Bakıda Avro-Atlantik Tərəfdaşlıq
Şurasının seminarı keçirilir
Bakıda
BMT Təhlükəsizlik Şurasının 1540 saylı qətnaməsinin
icrası üzrə Avro-Atlantik Tərəfdaşlıq
Şurasının seminarı işə başlayıb. "APA-ECONOMICS"in
xəbərinə görə, iki gün davam edəcək
seminar "Kütləvi qırğın silahlarının
yayılması ilə mübarizədə, kütləvi
qırğın silahlarının, ikili təyinatlı
malların və texnologiyaların
qaçaqmalçılığının
qarşısının alınmasında əməkdaşlıq"
mövzusuna həsr edilib. Tədbirin açılış mərasimində
Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin
müavini, gömrük xidməti general-leytenantı Əsgər
Abdullayev və Kütləvi Qırğın
Silahlarının Yayılmaması Mərkəzinin (NATO) rəhbəri
Yaçek Bılıça iştirak edib.
Seminarın
ilk iş günündə tədbir
iştirakçılarına ikili təyinatlı mallar və
texnologiyalar üzrə ixraca nəzarət rejiminin fəaliyyəti,
aşkarlama və risklərin idarə olunması, kimyəvi,
bioloji, radioloji və nüvə (CBRN) silahlarının
yayılması və terrorizminə qarşı İcra
Proqramı (İPACT), eləcə də BMT Təhlükəsizlik
Şurasının 1540 saylı qətnaməsinin icrasına dəstəklə
əlaqədar BMT-nin Tərksilah Məsələləri
üzrə İdarəsinin fəaliyyət dairələri,
ikili təyinatlı mallar üzrə ixraca nəzarət sahəsində
Avropa İttifaqının Yardım və Təbliğat
Proqramı, BMT Təhlükəsizlik Şurasının 1540
saylı qətnaməsinin milli səviyyədə
icrasının əlaqələndirilməsi məqsədilə
hökumət qurumlarının yaradılması - regional
strategiyaların və mövcud təcrübələrin nəzərdən
keçirilməsi, Azərbaycanın ixraca nəzarət
sistemi və müvafiq qanunvericilik bazası mövzularında
məruzələr təqdim ediləcək.
Seminarın
ikinci günündə isə BMT Təhlükəsizlik
Şurasının 1540 saylı qətnaməsinin icrası sahəsində
praktiki əməkdaşlıq: təcrübə mübadiləsi
və yardım, AATŞ ölkələrində kütləvi
qırğın silahlarının yayılmasının
qarşısının alınması təşəbbüsü
üzrə fəaliyyətlər, kütləvi
qırğın silahları və əlaqədar
materialların qadağan edilməsi ilə bağlı beynəlxalq
təşəbbüslər fonunda BMT Təhlükəsizlik
Şurasının 1540 saylı qətnaməsinin icrası, dənizdə
ələkeçirmə əməliyyatlarına NATO-nun
praktiki töhfəsi, həmçinin BMT Təhlükəsizlik
Şurasının 1540 saylı qətnaməsinin icrası ilə
əlaqədar NATO-nun töhfəsi barədə
çıxışlar dinləniləcək.
Ədalət.- 2011.- 13 aprel.- S. 3.