Qalmışıq Vətəndə
Vətənə həsrət,
Necə vətəndaşıq,
necə vətəndaş?
Təbrizdən
adlayıb keçdin bu yana,
Qardaşın yanına
gəldin dərmana.
Gördün,
yaxşı gördün mən kiməm, nəyəm,
Mən də sənin
kimi yaman gündəyəm.
Qırdılar Vətənin
qol-qanadını,
Biz xeyir oğluyduq, olduq
şər oğlu.
Niyə Azəroğlu qoydun
adını,
Hanı Azərbaycan, ay
Azəroğlu?
150 İL
Tapdamaq olarmı
haqqı bu qədər?
Yüz əlli ildir ki, soyurlar bizi.
Bu heç,
Bizə bayram elətdirirlər
Tarixdə ən
böyük faciəmizi.
Vətən əldən
gedib... Buna yanmıram.
Ağır bir qədərlə
üzbəüz olduq.
Ona yanıram ki, o
gün, bu bədnam
Alverin dəllalı
özümüz olduq.
KİROVUN HEYKƏLİ
Kamil Mirbağırova
ithaf
O, heykəlmi?
Yox, ey dost!..
O, ölkənin sahibi.
Başımızın
üstündə
Sıyrılıb
qılınc kimi.
Hədələyir o,
bizi.
Deyir mənimdir ölkə
-
Bu göy,
bu yer,
bu dəniz!
Başınızı
vuraram,
Ayaqlarım altından
Başınızı
çəksəniz!
Ayağımın
altındadır
Namusunuz,
Arınız.
Başınızı
sürüsün
Daim ayaqlarınız.
- Bu düzdür!
Bəs neyləmək?
Susub oturmaqmı?..
- Yox!
Biz nə qədər
yaşayaq
Başımız
üstdə yumruq?..
Öz doğma şəhərində
Sən kimin heykəlini
İstəyərdin
ucala
O heykəlin yerində?
- Koroğlunun,
- Babəkin.
- Yox, dostum yox, bilmədin!
Mən istərəm
tarixə
Bu gündən də iz
qala,
O heykəlin yerində
O heykəli
yıxanın
Tunc heykəli ucala...
KRIMDA TATAR QƏBİRLƏRİ
Torpağın
altında yatır yerlilər,
Üstündə gəlmələr
kefdə, damaqda.
Yerlinin dərdini yersiz nə
bilər?
Yerlinin haqqını o,
tapdamaqda.
Gəlmə haqlı
bilir, özünü haqlı!
Yerlinin yurduna yolları
bağlı...
Bilmirəm Krımın
öz sahibləri
Özu torpaq altında
necə dincəlir?
Millət bu diyardan gedəndən
bəri,
Ruhlar öz yurdunu ziyarət
üçün,
Sibirəmi gedir,
buramı gəlir?
Tatar məzarları... əl
açıb göyə
Torpağı
qaldırıb niyə qabarmır?
Ölülər yer
altda görəsən niyə
Haqq deyə
qışqırıb fəryad qoparmır?
Krımı
götürüb çiyinlərinə
Millət olan yerə niyə
aparmır?
Məzarlar bu yurdun
öz sahibləri,
Niyə bu zillətin
bağrını sökmür?
Torpağın
üstündə sahibkar kimi
Gəzən gəlmələri
dənizə tökmür?
HÖRÜMÇƏK TOR BAĞLADI
Tariximiz
dağıldı,
Uydurma tarix ilə
kimliyimiz anıldı –
Öz kökünü
bilməyən gözü küllü bu millət
Zamnın yollarındə
hər addımda yanıldı.
Uydurma tarix bizi
anamızdan ayırıb
Yad anadan
alınmış bələkdə qundaqladı.
Təməlimiz
laxladı.
Bu xalqın tarixini
düz bildirən, düz yazan
Tarix kitablarında hörümçək
tor bağladı.
Kimə deyək dərdini
bu dövranın, bu günün?
Vəzifəyə
sümsünən
Vəzifə
kürsüsünün
Birinci pilləsində mərkəzdən
noxtalandı.
Kişiliyi vardısa, bu
anda axtalandı...
Ürəkdəki cəsarət,
mərdanəlik,
dəyanət
talandı,
tapdalandı.
Məğrur
keçmişimizdən üzüldü əllərimiz,
Şərəf bildik
özgəyə qul olmağı yoxsa biz?
Hər cürə
zülmü udduq.
Köləliyi
qazanıb, ağalığı unutduq.
Vicdan, düzlük, həqiqət
sürgün oldu bu yerdən.
Yaltaqlıq və xəyanət
silahını yağladı.
Cəsarət
qılıncının ağzı düşdü kəsərdən,
Qəbzəsində,
qanında hörümçək tor bağladı.
Dilimiz yasaq oldu.
Ruhumuz qəlbimizdə əbədi
dustaq oldu.
Ruhsuz yaşadıqca biz
Vicdanımız,
eşqimiz
Üzümüzə
ağ oldu.
Biz beləcə
yaşadıq, yaşamadıq, süründük,
Əməlimizdə
deyil, sözümüzdə göründük.
Ruhumuz qan ağladı,
Məscid
qapılarında hörümçək tor bağladı.
Həqiqət dilə gəldi.
Dildə ilişdi,
qaldı.
Həqiqətin
üstünə yalanlar kölgə saldı.
Vuruşmadıq,
barışdıq
Biz "azadlıq"
adlanan bir uydurma nağılla.
Ölən
düşüncələrə qəlbimiz yas saxladı.
Həqiqəti deməkdən
elə qorxduq...
Ağılla
Həqiqət
arasında hörümçək tor bağladı.
XALQ DÜŞMƏNLƏRİ
Xalqa neçə-neçə
tələ qurdular,
Başımız cilova
keçəndən bəri.
Qəsdən, billə-bilə
adlandırdılar –
Xalqın
dostlarını "xalq düşmənləri".
Mənim səbrim.
Bü səbrimə mən
nə deyim?
Mənim səbrim -
mütilliyim,
Köləliyim!
Atam kölə
olduğunu heç bilmədi.
"Ağa" kimi
ömür sürdü.
Yaşayırdı,
Düşünmürdü.
Mənsə kölə
olduğumu
Qana-qana, billə-bilə
yaşayıram.
Öz-özümü
dana-dana,
ölə-ölə
yaşayıram!
Xoşbəxtliyim
ondadır ki,
Düşmənimin
hökmü böyük,
Taxtı
çürük!
Bədbəxtliyim
ondadır ki,
Mənim səbrim
Düşmənimin
qüdrətindən daha böyük!
BƏXTİYAR VAHABZADƏ
Ədalət.- 2010.- 16 yanvar.- S. 20.