O bir əfsanəmi,
dağlar qoynunda...
Bitməyən şarkı kimi
Çox demirəm,
6-7 il bundan əvvəl Qəbələdən
çıxıb indi
geri qayıdan ən xəyalpərvər
insan belə gördüklərinə inanmaz.
Təkcə baş prospektdə başını
qaldırıb dağlara
tərəf baxmasan, elə bilərsən Bakının hansısa yeni bir məhəlləsindəsən.
Sözsüz ki, Qafqazın bu dilbər güşəsində
ilk olaraq təbiət
gözəlliyi insanı
valeh edir. Zirvəsi qılınc tək parlayan ulu dağlar, hər tərəfi xalı kimi bəzəyən qədim
meşələr, çaylar,
bulaqlar, Qızıl Əhmədi bağları...
İndi də modern şəhər düzəni.
Təbiətin ululuğu,
gözəlliyi ilə
müasirliyin, urbanik inkişafın qovuşuğu!
Bütün bunlar heç vaxt dinləmədiyin, ancaq xəyal etdiyin şirin, həm də əzəmətli bir musiqiyə, sinfoniyaya bənzəyir.
Daha bu yerlərdə təbiət
özü də qoynunda bərq vuran gözəlliyə heyran qalır...
Min illərin Qəbələsi,
nələr gördün?
... Və
bir də tarixi qanunauyğunluq, məntiqi yanaşmalar var.
Qəbələdən danışıb
da bunları xatırlamasan olmaz. Tarixə ən qısa ekskursun özü belə Qəbələnin Azərbaycan
tarixində necə əhəmiyyətli rol oynadığını diqqətə
çatdırır. 2500 il
bundan əvvəl salınmış qədim
Qəbələnin torpaq
altında qalan xarabalıqları rayonun Çuxur Qəbələ
kəndi yaxınlığındakı
Qaraçay və Qocalançay çayları
arasındadır. Qəbələ
uzun müddət Qafqaz Albaniyasının paytaxtı olub. Roma araşdırıcısı Böyük
Plini, yunan coğrafiyaşünası Ptolomey
və başqaları
hələ eramızın
I-II əsrlərində Qəbələnin
möhtəşəm bir
şəhər olduğunu
qeyd etmişlər. Çünki bu bir tarixi fakt
idi ki, Roma qoşunları eramızdan
əvvəl 60-cı illərdə
Albaniyaya hücum etsələr də Qəbələni ala bilməmişdilər.
Sonralar Qəbələ
XIII əsrdə monqolların
aramsız hücumları
nəticəsində xeyli
zəifləyərək sonralar
yenidən dirçəlmiş,
XIV əsrdə isə
Teymurləng şəhəri
uzunmüddətli mühasirə
və döyüşlər
sonucunda ələ keçirərək dağıtmışdır.
Bütün hallarda Qəbələ XVIII əsrədək
mövcudluğunu qoruya
bilmiş, əhali bir də Nadir şahın hücumlarından
sonra tamamilə dağılan şəhəri
tədricən tərk
etmək məcburiyyətində
qalmışdır.
Bütün bunlar çoxlarının bildiyi
cüzi məlumatlardır.
Qəbələnin tarixi keçmişi haqqında
geniş söhbətlər
üçün böyük
bir kitab da bəs etməz.
Elə müasir
Qəbələnin də
inkişafı, yeni tarixi bu kitabların
davamıdır, böyük
qürur hissi ilə İlhamla yazılır. Republikanın
əksər regionlarında
olduğu kimi.
Modernləşmə
1550 kv.km.
ərazisi olan Qəbələ rayonunda
95.200 nəfərə yaxın
əhali yaşayır.
Rayonda 1 şəhər,
3 qəsəbə, 60 kənd
var. Azərbaycan Respublikasının
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramının icrası
istiqamətində Qəbələ
rayonunda bütün istiqamətlər üzrə
nailiyyətlər əldə
edilməkdədir. 2010-cu ildə
rayonun yerli gəlirləri 5.724.300 manat
proqnoz göstəricisinə
qarşı 6.400954 manat
olmuşdur.
Rayon icra
hakimiyyətinin başçısı
Səbuhi Abdullayevin məlumatlarına istinadən
diqqətə çatdırmalıyıq
ki, iqtisadiyyatın ayrı-ayrı sahələri
üzrə ümumi məhsul buraxılışının
həcmi sənayedə
20.103 min manat, kənd
təsərrüfatında 47.427 min manat, tikintidə 46963 min manat, nəqliyyatda 2,586 min
manat, rabitədə
671 min manat, ticarətdə
isə 20.232 min manat olmuşdur.
Dövlət proqramının töhfələri
Qəbələ rayonunda
2010-cu ildə əsas
kapitala yönəldilmiş
investisiyanın həcmi
46.963 min manat, tikinti-quraşdırma
işlərinin həcmi
43.056 min manat təşkil
etmişdir.
Şəhərdə 2 çoxmərtəbəli
yaşayış kompleksi,
uşaq bağçası,
bank, Daşınmaz Əmlakın
Dövlət Reysteri Xidməti, Sosial Müdafiə Fondu üçün inzibati binalar, "Qafqaz
Riverside" otel kompleksi,
Fitnes Sağlamlıq Mərkəzi, avtovağzal,
meyvə və tərəvəz saxlanması
üçün soyuducu
anbar, 110/10 kilovoltluq Laza elektrik yarımstansiyası,
Tikanlı sərhəd
zastavası kompleksi və başqa yeni obyektlər tikilib istifadəyə verilmişdir.
Hazırda beynəlxalq
hava limanının,
rayon icra hakimiyyəti
üçün inzibati
binasının, atçılıq
mərkəzinin, Yenqicə
kəndində "İstisu"
sağlamlıq mərkəzinin
ikinci mərhələsinin,
Olimpiya Kompleksinin, Mədəniyyət Mərkəzinin,
Fövqəladə Hallar
Nazirliyinin hərbi hissəsi üçün
binaların, Qarabağ
əlilləri və şəhid ailələri
üçün 36 mənzilli
yaşayış evinin,
Nic qəsəbəsində
360 yerlik məktəb
binasının, çoxsaylı
idman-sağlamlıq obyektlərinin
tikintisi davam edir.
Əsası ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulmuş təhsil islahatı proqramının
yerinə yetirilməsi
sahəsində əvvəlki
illərdə başlanmış
işlər 2010-cu ildə
də uğurla davam etdirilmiş və ölkə rəhbərliyinin təhsilə
göstərdiyi qayğı
və diqqətin nəticəsində təlim-tərbiyə
müəssisələrinin maddi texniki bazası
xeyli yaxşılaşmışdır.
Respublika Səhiyyə
Nazirliyi tərəfindən
rayonun səhiyyə müəssisələrində bir sıra İslahatlar
aparılmış, nəticədə
12 həkim məntəqəsi,
34 tibb məntəqəsi
yaradılmış, uşaq
xəstəxanası 30 çarpayılıq
pediatriya şöbəsinə
çevrilmişdir. Rayon mərkəzi
xəstəxanasına Səhiyyə
Nazirliyindən 86.000 manatlıq
tibbi avadanlıqlar və 4 ədəd
"Mercedes" markalı təcili
tibbi yardım maşınları verilmişdir.
Rayonda 47 klub, mərkəzləşmiş kitabxana
sistemi, tarix-diyarşünaslıq
muzeyi, H.Əliyev mərkəzi, incəsənət
məktəbi, rəsm
qalereyası, tarix və mədəniyyət
qoruğu fəaliyyət
göstərir.
Unikal mədəniyyət
tədbirləri
2010-cu ilin
iyul-avqust aylarında Qəbələdə II Beynəlxalq
musiqi festivalı keçirilmişdir. Bu tədbir
ölkənin və rayonun mədəni həyatında böyük
hadisə kimi yadda qalmışdır.
Musiqi festivalında
dünyanın ən məşhur musiqi kollektivləri və ayrı-ayrı musiqiçiləri
iştirak ediblər. Bu
kollektivlərin və
musiqiçilərin, o cümlədən
İngiltərə Kral
Orkestrinin ifaları böyük maraqla izlənirdi. Festivalın keçdiyi günlərin
hamısında dinləyicilərin
çoxluğu diqqət
çəkirdi. Tədbir
təkcə Qəbələ
əhalisinin deyil, bütün ölkə ictimaiyyətinin hədsiz maraqlarına səbəb olmuşdu.
Bu möhtəşəm
festivalın açılışında
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin, ölkənin birinci xanımı Mehriban Əliyevanın və YUNESKO-nun baş katibi İrina Bokovanın iştirak etməsi tədbirin necə böyük əhəmiyyət daşımasının
xüsusi göstəricisidir.
Qəbələdəki ən müasir tələblərə
cavab verən otel-turist kompleksləri, təbiət gözəllikləri
artıq nəinki ölkə, dünya miqyaslı tədbirlərin
keçirilməsi, eləcə
də turizmin daha da inkişaf
etdirilməsi üçün
geniş imkanlar yaradır. Ayrıca olaraq turizm ilə
bağlı söhbətimizi
isə növbəti yazımızda davam etdirəcəyik.
Məzahir Əhmədoğlu
Ədalət.- 2011.- 7 aprel.- S. 7.