"LALLARIN ƏLİ
DANIŞIR"
Ötən ilin
sonlarında "Vektor" nəşrlər evi
tanınmış qələm adamı, şair və
yazıçı kimi oxucular tərəfindən sevilən
Vaqif Nəsib Sarıhüseynoğlunun şeirlərindən
ibarət olan 180 səhifəlik "Lalların əli
danışır" kitabı müəllifin annotasiyası
ilə başlayır. Yəni ilk səhifədə
verilmiş qısa anonsdan bəlli olur ki, "Lalların əli
danışır" şeirlər toplusu üzürlü səbəblərə
görə, kitab sarıdan 18 il lal qalmış Vaqif Nəsib
Sarıhüseynoğlunun bir növ oxucu qarşısında
dilaşdısıdır.
Onu ərsəyə
yetirən Elçin İsgəndərzadə xeyirxahına
dualar sonra şeirləri tələbkardan tələbkar Azərbaycan
oxucusunun mühakiməsinə verir".
Bəli, 18 ildən sonra
oxucu qapısını döyən Vaqif Nəsib
Sarıhüseynoğlu poeziyası ağır samballı gəlmişdi.
Vəzndə və fikir yükündə
ağırsamballı olan bu şeirlər özü
özlüyündə həm Vaqif Nəsib
Sarıhüseynoğolunu təqdim edir, həm də onun həsrətli
şeirlərinin istisini. Şair yazır:
Bir göz açıb ara gördük
Ara boyda yara gördük
Yurdu iki para gördük-
Yarı Azər, yarı Baycan.
Araz adlı nəhri yarı
Neçə kəndi, şəhri yarı
Qan ağladı Şəhriyarı-
Sazı Azər, tarı Baycan.
Bir şeirdən gətirdiyimiz
bu nümunə özü-özülyündə elə
kitabın ilk vərəqindən oxucunu böyük söz
dünyasına çəkib aparmağa, üz tutub getməyə
həm güc göstərir, həm vadar edir. Oxucu Vaqif müəllimin
müxtəlif illərə aid olan şeirlərində bir
poetik fəlsəfənin, bir işıqlı səhəri
özü üçün qaranlıqlardan seyr edilən ulduz
kimi kəşf edir, görür və ona
yaxınlaşır.
Yağar sal daşlara əldən yağışlar
Ancaq ürəkləri sevgi naxışlar
Çaxıb buludundan yaylım baxışlar,
Dağlar qucağında Sinə dağlayar.
Və yaxud da:
Mərdlik xərçəng tutub, oyunu daldalı,
Aslanlar, pələngələr boynu xalxalı.
Keçəlhəmzələrin əli baltalı,
Atlar cilovlanır-
Haqqlar çapılır...
Gəl bu keşməkeşə dözə bir
görüm,
Üzə bil, süzə bil, gəzə bil
görüm.
Dolaşıq dünyanı çözə bil
görüm-
Ovçular ovlanır,
Ovlar sapılır...
Şeir
parçalarından göründüyü kimi bu sətirlərin
arxasında böyük bir məna, böyük bir fikir
yükü dayanıbdı. Bax, elə şairin də
sözünün gücü, qələminin məharəti
burda görünür. Vaqif Nəsib Sarıhüseynoğlunun
dost itkiləri ilə bağlı yazdığı şeirlər,
yurd nisgilli misraları bütövlükdə zamanın, onun
qüsurlarını qamçılayan qələm nümunələrinin
hər biri ayrı-ayrılıqda oxucu üçün yeni
bir səhifə açır. Məsələn, şair
"Zaman cəzalılarına" şeirində yazır:
Üzü,
Gözü,
Özü
Bir mətləbə tuşlanmış,
Qarğışlanmış lallar
Zamanın dinləmək istəmədiyi
Sözlülərdi bəlkə də...
Bax, elə bu bir
parça çox mətləblərdən xəbər verir.
Ümumiyyətlə, "Lalların əli
danışır" kitabında yer almış istənilən
şeir barəsində təkcə müzakirə açmaq
yox, həm də mühakimələr də vermək
mümkündü. Zənnimcə, Azərbaycan oxucusu artıq
onlara ünvanlanmış bu kitabda öz istədiklərini
bir növü gerçəkləşdirib rahatlıq tapa biləcəklər.
Amma bu rahatlıq əslində müvəqqəti olacaq.
Çünki o şeirlər həm də düşünməyə
məcbur edəcək. Bax, elə bu şeirdə olduğu
kimi:
Mən gedirəm,
gülüm, arım
quşəppəyim, sünbül, sarım.
çöldü quşlara quşlara,
sərçələr nə yaxşı qalıb.
Son olaraq sizlərə təqdim
etdiyim "Lalların əli danışır" kitabı yəqin
ki, hər biriniz üçün maraqlı olacaq. Oxumağa tələsin.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2010.- 22 yanvar.- S. 7.