Milli Kitab
Mükafatının "on"luğu
Milli Kitab Mükafatının
"on"luğunun siyahısı
açıqlanıb. Lent.az-ın məlumatına
görə, MKM on ən
yaxşı əsəri
elan edib. Tədbirdə Milli Kitab Mükafatının təşkilat
komitəsi, ekspertləri,
münsifləri, media mənsubları,
ictimai təşkilatların
nümayəndələri, yazıçılar iştirak
edib. Açılışda çıxış edən Nigar Köçərli qeyd edib ki, münsiflərin
qiymətləndirilməsi www.mkm.az
saytında "on"luğa
düşən hər
əsərdən bir parça yerləşdiriləcək
və oxucular arasında elektron səsvermə aparılacaq.
Səsvermənin qalibi xüsusi
diplom ilə təltif olunacaq. Sonra qısa "on"luğun
siyahısı təqdim
olunub. Siyahını
təqdim edirik:
1. Etimad Başkeçid, "Kenterberri"
2. Mirmehdi
Ağaoğlu, "Küləyi dişləyən"
3. Məqsəd
Nur, "Şəhər meri"
4. Natiq Rəsulzadə, "Xunxarlar"
5. Natella
Osmanlı, "Mən axmağam"
6. Nəriman
Əbdürrəhmanlı, "Yolsuz"
7. Paşa
Qəlbinur, "Qara su"
8. Pərviz,
"Yad dildə"
9. Aslan Quliyev, "Sonuncu"
10. Azər
Abdulla, "Sarı tağ"
Qeyd edək
ki, münsiflər heyətinə yazıçı
Afaq Məsud, yazıçı Çingiz
Abdullayev, ssenarist Rüstəm İbrahimbəyov,
"Zerkalo" qəzetinin
baş redaktoru Elçin Şıxlı,
kinorejissor Ramiz Fətəliyev, Xalq şairi Vagif Səmədoğlu, BDU-nun professoru
Rəbiyyət Aslanova,
"525-ci" qəzetinin baş
redaktoru Rəşad Məcid, "Xəzər" Universitetinin
rektoru Hamlet İsaxanlı, aparıcı-jurnalist Nərgiz
Cəlilova, prodüser
Balakişi Qasımov,
tarix elmləri doktoru, BDU-nun professoru Cəmil Həsənli,
AMEA-nın müxbir üzvü
professor Rafiq Əliyev,
Fəlsəfə elmləri
doktoru, AİU-nın professoru
Niyazi Mehdi, Qanun nəşriyyatının
sahibi Şahbaz Xuduoğlu, kinorejissor Ayaz Salayev və
rejissor Mehriban Ələkbərzadə daxildirlər.
Birinci yer üç min, ikinci yer iki
min, üçüncü yerin
qalibi isə min manat pul mükafatı
ilə təltif olunacaq. Amerika yazıçısının ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcüməsi isə
Amerika səfirliyi tərəfindən 1000 manatla
mükafatlandırılacaq.
Ədalət.- 2011.- 1 aprel.- S. 8.