EDAM OLUNAN QƏHRƏMAN

 

 (əvvəli qəzetimizin 29 mart sayında)

 

Ömər Muxtarın başçılığı ilə ərəblərin yadellilərə qarşı mübarizəsi 1912-ci ildə alovlandı. Təbiətcə cəsur, ağıllı çevik mühakimə qabiliyyətinə malik bu adam çox çəkmədi ki, liviyalıların müəyyən qismini başına toplayaraq xalqın qatillərinə qan uddurmağa başladı. İlk döyüşlər kiçik masştabda keçsə sonralar bu daha geniş xarakter aldı. Yerli coğrafi şəraiti əzbər bilməsi, fitri hərbi istedadı, vətənpərvərliyi ona imkan verirdi ki, biri-birinin ardınca uğurlu əməliyyatlar keçirərək italyanların canına qorxu salsın. 1913-cü ildən başlayaraq Ömər Muxtarı məhv etmək üçün hərəkətə başlayan hərbi hissə dəfələrlə onun döyüşçüləri tərəfindən pusquya düşürülərək məhv edildi. Bu ağır itgi komandanlığı bərk qəzəbləndirdi. Artıq xalq qəhrəmanına çevrilməkdə olan Ömər Muxtara qarşı aparılan bir neçə hərbi əməliyyat iflasa uğradı. Əvəzində düşmən özü böyük itkilərə məruz qaldı.

Deyilənlərə görə, növbəti hücumların birində Ömər Muxtar xalqa düşmən ordularından daha güclü olduqlarını göstərmək, hər kəsdə həmin inamı yaratmaq üçün qəribə bir taktika seçmişdi. Düşmənin böyük qüvvə ilə hücuma keçəcəyini bilən Ömər Muxtar əsgərləri ilə əlverişli bir mövqe seçdikdən sonra onların hər birinə kəndir paylayır əmr edir ki, hər kəs öz ayağını bağlasın. Çünki kimsə geri çəkilmək fikrinə düşməməli, düşsə belə bağlı olduğu üçün bunu edə bilməməli idi. Özü isə lap öndə düşmənlə qeyri-bərabər döyüşə başlayır. Həqiqətən bu ölüm-dirim savaşında liviyalılar görünməmiş qəhrəmanlıq göstərmişdilər. Düşmən itgi verərək geri çəkilmişdi.

1924-cü ildə Ömər Muxtarın dağ rayonlarından biri Ghebel Axdarda olduğunu öyrənən qubernator Ernesto Bombelli böyük bir qüvvə ilə onlara qarşı hərbi əməliyyata başladı. bu döyüş bir neçə mərhələdə keçdi. Liviyalılar sayca böyük üstünlüyə malik düşməni bir neçə dəfə çaşdıraraq əks həmlələrlə itgilərə məruz qoysalar da nəhayət geri çəkilməyə məcbur qaldılar. xeyli sayda döyüşçü itirdilər. İtalyan komandanlığı artıq Ömər Muxtarın məhv ediləcəyinə əmin idi. Amma "Səhra Aslanı" onları mühasirəyə almağa cəhd edən düşmən qoşunlarının əhatəsindən çıxa bildi. Bundan sonra dəstəsini yenidən formalaşdıran Ömər Muxtar müqavimət ordusunu bir az da böyütməyə nail oldu. 1927-1928-ci illər ərzində italyan ordu hissələrini hər yerdə təqibə alaraq zərbələr endirməyə başladı. Liviyalılar tərəfindən vaxt, harada hücumun başlayacağını təxmin edə bilməyən düşmən həmin illər ərzində minlərlə əsgər itirmişdi.

General Teruzzi İtalyan komandanlığı Ömər Muxtarın gözlənilmədən italyan qüvvələrinə zərbələr endirməsinin, strateji obyektlərin, silah ərzaq anbarlarının, nəqliyyatın partladılmasının, ani süvari basqınlarının qaşısını ala bilmirdi. General Teruzzi şəxsən özü xalqın içərisindən çıxmış bu komandirin - Ömər Muxtarın yüksək hərbi taktikaya malik olmasını, əlverişli mövqe seçilmək bacarığını, döyüş intuisiyasını etiraf etmək məcburiyyətində qaldı. O, Ömər Muxtarın son dərəcə inadcıl güclü iradəyə malik olduğunu söyləmişdi. Artıq siyasi hakimiyyət bu qüvvənin mövcudluğunu qəbul etmək zorundaydı. Anlayırdılar ki, bu cür proseslər davam etdikcə, daha çox ərəbin müqavimət hərəkatına cəlb olunmasına stimul yaranır italyan qüvvələri ciddi itgilərə məruz qalır. Bu üzdən düşmən 1929-cu ildə Ömər Muxtarla danışıqlara başlamağa qərar verildi. uzun danışıqlardan sonra tərəflər müəyyən razılaşma əldə etsələr bu uzun sürmədi. Həmin ilin sonlarında döyüşlər yenidən bərpa olundu.

İtaliyada hakimiyyət nəhayət nəticə əldə etmək istəyirdi. Çünki qədər ki, əfsanəyə çevrilməyə başlayan Ömər Muxtar onun mücahidlər ordusu fəaliyyət göstərirdi, onlar Liviyaya tam sahib ola bilmirdilər. Silah-sursata böyük pullar xərclənirdi. Ona görə Liviyaya təyin edilən yeni qubernator ilk növbədə böyük qüvvə səfərbər edərək müqavimət hərəkatına son qoymağa qərar verdi. Koloniyanın naziri De Benitonu geniş masştablı hücumun mütləq bir effek verəcəyinə əmin idi. Amma hakimiyyət qaşısında məsələ qaldırılmışdı ki, bundan ötrü əlavə tədbirlər keçirilməlidir. Ömər Muxtarın zəiflədilməsi, gələn yardımların qarşısının alınması üçün hər tərəflə, xüsusilə misirlilərlə əlaqələri kəsilməliydi. Məhz bunun üçün Misirlə digər istiqamətlər boyu 2-3 metr hündürlükdə 300 kilometrlik uzunluğunda nəhəng daş hasar çəkdirildi. Ərazilərə əlavə hərbi hissələr yerləşdirdi, postlar quruldu. 1931-ci ilin əvvəlindən isə təyyarələrin iştirakı ilə mücahidlərə qarşı geniş hərbi əməliyyatlara start verildi. Ölüm-dirim savaşı yeni vüsət aldı.

 

PUSQU

 

Hər tərəfdən yolları bağlanan mücahidlər bütün çətinliklərə baxmayaraq düşmənlə döyüşməkdə davam edirdilər. Ömər Muxtarın hərbi istedadı, döyüş qabiliyyəti, ən əsası da cəsarəti sayəsində italyanların bütün çabaları nəticə vermirdi. Ömər Muxtar döyüşçüləri heç yerdə deyildilər, amma hər yerdə idilər. Əksinə, liviyalıların qəfil, ani həmlələri onları çaş-baş salmaqdaydı. Əfsanələşən "Səhra Aslanı" isə ələ keçmirdi ki, keçmirdi. Onun haqqında artıq Roma da belə danışılmağa başlamışdı. Düşmən Ömər Muxtarın məhv edilməsini nəyin bahasına olursa-olsun həyata keçirmək üçün daha təsirli vasitələr aramağa girişdi. Bunun üçün toqquşmalar daha amansız xarakter alırdı.

1931-ci ilin sentyabrında tərəflər üz-üzə gəldilər. Düşmən sayca həddən artıq çox idi. Mücahid ərəblər az, sursatları isə çatışmırdı. Omər Muxtargil kiçik dəstələrə bölünüb çevik manevrlərlə düşməni yenidən çaşdırmaq üçün həmlələrə başladı. On iki nəfərlik kiçik süvari dəstəsi ilə hərəkət edən Liviyanın bu əfsanəvi cəngavəri Zont yaxınlığında pusquya düşürüldü. Amma liviyanın qəhrəmanları əllərini qaldırıb təslim olmadılar. Əksinə, düşmənin böyük hərbi hissəsi ilə döyüşməyə başladılar. Bu döyüş qeyri-adi bir çarpışma idi. Ömər Muxtarın silahdaşların 11-i əllərində silah vətənləri uğrunda şəhid oldular, Ömər Muxtarı isə yaralandı əsir alındı. Onda sentyabrın 11-i idi.

 

ÖLDÜRÜLƏN, AMMA MƏĞLUB OLMAYAN QƏHRƏMAN

 

Onunla son dərəcə ehtiyatlı olan, qaça biləcəyindən qorxan italyan ordusunun rəhbərliyi Ömər Muxtarın əllərini qandallasa da bununla kifayətlənmədi. Onun qollarına ayaqlarına ağır zəncirlər taxıb qurşağından bağladılar. Əlavə əngəllərin yaranmaması üçün ona təcili olaraq məhkəmə quraraq ölüm cəzası kəsdilər. Özü məhkəmə liviya xalqına göz dağı vermək üçün onun qəhrəmanının meydanda, hamının gözü qarşısında asılmasına qərar verildi.

Bu oyuncaq məhkəmə guya ədaləti axtarırmış kimi onda Ömər Muxtara son söz vermişdi. Liviya xalqının fəxri, yadellilərə qarşı döyüşərək əfsanə yaratmış qəhrəman yalnız Qurani-Kərimdən bir cümlə demişdi: "Bizi Allah yaradıb biz hamımız Allaha dönəcəyik". bu igid, cəsur insan ələ keçəndən üç gün sonra 69 yaşında Benqazidə Sollouq düşərgəsində 20 min liviyalı əsrin gözləri önündə asılaraq edam edildi. Düşmən onu öldürə bildi, amma məğlub edə bilmədi. Düzdü, bundan sonra Liviya uzun illər italyanların işğalı altında yaşadı. Ta ki İtaliya İkinci Dünya Müharibəsində məğlub olanadək. Daha doğrusu, 1943-cü ildə müttəfiq qoşunların təzyiqi nəticəsində Aimaniyanın müttəfiqi olan İtaliyanın hərbi birləşmələri ölkəni tərk etdi. Amma onların əvəzinə bu dəfə Fransa Böyük Britaniya qoşunları Liviyaya yerləşdi. 1951-ci il dekabrın 24-də isə nəhayət Liviya müstəqilliyini elan etdi.

O vaxtdan bu günədək Ömər Muxtar nəinki liviyalıların, eləcə bütün ərəb dünyasının xalq qəhrəmanı hesab edilir. Adı hər yerdə hörmət fəxarətlə yad edilir. Bir sıra ərəb ölkələrində onun adına xiyabanlar, küçələr var. Hazırda Liviya 10 dinarlığının üzərinə onun əksi təsvir olunub... İtalyanlar isə onu uzun müddət unuda bilmədilər...

 

 

BABƏK YUSİFOĞLU

 

Ədalət.- 2011.- 5 aprel.- S.5.