82 yaşını qeyd edən görkəmli azərbaycanlı

 

Çingiz Sadıxov : "Arzum budur ki, mənim millətim xoşbəxt yaşasın"

 

Azərbaycanın görkəmli pianoçusu, prezident təqaüdçüsü, hazırda ABŞ-ın San-Fransisko şəhərində yaşayan Çingiz Sadıxov 82 yaşını qeyd edir. Çingiz Sadıxov da ANS TV vasitəsi ilə xalqımıza bunları arzulayıb: "Arzum budur ki, mənim millətim xoşbəxt yaşasın, həmişə gülərüz olsun, masaları hər zaman dolu olsun. Millətim qabağa getsin".

Məlumat üçün bildirək ki, 1970-80-ci illərdə Bakının ən məşhur musiqi kollektivlərində fəaliyyət göstərən Çingiz Sadıxov Azərbaycan musiqisinin qızıl əsrini təmsil edən sənətkarlardandır. Bütün yaradıcılığını qərbdə musiqi alətləri kralı adlandırılan fortepianoya həsr etmiş sənətkar, milli musiqimizi bu alət vasitəsilə milyonlarla dinləyiciyə sevdirib.

O, özünəməxsus fortepiano improvizasiya üslubunu yaradıb. Çingiz Hacı oğlu Sadıxov prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

 

 

Ədalət.- 2011.- 6 aprel.- S. 8.