O ki sizləri dünyalar qədər sevirdi
Və həyatını qurban verdi
Xəbəriniz varmı, dünən iki dəfə Sovet
İttifaqı Qəhrəmanı Həzi Aslanovun 100
yaşı tamam olurdu?
Tamam başqa mövzudan
yazacaqdım. Hətta baş redaktora Allah bilir neçənci
kərə idi ki, söz verirdim: nəhayət, adı hələlik
ona və mənə məlum olan xəstəxanada baş verənlərdən
reportajı bu həftə mütləq təhvil verəcəm.
Amma bu dəfə də yalançı çıxdım. Sadəcə
tənbəllik idimi, nədi yerimdən durub ora getməyə ərindim.
Evdə oturub "reportaj" yazmağa isə vicdanım yol
vermədi. Hamını aldatmaq olar, amma illərin qələm
sahibəsini aldatmaq mümkün olmayacaqdı, anındaca hiss
edəcəkdi. Amma "tolstuşka" ya - "Ədalət"
in şənbə sayını belə adlandırırıq-
mütləq nəsə yazmaq lazım idi.
Səhər saat 10-dan durub
kompüterin arxasına keçib İnternetə baş
vururam. Ki, görüm dünyada nə baş verir. Lənətə
gəlmiş resurslarda mövzu qıtlığıdır:
Haitidə zəlzələnin fəsadları, Türkiyə-Ermənistan
protokolları, Azərbaycanın İnternet məkanına aid
olan xəbər portallarında da ki, maşallah
sakitçilikdir.
Saat 12.00.
Bir də internetə girirəm.
Deyəsən lent.fə-da idi. "Tarixdə bu gün"
rubrikası. "Tıklayıram". İlk gözümə
sataşan da bilirsinizmi nə olur? Tək bircə sətirlə
keçmişdi. Sən demə, düz yüz il əvvəlin
bugünkü (dünənki-S.) günü bilirsinizmi kim anadan
olubmuş? İki dəfə Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülmüş yeganə azərbaycanlı-Həzi
Aslanov!
Saat 13.20.
Azərbaycanın heç
bir xəbər portalı bir əsrlik bu yubiley haqda bircə sətir,
kəlmə belə xatırlatmamışdılar.
Dərhal qərarımı
verdim: Həzi Aslanovdan yazacağam! Elə ona həsr
olunmuş kinoda deyldiyi kimi çıxmasın:
O, ki bizi dünyalar qədər
sevirdi!!!
Kimdir axı, bu Həzi
Aslanov? Azərbaycanın ucqar rayonundan çıxıb
adını dünya hərb tarixinə yazdıran bu qəhrəman?
Ona görə də, bəzi xatırlatmaya ehtiyac var.
Həzi Əhəd oğlu
Aslanov 1910-cu il yanvarın 22- də Lənkəran şəhərində
anadan olub. Ibtidai təhsilini şəhər 1 saylı orta məktəbində
alıb. 13 yaşında atasını itirən Həzi kərpic
zavodunda fəhlə kimi işləməyə başlayıb,
sonra o, komsomol putyovkası ilə Zaqafqaziya hərbi
hazırlıq məktəbinə göndərilib. 1924-1930 illərdə
Bakı və Leninqrad hərbi məktəblərində
oxumuşdur. 1929-cu ildə oranı bitirdikdən sonra Leningrad
suvari məktəbinə daxil oldu. Iki illik təhsildən sora
o Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod
komandiri kimi fəaliyyətə başlayır. Hərb sənətinə
möhkəm bağlanan Həzi döyüş texnikası ilə
yaxından maraqlanır, həm öyrənir, həm də
öyrədirdi.
Beş ay düşmənlə qeyri-bərabər
döyüş
İkinci dünya müharibəsi
başlananda o Ukraynada xidmət edirdi. 1941-ci il iyunun 23-nə
keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər
döyüşdə Həzi özünü bacarıqli sərkərdə
kimi göstərdi. O, öz döyüşçüləri
ilə
32 yaşında Sovet Ittifaqı Qəhrəmanı
adını aldı
Aslanovun
döyüşçüləri Kotelnikovo
yaxınlığında gedən döyüşlərdə
böyük şücaət göstərdilər.
Düşmənin 30 əks-hücumu dəf etdilər, bir
batalyon piyada qoşunu , 30 tankı 50 avtomobili sıradan
çıxartdılar. Bu döyüşdə göstərdiyi
şücaətə görə podpolkovnik H.Aslanov 1942 -ci il
22 dekabrda Sovet Ittifaqı Qəhrəmanı adına layiq
görüldü. O daim öz hərbi biliyini artırmağa
səy göstərirdi.
34 yaşında general
1943 cü il dekabrın 17-dən
1944-cü il aprelin 6-na kimi o Zirehli Tank Qoşunları
Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsədi.
Sonra o yenidən doğma 35-ci qvardiya tank briqadasına
qayıtdı. 1944-cü il 13 martda ona tank qoşunları
general-mayoru adı verildi. 1944-cü il iyunun axırlarında
Belorusiya və I Pribaltika cəbhəsinin qoşunları
hücuma keçdilər. Belorusiyanın iri şəhər və
dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları
Vilnüsə hucumları davam etdirdilər. Aslanovun
briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə
ağür zərbələr endirdi. Bu döyüşdəki
qələbəyə görə 35-ci qvardiya tank briqadası
Qırmızı bayraq ordeninə, general özü isə
ikinci dərəcəli Suvorov ordeninə layiq
görüldü.
1944-cü il avqustun 1-də
Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə
Yelqava şəhərini düşməndən təmizlədilər.
O Volqadan başlamış Baltikədək bütün
döyüşlərdə özünü bacarıqlı sərkərdə
, fitri istedad sahibi kimi göstərmişdi. Təkcə
1944-cü ilin hücum döyüşləri dövründə
8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür
almışdır. Iki dəfə Qırmızı Ulduz, 3 dəfə
Qırmızı bayraq , Aleksandr Nevski, Ikinci dərəcəli
Suvorov Ordeni, 1 -ci dərəcəli Vətən Müharbəsi
ordeni və saysız medallarla təltif edilmişdir.
Yeri gəlmişkən:
Həzi Aslanova Sovet
İttifaqı Qəhrəmanı adı vermək haqqında
SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanında
yazılmışdır ki, cəbhə
komandanlığının döyüş
tapşırığının nümunəvi surətdə
yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və
şücaət göstərdiyinə, ona tabe olan hissələrə
bacarıqla və mətanətlə komandanlıq etdiyinə
görə Həzi Əhəd oğlu Aslanova Sovet
İttifaqı Qəhrəmanı adı verilsin. Aslanovun
polkuna isə qvardiya adı verilmişdi. Aslanovun polku Rostov,
Taqanroq şəhərlərinin azad olunmasında və Kursk
vuruşmasında fəal iştirak etmişdir.
Və nəhayət,
1944-cü ildə Aslanov Mitava şəhəri
yaxınlığındakı vuruşmada qəhrəmancasına
həlak oldu.
Manşteyni zəlil edən Həzi
Onun hərbi sərkərdəlik
sahəsində xüsusi məharəti 1942-ci ilin 15-19
dekabrında Stalinqrad uğrunda vuruşlarda özünü
göstərmişdi.
Stalinqrad şəhəri
uğrunda vuruşlar zamanı polkovnik Həzi Aslanov komandir
olduğu 55-ci tank alayı Verxni-Kumskda general-feldmarşal
Manşteynin ordu birləşmələrinin arası kəsilmədən
təşkil etdikləri hücumaların
qarşısını alan hissələrdən biri
olmuşdur. Məhz həmin vuruşlara görə Həzi
Aslanov 1942-ci lin 22 dekabrında Sovet İttifaqı Qəhrəmanı
fəxri adı verilmişdi.
Stalin onun adını səkkiz dəfə çəkmişdi
Tank qoşunları qvardiya
general-mayoru hərb təcrübəsində "cinahlardan zərbə
vurmaq taktikasının" mahir ustası kimi
tanınmış sərkərdədir və bu sahədə
hərb elmini zənginləşdirmişdi. 1944-cü ildə
onun adı Ali Baş Komandan İ.V.Stalinin qələbə
münasibəti ilə verdiyi əmrlərdə 8 dəfə
çəkilmişdir.
General-mayor Həzi Aslanova
ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı
adı verilməsi materialları həmin müharibə illərində
də xalqımıza düşmən olan qüvvələr
tərəfindən gizlədilmişdi və ona ikinci dəfə
"Sovet İttifaqı Qəhrəmanı" adı
1990-cı ildə verildi.
Həzi Aslanov Bakıda
Dağüstü parkda dəfn edilmişdir. Bakıda zabitlər
evi, Volqoqradda küçə, Bakı və Volqoqradda məktəb
və tanker onun adını daşıyır. Lənkaranda ev
xatirə muzeyi yaradılmışdır. Onun adı təhsil
aldığı Bakı Ümumi Ordu Komandirləri Məktəbinin
I rotasın şəxsi hey""ətinin siyahısına əbədi
olaraq daxil edilmişdir.
Aslanovun 800 min "qonağı"
1969-cu ilin mayında Azərbaycanın
igid oğlu, əfsanəvi sərkərdə, tank
qoşunları general-mayoru Həzi Əhəd oğlu Aslanovun
Lənkəranda ev-muzeyi açılıb. Həmin hadisə
Lənkəranda əsl bayrama çevrilib. O unudulmaz hadisəni
Lənkəranda yaşlı nəslin nümayəndələri
indi də böyük qürur hissilə xatırlayırlar.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi
Aslanovun ev-muzeyini görmək, ona məxsus əşyalara,
geydiyi döyüş paltarlarına və şəxsi ləvazimatlara
baxmaq çoxlarının arzusu idi. Tamaşaçılar
üçün muzeydə olan hər şey qeyri-adiydi, əsl
möcüzə təsiri bağışlayırdı.
İndi həmin açılış mərasimindən
düz 40 il keçir. Bu illər ərzində muzeyə kimlər
təşrif buyurmayıb... Azərbaycanla yanaşı,
keçmiş SSRİ-nin bütün regionlarından, xarici
ölkələrdən gələnlər görkəmli sərkərdəni
ehtiramla yad edib, onun xatirəsi önündə baş əyiblər,
ruhuna sonsuz minnətdarlıqlarını bildiriblər. Ötən
40 il ərzində muzeyi 800 min qonaq ziyarət edib.
H.Aslanovun ev-muzeyinin bu gün
33 xatirə kitabı var. Muzeyə gələnlər bu xatirə
kitablarında öz təəssüratlarını, qəhrəmanı
yad edərkən keçirdikləri hiss-həyəcanı,
duyğularını qələmə alıblar. Maraqlıdır
ki, ilk xatirə kitabına ilk sözü elə muzeyin
açılışı günü Azərbaycanın
görkəmli ədibləri Hüseyn Abbaszadə və Əli
Vəliyev yazıblar. Xatırladaq ki, Hüseyn Abbaszadə Həzi
Aslanovun döyüş yolundan bəhs edən "General"
adlı roman yazıb.
İki dəfə Sovet
İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev-muzeyinə
giriş pulsuzdur. Muzeyin həyətindəki hündür,
yamyaşıl ağaclar, əlvan gül-çiçəklər
arasında innab ağacı diqqəti xüsusi cəlb edir. Bu
ağac ətrafa təkrarolunmaz bir yaraşıq, əzəmət
verir. Bəlkə bu ona görədir ki, həmin ağacı
gələcəyin generalı və böyük qəhrəmanı
olacaq 8 yaşlı Həzi əkib. Həzi Aslanovun ev-muzeyinin
ilk direktoru qəhrəmanın ömür-gün
yoldaşı Xavər xanım Aslanova olub.
Əfsanəvi qəhrəmanın
100 illiyi ərəfəsində ev muzeyinin əsaslı təmirinə
başlanılıb. Artıq neçə aydır ki, təmir-bərpa
işləri davam edir. Ev muzeyinin direktoru isə vəd edib ki,
yubileyə iki gün qalmış işlər tam başa
çatdırılacaq.
Muzeyin yeni ekspozisiyası Mədəniyyət
və Turizm Nazirliyinin mütəxəssisləri tərəfindən
qurulur. Bu barədə Lənkəranda olarkən Həzi
Aslanovun ev muzeyinə baş çəkmiş nazir Əbülfəs
Qarayev göstəriş verib. Odur ki, muzeyin eksponatları
artıq Bakıya göndərilib və yeni ekspozisiya yaxın
günlərdə qurulacaq.
Bu arada o da məlum olub ki,
Belarusun faşist işğalından azad olunmasında fəal
iştirak edən 2 dəfə Sovet İttifaqı Qəhrəmanı
tank qoşunları general mayoru Həzi Aslanovun Vileysk rayonunun
Vileyka şəhərində abidəsinin
açılışı olub.
Həzi haqda film isə "Mən
sizləri dünyalar qədər
sevirdim" adlanır
Rejissoru Rasim İsmayılov,
ssenari müəllifi Ramiz Fətəliyev, operatoru Valeri Kərimovdur.
Rollarda: Ramiz Novruzov (General Həzi Aslanov), Gülnarə
İbrahimova (Aslanovun həyat yoldaşı), Rza Xudiyev
(Aslanovun qardaşı), Yaşar Cavadov (Aslanov
uşaqlıqda), Şahmar Ələkbərov (General
Mehmandarov), Viktor Tarasov (siyasi rəhbər), Aleksandr Denisov (qərargah
rəisi), Bədri Kakabadze (Sxirtladze), Viktor İliçov
(Samulekin) çəkiliblər. Pis film alınmayıb.
Saat 14.40.
Həzi Aslanovun 100 illiyi ilə bağlı hələ də
bir "xəbər" yoxdur!
Səbuhi
Ədalət.- 2010.- 23 yanvar.- S. 17.