Azərbaycan Beynəlxalq kitab sərgisində
Azərbaycan
Respublikasının Misirdəki Səfirliyi 31 mart - 4 aprel
tarixlərində Qahirə şəhərində keçirilən
"Təhrir Beynəlxalq kitab sərgisi"də iştirak
edib. Səfirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən
məlumata görə, sərgidə Azərbaycanın tarixi,
mədəniyyəti, incəsənəti, musiqisi, Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü, erməni
terrorizmi, ümummilli lider Heydər Əliyevin həyat və
yaradıcılığı, Azərbaycanın
iqtisadiyyatı, neft tarixi və müasir neft-qaz sənayesinin
inkişafı və sair barəsində ərəb, ingilis,
fransız, rus və digər xarici dillərdə olan kitablar və
digər çap materialları nümayiş etdirilib.
Sərgidə 100-dən
artıq müxtəlif çap şirkətləri, ABŞ,
İtaliya və Polşanın Qahirədəki səfirlikləri
təmsil olunublar. Sərginin açılışında
iştirak edən Misirin mədəniyyət naziri Emad Əbu
Ğazi Azərbaycan guşəsi ilə tanış olmuş
və ona Azərbaycan kitabları barəsində məlumat
verilib.
Sərgi çərçivəsində
Azərbaycana aid mədəniyyət guşəsi də
yaradılıb və burada Azərbaycan xalçaları,
musiqi və qədim məişət əşyaları
nümayiş etdirilib. Sərgidə Azərbaycan haqqında
nümayiş olunan kitab və çap materialları sərgi
iştirakçılarının xüsusi marağına səbəb
olub və sərgi çərçivəsində
iştirakçılara Azərbaycan haqqında 200-dən
artıq kitab, jurnal və digər çap materialları
paylanıb.
Ədalət.- 2011.- 7 aprel.- S. 8.