Valideynlər uşaqlar haqqında nəyi bilməlidir
21 dekabr- 20 yanvar arasında
doğulan uşaqların xarakteri
Astroloji
dildə belə uşaqlar OĞLAQ adlanır. Bu bürc
altında doğulan uşağı həmişə uğur
gözləyir.
Kiçik
yaşlardan onda ciddiyyət, işgüzarlıq və əməksevərlik,
inadkarlıq, əzm və dəyanət müşahidə
olunur. Bu, ona uğur qazanmaqda kömək edir, sosial pillələri
inamla qalxır. Onun devizi belədir: "Tabeçilikdən
müstəqilliyə doğru".
Onun
aydın və iti ağlı, realist görüşləri və
praktikliyi, həmçinin materialist meyli erkən yaşlardan
özünü göstərir. Hərəkəti və
düşüncə tərzi etibarı ilə olduqca sakit, tədbirli,
diqqətli, və ehtiyatlıdır. Heç vaxt hiss və
duyğuların əsiri olmur. Olduqca praktik və realist
düşüncəyə malikdir. Səhv, yanlış hərəkət,
yaxud ümidsizlik onu ruhdan sala bilməz. Fleqmatik temperamentində
pessimizm əlamətləri olsa da, inadkarlıq, əzm,
düzgün mühakimə və ağıl onun köməyinə
gəlir.
Xarakterik
əlamətlərindən biri odur ki, hər şeyə soyuq
ağılla yanaşır, hər şeyi yoxlayır,
faydalı və əhəmiyyətli olanı seçir,
götürür, öyrənir. Bəzən görürsən
ki, oğul, atasının kiçik emalatxanasını
böyük bir zavoda döndərdi, ya da kiçik
daxmalarının yerində böyük bir imarət tikdi.
Son dərəcə
ehtiyatlı, tədbirli və sayıqdır. Ağıllı
adamlar belədir: əvvəlcədən hər şeyi
ölçüb-biçmədən, öyrənmədən
heç bir işə başlamırlar.
Elm və
texnika, ticarət və sənaye, xalq təsərrüfatı
və siyasi iqtisad, tikinti və arxitektura, siyasət və
diplomatik fəaliyyət, kimya, dağ-mədən və kənd
təsərrüfatı, fəlsəfə və teologiya sahəsində
daha çox uğur qazanırlar.
Onunla
dost və yoldaş ola bilsəniz, onun rəğbətini və
inamını qazansanız, işgüzar əlaqələriniz
də beləcə möhkəm və daimi olar. Hətta zahirən
bildirməsələr də, onlar öz əlaqələrində
sadiq və möhkəm olurlar.
20 yanvar - 18 fevral arasında doğulan
uşaqların xarakteri
Bu
uşaqlar SUTÖKƏN adlanır. Bu tipdə olan
uşağın qəribə xasiyyəti var. Özü
başqalarına qarşı sayğısız olsa da, onlardan
həmişə diqqət və sevgi gözləyir. Belə
uşaqlar özünü suda balıq kimi hiss edir. Valideynlər
nə qədər fikirləşsələr də, onların
nəsl-nəcabətində bu cür uşağın
olduğunu yada sala bilməzlər.
Əgər
valideynlər meşşan ənənələri olan bir
mühitin adamları deyilsə, yaxud hansısa şablon
düşüncənin əsiri deyillərsə, belə
uşaq onlar üçün Allah vergisi olmalıdır. Bu
halda onları infarkt gözləyir, çünki bu cür
uşaqda hansı xasiyyət desən tapılar, yalnız
valideynlərin arzuladığı xasiyyətdən başqa. Hər
halda SUTÖKƏNin istək və arzuları, onun uşaq əməlləri
və yeniyetmə niyyətləri, yaxud gələcək
planları və məqsədi heç cür köhnə
meşan həyat tərzi və ya
dünyagörüşü ilə bağlı deyil.
Valideynlər
tez-tez belə uşaqların ultramüasir fikirləri ilə
qarşılaşırlar, onların ailədə yox, dostlar və
yoldaşlar arasında yaranan yeni əxlaq söhbətlərini
eşidib təəccüblənirlər.
SUTÖKƏNlər
idealist və utopistdir, filosof və ictimai fikir xadimidir, bunlar mənəvi
səviyyəsindən asılı olaraq inqilabçı,
üsyançı və qiyamçıdır. Daxili inam və
əqidəni onlar əzmlə, bacarıqla, məntiq və dəlil-sübutla
müdafiə edirlər, onlar dostlarını, yaxın
yoldaş və həmfikirlərini, yaxud hər hansı
sözü, işi də beləcə məntiqlə
müdafiə edirlər.
Ətraf
aləmlə münasibətləri onların rəğbət
və ya nifrətindən asılıdır.
Eyni
adamlarla uzunmüddətli ünsiyyət onları da eyni
düşüncə tərzinə gətirib
çıxarır, amma mübahisə və diskussiyalarda SUTÖKƏNlər
həmişə öz fikrinin üstündə durur, öz
sözünü deyir, bəzən onun inadkarlığı
şıltaqlıq kimi görünür.
Heç
bir müxalif fikirlə razılaşmayaraq, o öz ideya və
planlarını inam və ciddiyyətlə həyata
keçirəcək. Temperamenti sanqvinikdir, fiziki və mənəvi
cəhətdən həmişə hərəkətdədir.
Xaraktercə sakit və səbirli, yumşaq və nəzakətli,
az işgüzar, amma əməksevərdilər. Həmişə
onların başında nəsə bir ideya olur, amma beyinlərini
həddən artıq yükləmək istəmirlər. Həddindən
artıq işləməklə araları yoxdur.
SUTÖKƏNlərin
əksəriyyəti açıq təbiətli, bir qismi isə
qapalı olur, amma hamısı cazibədar və gözəgəlimlidir.
Onların xasiyyətini heç nə dəyişə bilməz.
Onlar tez-tez taleyin dönüklüyü ilə üzləşir,
çətinlik çəkirlər. İşıqlı məramları
tez-tez gündəlik həyatın qayğı daşlarına
dəyib çiliklənir. Ruhi və cismani tələbatlarını
həyatın qayğı və ehtiyacları ilə
uzlaşdıra bilməmək bəzən onların
mövcudluğunu belə təhlükə altına alır.
SUTÖKƏNlərin
bir gözəl cəhəti onları həmişə vəziyyətdən
çıxarır: onlar öz mührumiyyətləri ilə
döyüşməkdən yorulmurlar. Onlarda iradə çox
inkişaf etmişdir. Cismə yox, ruha arxalanırlar, bu
günlə yox, gələcəklə yaşayırlar.
SUTÖKƏN
çətin anlaşılan tipdir. Onlarda ƏKİZLƏRin
zahiri təbiəti ilə TƏRƏZİnin induktiv keyfiyyəti
birləşmişdir. Onlarıniç dünyası heyrət
doğurur, amma onu açmaq, onu hərəkətə gətirmək
üçün xaricdən güclü bir təsir, kənar
bir qüvvə lazımdır.
Mənəvi
güclərini dərk etmədən SUTÖKƏNlər zəifdir,
elə ki bu gücü aşkar etdilər, böyük işlər
görə bilərlər, sanki bundan sonra onların ruhu daha da
güclənir, qanadlanır.
Yadda
saxlamaq lazımdır ki, bu uşaqlar fərdi, olduqca orijinal
düşüncəyə malikdirlər. Tez-tez bizə elə
gəlir ki, onlar müəyyən bir məsələdə
bizimlə razıdırlar, amma söhbətin axırında
birdən-birə tamamilə başqa bir qərara gəlirlər.
Belə
uşaqlarla ünsiyyətə girmək üçün
xüsusi qaydalar yoxdur, amma hər halda əvvəlcədən
onların xarakterinin zəif və güclü tərəflərini
bilmək faydalıdır.
SUTÖKƏNlərdə
orqanizmin zəif nahiyələri: ayaq baldırları, topuq və
topuq oynaqları, ayaq barmaqları, habelə ürək, ürək-damar,
əsəb sistemi.
Xəstəlikləri:
soyuqdəymə, allergiya, nevrasteniya, spazma, iflic.
Ədalət.- 2011.- 9 aprel.- S. 14.