PAYIZ YAĞIŞININ SƏSİ
Arazbarı sitat
çələngi
Sitatın sonu həm də o deməkdir ki, mətn bitir; yəni, Şekspir demiş: sonrası - sükutdur.
Mən sükutdan
sonragrəvayətlə başlayıram,
daha dəqiqi, rəvayətdən çıxarışla:
"
IX-XII əsrlərə
aid məxəzlərdə yazılıb: "... ölkənin
ağıllı və
müdrik alimləri hakimiyyət mərkəzini
həm də mədəniyyət mərkəzinə
çevirməyə çalışırdılar.
Bu vasitə ilə həm qılıncın şöhrətini artırmaq,
həm elmin hökumətini qaldırmaq,
həm fanatizmə qarşı mübarizə
aparmaq, həm müxtəlif xalqların
hüquqlarını müdafiə
etmək, bir sözlə, həm hakim təbəqəni tərifləmək,
həm də ifşa edib pisləmək kimi bir-birinə zidd olan iki məqsəd
üçün istifadə
edirdilər. Ona görə də alim və
şairlərin saraya toplanması təsadüfi və təəccüblü
deyildi".
"Kəpənək
zərifliyi" adlı
yazımda Mahir Qarayevdən götürdüyüm
sitata qayıdıram:
"... 30-cu illərdə rəhbərimizin
ədəbiyyat üzrə
baş məşvərətçisi
Zəlimxan Yaqub xislətli bir Adam olsaydı, bircə şairimiz də güllələnməzdi".
Təəssüf ki, bizdəki inkar ruhu bizi
çox ağır məğlubiyyətlərə düçar etdi. Kimi "saray şairi",
kimi "ara müğənnisi", kimi "etibarsız",
kimi "satqın" adlandırdıq: öldürüb
sonra da boğazdan yuxarı sözlərlə üstündə
ağladıq, dəsmalımızı yuyub qurutmağı isə
unutduq.
Poeziyamızdakı inkar ruhu haqqında
Dünyanın ucqar deyilən yerindən - Kazreti olsun, Başkeçid olsun, ya Əyriqar, fərq etməz - necə görünürsə,
elə də deyirəm: bu İnkarda xalq şari Zəlimxan Yaqub indiyədək Borçalıdan çıxmış
azmanlar içərisində
ən olduğu kimi görünən adamdır! Əgər onun heç
olmasa, bircə paxıllığı varsa,
o da budur - lap sufilərdə olduğu kimi - nə üçün mənim qardaşım, dostum, sevgilim məndən yaxşı, məndən
üstün deyil?!
Nə az, nə çox, bax belə!..
Niyə belə uzaqdan başladım? Ona görəmi ki, Marina Svetayeva yazmış:
Poet izdaleka zavodit
reç,
Poeta daleko zavodit reç.
Həm də ona görə
ki, dünya vaqif adamlar üçün
təkcə maddi, konkret olan deyil,
həm də səslərin, rənglərin
və obrazların simfoniyasıdır.
... "İnsan
payız ölə, yazda dirilə"... Aşıq Ələsgərin sözlərinin
tilsimi - sarı-sarı
sim üstündə-şizofreniyalı
insana bənzəyən
oktyabr günlərinin
birində məni tutdu. Bu qarqabağı,
bu arazbarı havalarda yenidən yola çıxmaq - özü də Bakıya! - bu
dəfə az qala ölüm hökmünə bərabər
idi. "Kəpənək
zərifliyi"ndə yazmışam.
Bakıdan qaytıdığım
vaxtdan heç üç ay da keçməmişdi
Amma Zəlimxan Yaqubun sözünü - dəvətini
yerə salmaq dünyanın bu ucqar adlandırdığım
yerinin tək mənə yox, həm də "borc içində yaşadığım Borçalıya"
qarğışı olardı.
... Zəlimxan məni
Bilgəh kardioloji sanatoriyasına gətirdi.
Bu haqda sevimli
müəllimim və
"Bilgəh səfəri"min
səbəbkarı Təhməz
müəllim yazıb
(şairə o zəng
eləyibmiş, sonra bildim). Mən özgə təfərrüfatı,
ayrı təəssüratı
işıqlandırmağa çalışacağam. Özü də bun ə
"xala-xala" oynamaqdır,
nə "kirvə qonaqlığı"nın
cavabıdır, nə
də yaxşılığın
əvəzini qaytarmaqdır!
Bu, az qala
"Xocalıda Solferino
xatirələri" adlı
yazımın ya əkiz qardaşı, ya da əkiz
bacısıdır.
Bilgəhdə, demək
olar ki, hamı ürəyini tutur! birinin
ürəyinin tutmağının
səbəbi Göyçədi,
birininki Xocalıdı,
birininki oğlunun bankrot olmağıdı, birininki Dubaydan qayıtmayan qızıdı...
birininki qan dövranının pozulmağıdı...
Orda
Ağdam Qarabağın toy otağıydı...
85 yaşlı
Laçınlı Azər
əmidən eşitdim
ki, o ancaq Zəlimxana görə inanır ki, Ağdam yenidən Qarabağın toy otağı
olacaqdır!
Dəqiq xatırlamıram,
ya İtaliyada, ya da Makedoniyada
xəstələr üçün
palatalara payız yağışının səsi
verilirmiş... Bunu Nizami
müəllimə söylədim.
"Bizim palatalara
Zəlimxan Yaqubun şeirləri yazılıb
verilməlidir" - bunlar
Nizami müəllimin dedikləridir.
Nizami müəllimlə
Xəzərin sahilində
- xiffət və qübar çökmüş
sahilində - hərəmiz
öz aləmimizdə
ürəyimizlə danışırıq;
Zəlimxanın sözləri
ilə:
Xeyirə-şərə, toya-yasa yüyür
dedim,
Taleyinə yaralanmış cüyür
dedim,
Qızdır onu - harda kim üşüyür
dedim,
Mən ürəyi ürək kimi saxlamadım.
Kardioloq Şərif
Şahməmmədov bizdən
çox-çox nikbin
idi:
Əcəl ömrü zəmi
kimi biçsə də,
Şərbət bilib bir qurtuma içsə də,
Vaxtlı-vaxtsız Zəlimxanlar köçsə
də,
Gözəl dünya, gözəllərin
var olsun!
Və sonra:
Bu qəmli havadı,
bu şən havadı,
Mənim sümüyümə düşən havadı,
Bağrımın başını deşən
havadı,
"Sarıtel" oxuyan
qaratel gözəl!
Düzdür, Bilgəh ziyarət yeri deyildi. Amma çox
əhd edənlər gördüm. Bütün niyyətlərin
başında Qarabağı
istiladan azad görmək dururdu. Nizami müəllim niyyət edənlərə
Zəlimxan Yaqubun sözlərini müqəddəs
dua kimi pıçıldayırdı:
Bu səfərdə şərəf,
zəhmət, yorulmaq var,
Bu inama min inamla vurulmaq var,
Bu səfərdə çalxalanıb
durulmaq var,
Ziyarətin qəbul olsun, insan oğlu!
Zəlimxan "Məndən
uzaqlarda üşüyən
üldüz", "Aşıq
Qərib sazının
telindəki pas mənəm",
"Bu yaşıl ağacın
altı bizimdir",
"Gülə güldən
ağır söz deməmişəm", "Aldı
vaxtımızı dost məclisləri",
"Oxuya bilmədim axıra qədər, dünya kitab kimi rəfdə deyilmiş" şeirləri
Bilgəhdə ürək
ağrılarımıza yazılan
resept oldu, əsəblərimizə səpilən
payız yağışının
səsi oldu. Hələ Nizami müəllimin tütdüğü
"siyahı"nı
demirəm. Dərbənddən
Təbrizə, ordan da Bosfor üzərindəki
Fatih körpüsünə
çatardı.
Bir vaqif adamın dediyi kimi "hər bir insanın
qəlbində öz xalqının miniatür portreti var". Zəlimxana
gəlincə, onun qəlbindəki, o taylı-bu
taylı Araz boyu xalqımızın miniatür portreti yox, Özüdür!
Təəssüf ki, hərdən Zəlimxanın Poeziyasından
əslində xəbərsiz
olanlar da saxta sitayiş göstərirlər. Yadınızdadırmı, hətta Eynşteyn
də-müqayisə ucqar
müqayisəsidir - onun
kəşflərindən tamamilə
baş çıxarmayan
insanlar arasında məşhur idi.
... Sözümün
təkrarına qayıdıram:
çox diletantlar üçün maraqlı
olardı ki, Zəlimxan "sarayda"
yox, Diogenin çəlləyində yaşayardı.
Şair haqqında yazılan paskvillərlə də tanışam. Məni
ağrıdan budur ki, diletantlar tək Zəlimxanı hədəfə almayıblar!
Vaqif Səmədoğlu,
Vaqif Bayatlı, Ramiz Rövşən... daş atmaq yaramaz əlində nədir ki?..
"Seçilmişlər"ə
"sataşanda" onlar
bir az
görünürlər, bir
az diqqət çəkirlər, bir az... göyə
yox, yerə böyüyürlər. Göysüzlərin, ulduzsuzların, işıqsızların
peşəsi budur.
Ustadlar ustadı Aşıq Ələsgər
nahaqdan deməmişdi:
Hərcayıdan, müxənnəsdən, nakəsdən
Nə söz qaldı sənətkara dəyməmiş?
"şeirlərimdə hərdən
zilə qalxmaq istəmişəm... Amma görmüşəm
ki, yuxarı pərdələrdə oxumaqdan
ötrü ya Allahdan istedad mandatı almalısan, ya da varlığının
sazını bu kökdə sazlamalısan.
Öz səsində üzməyi
bacarmalısan". Bu sətirlər Vaqif Səmədoğlunun Zəlimxan
Yaqub haqqında yazdıqlarındandır.
"Bu gün ədəbi mühiti öz meyitləriynən zəbt
eləyən "ağsaqqalların"
içərisində Zəlimxan
Yaqub diri və duru qalmış
qələm adamlarındandır...
bəlkə buna görə, hardan baxırsansa, o mütləq
görünür". Bu sözlər isə istedadlı gənc şair Salamın qələminə məxsusdur.
Ay şeir, məni
bir şər vaxtı sən öldür,
elə öldür Zəlimxan
da bilməsin –
bu misralarla
başlayan yazını
Sınıq körpü
nostaljisi - köçmədim,
köçə bilmədim,
sınıq körpü
sınır deyə -
içimi-çölümü didən vaxtları yazdım. Dedim, kimsə bilməsin, amma vaqif adamlardan
nəyi gizləyə
bilərsən? Hətta
qeybdən gələn
səs təki gözəl olan payız yağışının
səsini belə!.. Və bu yağışlı havalarda dirilən
dərdləri də...
İbrahimxəlil
Ədalət.- 2010.- 23 yanvar.- S. 13.