Bakıda Beynəlxalq
Moda Festivalı
İçərişəhərdə
gənc modelyerlərin Beynəlxalq Moda Festivalı
keçirilib. Lent.az-ın məlumatına görə, festival
gənc modelyerlərin əmək qabiliyyətlərini üzə
çıxarmaq, əcnəbi ölkələrlə gələcəkdə
əməkdaşlıq etmək məqsədilə keçirilir.
Festivalda
iştirakçılar - Olqa Kabanok (Qazaxıstan), Olya Barkova
(Qazaxıstan), Yelena Belorusova (Qazaxıstan), Ayan Qodurova
(Qazaxıstan), Taisiya Çursina (Özbəkistan), Aypəri
Obozova (Qırğızıstan), Anjelina Vlasova (Rusiya),
İrina Kuzmenko (Ukrayna), Svetlana Dobrovolskaya (Ukrayna), Nataliya
Bereqa (Moldova), Lyudmila Matey (Moldova), Dariya Qriuk (Belarus), Nataliya
Lexove (Belarusiya), Kəmalə Səfəraliyeva (Azərbaycan),
Nurlana Hüseynova (Azərbaycan), Leyla Eyvazova (Azərbaycan), Nəzakət
Əhmədova (Azərbaycan), Çinarə Nadirhüseynova
(Azərbaycan) və Təranə Sultanova (Azərbaycan) əl
işlərini nümayiş etdiriblər.
Festival
iştirakçıları Gənclər və İdman
Nazirliyi tərəfindən qiymətli hədiyyələrlə
mükafatlandırılıb.
Ədalət.- 2011.- 8 aprel.- S. 8.